Əvvəli: https://klv.az/2025/01/08/edmund-husserl-kartezian-dusunceler-10/
(davamı)
Məntiqi tədqiqat
II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma
II Fəsil. Mənaverici aktların xarakteristikasına dair
§18. Davamı. Arqumentlər və əksarqumentlər
Hər halda daxili obrazın dərhal da yox olması üçün meydana çıxması olduqca ani olsa da, əgər fantaziyanın bu cür hallarda da kəsərli olduğuna etiraz etsələr, onda biz cavab verərik ki, ifadələrin həqiqi anlaşılması, onların tam, canlı mənası obrazın yox olmasından sonra da saxlanılmaqda davam edir və buna görə də məhz bu obrazda başa çata bilmir.
Fantaziyanın obrazları ələ keçməyəndir, yaxud lap əzəldən ələ keçməyən olmuşdur, hər halda – ələ keçəndir ya yox – mümkündür ki, o burada iştirak etsin, həm də sonrakı anlaşılmanın saxlanılmasını mümkün etsin, əgər yenə etiraz etsələr, onda bu cavaba bizdə şübhə yoxdur. Biz deyirik: genetik-psixoloji əsaslardan doğan bu cür ehtimal zəruridirmi və ya arzu olunandırmı, biz burada araşdırma aparmamalıyıq. Görünür ki, bizim deskriptiv məsələmiz üçün o tamamilə faydasızdır. Etiraf edirlər ki, fantaziyanın obrazları çox vaxt ələ keçmir. Həmçinin etiraz etməyəcəklər ki, bu cür anlaşılmaya baxmayaraq ifadə baş tutacaqdır və hətta tez başa düşülən olacaqdır. Belə bir ehtimal cəfəng deyilmi ki, təəssüratların abstrakt momentləri (yəni, düşüncəni təşkil etməli olan fantaziyalı təsəvvür momentləri) başa düşüləndir, ancaq bütün təəssüratlar (konkret və tam fantaziyalı təsəvvür) ümumilikdə başa düşülməyəndir? Nə vaxt ki, məna özündə müəyyən absurdluğu təmsil edir, onda bu cür hallarda, bəs bizim sonradan soruşmağa borclu olduğumuz məsələ nə yerdə qalır? Ələkeçməzlik burada psixi güclərin məhdudluğu ilə əlaqəli ola bilməz, daha doğrusu, ümumiyyətlə obraz mövcud ola bilməz; əgər o mövcud olsaydı, onda uyğun gələn fikirlərin mümkünlüyü aşkarcasına təmin olunardı.
Əlbəttə, ona da işarə etmək olardı ki, biz məsələn, bucaqlarının cəmi 2R-dən az və ya çox olan üçbucaqların qapalı düz xətt kimi göstərilməsində olduğu kimi, müəyyən hallarda hətta mənasızlığı da inandırıcı edirik. Biz hətta metahəndəsi traktatlarda bu cür fiqurların təsvirini görürük. Bununla belə, bu haqda heç kəs ciddi düşünməyəcək ki, bu tip müşahidələri müvafiq anlayışların həqiqi əyani obrazları və sözün mənasının daşıyıcısı hesab etsin. Haradaki fantaziyanın obrazları nəzərdə tutulan predmetə uyğun gəlir, orada ifadənin mənasını bu obrazda aztarmağa həvəs meydana gəlir. Hətta əgər biz yenə də başqalarına nisbətən az məna kəsb etməyən absurd ifadələri hesaba almasaq da, hər halda bu qayda uyğunluq təşkil etmirmi. Artıq Dekart nümunə olaraq minbucaqlını misal gətirmişdi və bununla da imaginatio и intellectio arasında olan fərqi aydın etmişdi. Minbucaqlı təsəvvürü, paralelləri kəsən qapalı düz xətt obrazına nisbətən o qədərdə mütənasib deyildir; hər iki halda tam ekzemplifikasiya əvəzinə, biz sərt və ancaq qismən ağla gələn obrazlı təsəvvür tapırıq. Biz qapalı düz xətt deyirik və bu cür qapalılığı əyani etməklə qapalı əyri çəkirik. Minbucaqlını da eyni ilə bu cür düşünürük və “xeyli” tərəfləri olan hər hansı bir çoxbucaqlı təsəvvür edirik.
