Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2025/01/15/edmund-husserl-kartezian-dusunceleri-10-42/

(davamı)

Məntiqi tədqiqat

II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma

II Fəsil. Mənaverici aktların xarakteristikasına dair

§19. Müşahidə olmadan başa düşmə

Hər halda izahedici müşahidə olmadan ifadənin şüurlu surətdə necə fəaliyyət göstərməsi bizim konsepsiya işığında tamamilə aydın olacaqdır. Kim ki, müşahidədə məna momentinə mane olur, əgər simvolik təfəkkür faktlarını nəzərdə tutsaq, onlar həlledilməz tapmaca qarşısında qalır. Habelə danışıq da müşahidə olmadan onlar üçün mənasız olardı. Lakin həqiqətdə mənasız nitq ümumiyyətlə nitq olmazdı, o olsa-olsa bəzi maşınların səs-küyünə bənzər bir şey olardı. Hər ehtimala qarşı, bu kimi şeylər əzbərlənmiş şerin, duanın və .s şüursuz oxunması zamanı baş verir. Lakin bu burada aydınlaşma tələb edən hallara toxunmur. Tutuquşunun çərənləməsi və ya qazın qaqqıltısı ilə, “Ağıl catmayan yerdə, söz kara gəlir” sevimli ifadənin və bu kimi digər ifadələrin müqayisəsini, ayıq baxışın göstərdiyi kimi, heç bir halda ciddi mənada başa düşmək olmaz.

Mühakimədən məhrum və ya mənasız çərənləmə kimi, bu cür ifadələri hər halda, hissiyyatdan, düşüncədən və mənəviyyatdan məhrum insanın ifadəsi olaraq, analoji izah etmək olar və lazımdır. Nə vaxt ki, mühakimə iştirak etmir, həm də nə vaxt ki, bu danışıqlar xüsusi və ağıllı təsəvvürlərlə möhkəmləndirilmir, biz bu cür cəfəngiyatları, mühakimədən məhrum cəfəngiyat altında başa düşmürük. Hətta absurdluq kimi anlaşılan “mənasızlıq” (cəfəng), aşağıdakı mənada müəyyən olunur: cəfəng ifadələrin mənasına (widersinnig) obyektiv olaraq nəzərdə tutulmuş, bir araya sığmayan şeylər aiddir.

Hər halda, yenə də əks tərəf üçün, sığınacaq kimi, məcburi olaraq müşahidələrin şüursuz və ya ələ keçməz hipotezlərinə müraciət etmək qalır. Lakin, bunun nə dərəcədə az kömək etdiyini, bizə onun gözə çarpacaq dərəcədə hiss olunduğu yerdə, müşahidənin əsaslı təsiri göstərir. Müşahidə əksər hallarda tamamilə məna ilə üst-üstə düşmür. Hər ehtimala qarşı, bu bizim konsepsiya üçün heç bir cətinlik törətmir. Əgər mənalılıq müşahidə ilə bağlı deyilsə, onda müşahidə ilə müşaiyyət olunmayan nitq, buna görə də mənasız olmamalıdır. Əgər müşahidə baş tutmursa, onda ifadə zamanı (ifadənin hissi şüurunda) məhz o növün öz aktı, yəni müşahidəyə başqa hallarda aid edilən və uyğun vəziyyətlər zamanı predmetin dərk edilməsini yaxşılaşdıran həmin aktın özü qalır. Beləliklə, mənanın (das Bedeuten) həyata keçirildiyi akt, bu və ya digər hallarda baş verir[21].

      Tərcüməçi: Obaçı

Davamı: https://klv.az/2025/01/29/edmund-husserl-kartezian-dusunceleri-10-44/

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Qardaşxan Haqqarar. Ruhum – bal arısı, şeh içindəyəm

Yaz ətri burnuma haradan gəlir?   Kiçik çillə deyil, hava sazaqdı, Hələ fevrala var, mart da uzaqdı. Onda, türkün sözü, bu nə tuzakdı, Yaz ətri burnuma haradan gəlir?   Ya mən havalıyam, ya hava xəstə, ya da məzə könlüm təzə həvəsdə. Böyük çillə ilə nəfəs-nəfəsdə yaz ətri burnuma haradan gəlir? […]