Əvvəli: https://klv.az/2025/01/29/edmund-husserl-kartezian-dusunceleri-10-44/
(davamı)
Məntiqi tədqiqat
II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma
II Fəsil. Mənaverici aktların xarakteristikasına dair
§ 21. Zəruriliyi diqqətə alan düşüncənin – mənaların aydınlaşdırılması üçün və onların əsaslandığı həqiqətlərin dərk edilməsi üçün – müvafiq müşahidələrə qayıtması
Belə bir sual verilə bilərdi: əgər xalis simvolik fəaliyyət göstərən ifadənin mənası, anlamaqla başa düşülən işarəni mənasız söz kimi başa düşülən işarədən ayıran aktın xarakterində tamamlanırsa, bəs nə üçün mənaların fərqini müəyyən etməkdən və aşkar çoxmənalılığı seçib ayırmaqdan ötrü, yaxud məna intensiyasının qərarsız sərhədlərini cızmaqdan ötrü, biz müşahidələrə qayıdırıq?
Hər halda yenə soruşmaq olardı ki, əgər burada təqdim olunan məna anlayışının başa düşülməsi doğrudursa, onda bəs nə üçün – çox güman ki, yalnız mənanın təhlili sayəsində meydana çıxdığı bildirilən anlayışlara əsaslanmaqla, dərketmənin məzmununu başa düşməkdən ötrü – uyğun müşahidələrdən istifadə edirik.
Ümumiyyətlə, bu həqiqətən o deməkdir ki, ifadənin məqsədini (anlayışların məzmununu) “aydın şüura” gətirmək üçün, müvafiq müşahidə müəyyənləşdirmək lazım idi; onda əslində ifadədə “nəzərdə tutulan” şeylər başa düşülür. Bununla belə, simvolik olaraq əsaslandırılmış ifadə, müşahidə əsasında nə aydınlaşdırılmışsa, eyni ilə o da həmin şeyi fərz edir. Məna aktı (das Bedeuten) təkcə müşahidə vasitəsi ilə həyata keçirilə bilməz; əks halda biz deməliydik ki, danışıq və oxu zamanı bizim son dərəcə mürəkkəb çətinlikləri ilə qarşılaşdığımız şeylər, sadəcə zahiri qavrayış aktlarıdır, yaxud, akustik təxəyyül, ya da optik komplekslərdir. Bizə yenidən təkrar etmək lazım deyil ki, buna aşkar şəkildə fenomenoloji varlıqların məzmunu etiraz edir, xüsusən də bizim səsli və ya yazılı işarələrin köməyi ilə güman etdiyimiz bu və ya digər şeylər, belə ki, bu gümanlar başa düşənin deskriptiv xarakteridir, hərçəndi xalis simvolik danışma və dinləmə zamanı. Lakin əvvəldə qoyulmuş suala cavabdan belə görünür ki, adi simvolik məna intensiyaları çox vaxt bir-birindən dəqiq fərqlənmirlər. Onları eyniləşdirmək, həm də hərçəndi aydın olmayan fikirlər olsa da, hər halda bizim praktiki-faydalılıq üçün ehtiyac duyduğumuz həmin rahatlıqla və dolğunluqla ayırmaq olmaz. Bu cür məna fərqlərini müəyyən etmək üçün, ağcaqanad və fil arasında olan fərq kimi, xüsusi tədbirlər tələb olunmur. Lakin, haradaki məna biri-birinə daşınır və onların ələ keçməyən qərarsızlığı sərhədləri silir, hansı ki, fikir aktlarının doğruluğu bu sərhədlərin saxlanılmasını tələb edir, o yerdə əyanilik dəqiqləşmənin təbii üculunu təklif edir. Belə ki, ifadənin məna intensiyası müxtəlif və anlayışca əlaqəli olmayan müşahidələrlə həyata keçirilir, həyata keçirmənin dəqiq fərqlənən istiqamətləri ilə yanaşı, həm də məna intensiyasının fərqləri də eyni zamanda dəqiq üzə çıxarılır.
Lakin, ikinci məsələ barəsində danışarkən, o şeyi yada salmaq lazım gəlir ki, hər cür aydın fikir aktı (ciddi mənada hər cür dərketmə), seyrçiliklə həyata keçirilən məna tələb edir. Haradaki söhbət “təkcə yalnız sözlərin mənasının təhlilindən irəli gələn” dərketmədən gedir, orada bilavasitə təklif olunan söz deyil, məhz nə isə başqa bir şey nəzərdə tutulur.
Burada aşkarlıq üçün, əsaslı surətdə yenidən hasil edilməsi tələb olunan dərketmə nəzərdə tutulur, hansı ki, özünün tam həyata keçirilməsini sözlərin ümumi mənasında tapır, bu zaman anlayışlara uyğun gələn və ya anlaşılan mahiyyətlərə tabe olan predmetlərin mövcudluğu haqqında məsələ nəzərdən keçirilməmiş qalır. Lakin bu anlaşılan mahiyyətlər heç bir halda sözlərin mənasının özü deyil, ona görə də hər iki vəziyyət ancaq anlayışlarda əsaslandırılır (müvafiq olaraq mahiyyətlərdə), həm də eyni şeyı yalnız ekvivokasiya sayəsində ifadə etməklə, ancaq sözlərin mənasının təhlilindən meydana çıxır. Daha doğrusu, nə vaxt ki, sözün mənası müvafiq adi əyani təsəvvürlərdə və müəyyən təfəkkür təkmilləşdirilmələrində və ya bu təsəvvürlərin təfəkkür təsdiqlərində realizasiya olunur, bu anlaşılmış mahiyyətlər də, həyata keçirilmiş məna kimi “verilənlər”-dən başqa bir şey olmur. Buna görə də, göstərilən təhlilin cəfəng məna intensiyasına dəxli yoxdur, onun onlara həyata keçirilmə təklif edən forma və predmetlərə aidiyyəti vardır. Buna görə də, o bizə mənaların əlaqələrindən və hissələrindən bəhs edən adi mülahizə kimi deyil, həm də ümumiyyətlə qəti surətdə predmetlərin bu mənalarında mümkün olan, məhz bu cür zəruriliklərdən bəhs edən mülahizələr kimi təsəvvür olunur.
Əlbəttə, bu düşüncələr bizə, hansı ki, zəruriliyini dəfələrlə dərk etdiyimiz fenomenoloji təhlil sferasına aparan yolu gostərir. Bu təhlil, dərketmə ilə məna arasında, yaxud məna və aydınlaşdırıcı müşahidə arasında olan aprior münasibətlərin aydınlığına aparıb çıxarmalıdır və beləliklə, onun həyata keçirilən mənadan fərqləndirilməsi vasitəsi ilə və mənanın bu həyata keçirilmə ilə araşdırılması vasitəsi ilə, bizim məna anlayışı barəsində mütləq aydınlıq əıdə etmək olar.
Tərcüməçi: Obaçı
Davamı: https://klv.az/2025/02/12/edmund-husserl-kartezian-dusunceleri-10-46/