Bununla belə, mənaların bir-birinə zidd olmadığı hallarda, əyaniliyin uyğunsuzluğunu nümayiş etdirməkdən ötrü xüsusi olaraq həndəsi misalları seçmək lazım deyil. Daha dəqiqi, məlumdur ki, ümumiyyətlə heç bir həndəsi anlayış, onun adekvat əyani obraz yaratmasına imkan vermir. Biz, birbaşa təsəvvür edirik və ya ştrixlər çəkirik, həm də danışır və fikirləşirik. Həm də bütün fiqurlar barəsində belə edirik. Obraz hər yerdə yalnız intellectio üçün dayaq rolunu oynayır. O, özündə həndəsi “ideallaşdırmanın” təbii çıxış nöqtəsini təmsil edən bu tip hissi obrazların həqiqi nümunələrini təklif etmir. Həndəsi təfəkkürün bu intellektual proseslərində, öz təzahürünü (Auspraegung) deskriptiv ifadənin dayanıqlı mənasında tapan həndəsi strukturun ideyaları konstruksiyalaşır.
Bu intellektuaı proseslərin aktual həyata keçirilməsi, başlanğıcın dürüst ifadə edilməsi və dərketmə sferasında ilkin həndəsi ifadələrin yoxlanılması üçün ilkin şərt rolunu oynayır, ancaq onların yenidən hasil edilməsi, onların həqiqi anlaşılması və onların başa düşülərək sonradan tətbiq edilməsi üçün rol oynamır. Müvəqqəti hissi obrazlar, obrazların təsvirində başa düşmənin adi köməkçi vasitəsi kimi, fenomenoloji dərk edilmiş və ifadə edilmiş şəkildə fəaliyyət göstərir, ancaq onların özü – məna kimi və ya mənanın daşıyıcıları kimi fəaliyyət göstərmir.
Bizim konsepsiyanı, mümkündür ki, ifrat nominalizminə görə məzəmmətləsinlər, guya ki, onda söz və fikir eyniləşdirilir. Kiməsə məhz absurd görünə bilər ki, simvol, söz, müddəa, formula aydın görünməlidir, halbuki, bizim nöqteyi-nəzərlə burada nə iştirak edirsə hamısı xəyalidir, fikirlərin hissi ruhsuz cismi kimi bir şeydir, bu duyğulu xassələr kağızdadır və s. Bununla belə, əvvəlki fəsillərin düşüncələrində bu haqda xəbər verilir[20], biz sözü və fikri eyniləşdirməkdən büsbütün uzaqdayıq. Nə vaxt ki, biz simvolları fantaziyanı müşaiyyət edən obrazlara dayaq olmayan kimi başa düşürük, bu vəziyyətlərdə, bizim ücün burada heç bir halda adi simvol iştirak etmir; daha doğrusu, burada xüsusi olaraq bu ifadəyə aid, onu işıqlandıran, ona məna verən və bununla yanaşı ona təəssürat aktları kimi (Akterlebnis) əyani münasibət göstərən anlaşılma baş verir. Hissi komplekslər kimi adi sözləri, məna ifadə edən sözlərdən fərqləndirən şeyləri, biz öz təcrübəmizdən çox yaxşı bilirik. Axı biz mənadan uzaqlaşaraq, yalnız sözün hissi növlərinə müraciət edə bilərik. Həmçinin belə də olur ki, başlanğıcda hiss orqanları ilə duyulan bəzi şeylər bizim marağımızı oyadır, ancaq yalnız sonralar anlaşılır ki, o sözün, yaxud da başqa simvolların xarakterinə malikdir. Əgər o bizim üçün simvolun mənalılığını qəbul edirsə, obyektin hissi siması (Habitus) dəyişmir; yaxud da əksinə, əgər biz onun mənalılğından uzaqlaşarıqsa, bu zaman o öz funksiyaları ilə simvol kimi çıxış edir. Elə bil bəraət almış məzmunların səlistliyi və məcmusu bərabər həddə olduğu bu yerdə, buraya heç bir yeni müstəqil psixi məzmun əlavə edilmir. Çox güman ki, eyni bir məzmun özünün psixi simasını dəyişsin, lakin biz ona münasibətdə başqa əhval-ruhiyyədəyik, bizim üçün obyektin sadəcə kağız üzərində olan hissi xüsusiyyətləri deyil, həm də bizim başa düşdüyümüz fiziki olan işarəsi gücə malikdir. Və bu başa düşmədə biz yaşadığımız həmin şeylə, hissi obyekt kimi işarəyə daxil edilmiş təsəvvürləri və fikirləri həyata keçirmirik, biz, göstərilən predmetə aid tamamilə başqa bir şeyi, başqa növü həyata keçiririk. Bu surətlə, marağın hissi işarələrə, yaxud işarə vasitəsi ilə təqdim olunan obyektlərə (hətta əgər bu obyekt fantaziyada əyani təsəvvür olunmasa da) istiqamətlənib-istiqamətlənməməsindən asılı olaraq, mənaverici aktın xarakteri bütünlüklə başqa şəkil alır.
Tərcüməçi: Obaçı
Davamı: https://klv.az/2025/01/22/edmund-husserl-kartezian-dusunceleri-10-43/