Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2024/10/23/edmund-husserl-kartezian-dusunceleri-10-32/

(davamı)

Məntiqi tədqiqat

II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma

§7. Kommunikativ funksiyalarda ifadə

Gəlin – məntiqi münasibətlərdə mühüm fərqləri ortaya çıxara bilmək üçün – ifadəni ilk növbədə onun kommunikativ funksiyasında nəzərdən keçirək, necə ki, o birinci həyata keçirilməyi tələb edir. Artikulyarlaşmış səsli kompleks (yaxud yazılmış hərflər), ümumiyyətlə, yalnız danışanın onu “nə isə bir şey haqqında danışmaq” niyyəti ilə yaratması nəticəsində, o nə isə bir şeyi xəbər verən deyilmiş söz, danışıq formasını alır, başqa sözlə, o bu kompleksə müəyyən psixi aktlarla, qulaq asanlara xəbər vermək istədiyi bəzi mənalar verir. Hər halda, bu xəbər vermə onun nəticəsində mümkün olur ki, qulaq asan da həmçinin danışanın intensiyasını başa düşür. O bunu, danışanı şəxs kimi hansı dərəcədə başa düşürsə, həmin dərəcədə həyata keçirir, belə ki, bu zaman sadəcə səs çıxarmır, həm də ona nə isə deyir, nəticə ehtibarı ilə, eyni zamanda, o səslər vasitəsi ilə, aldığı məlumatlardan və müvafiq surətdə ona vermək istədiyi xəbərlərin mənasından müəyyən mənaverici aktlar həyata keçirir. İlk öncə mənəvi ünsüyyəti mümkün edən və əlaqə nitqini nitqə çevirən şeylər, bir-biri ilə təmasda olan şəxslərin fiziki və psixi təəssüratları arasında olan korrelyasiyada, nitqin fiziki tərəfləri aralığında olan korrelyasiyada tamamlanır. Danışma və qulaq asma, danışmada psixi təəssüratlar haqqında məlumat və onlar haqqında qulaq asmada qəbul edilən məlumat bir-biri ilə birləşmişdir.

Əgər bu əlaqələri diqqət obyektinə çevirsək, onda dərhal başa düşmək olar ki, kommunikativ nitqlərdə olan bütün ifadələr əlamətlər kimi fəaliyyət göstərir. Onlar qulaq asana danışanın “fikirlərinin” işarələri kimi, yəni eyni ilə xəbərin intensiyasına məxsus sair psixi təəssüratlar olaraq, onun mənaverici psixi təəssüratlarının işarələri kimi xidmət edirlər. Dil ifadələrinin bu funksiyasını bi xəbər verən (kundgebende) funksiya adlandırırıq. Xəbərin məzmunu xəbərdar olunmuş psixi təəssüratlar yaradır. Xəbər vermə predikatının mənasını biz daha məhdud və daha geniş mənada başa düşə bilərik.

Qısa mənanı biz mənaverici aktlarla məhdudlaşdırırıq, halbuki daha geniş məna danışanın bütün aktlarını əhatə edə bilər, hansı ki, qulaq asan da öz aktlarını ona, onun nitqləri əsasında qoşur (bunun nəticəsində bəzən bu nitqlərdə onlardan danışılır). Məsələn, nə vaxt ki, biz istəyimizi bildirən arzularımızı, fikirlərimizi söyləyirik, bu daha məhdud mənada xəbərdir, arzunun özü isə – daha geniş mənada xəbərdir. Qavrayış haqqında adi mülahizə söylənilən zaman da eynilə belədir, bu, qulaq asan tərəfindən dərhal aktual qavrayışa aid bir şey kimi izah olunur. Bununla bərabər qavrayış akti haqqında daha geniş mənada xəbər verilir, onun üzərində qurulan mühakimələrdən isə – daha məhdud mənada. Biz dərhal görürük ki, nitqlərin adi üsulları, ifadə əldə edən kimi, xəbər verilən təəssüratları qeyd etməyə imkan verir.

Xəbərin anlaşılması xəbər haqqında başa düşülmüş bilik deyil, söylənilənlərin mühakimə növləri deyil; ancaq o sadəcə ondan ibarətdir ki, qulaq asan (bilavasitə) iş ondadır ki, danışanı müşahidə zamanı, ifadə edən şəxs kimi başa düşür (appersepsiya edir), yaxud belə də deyə bilərik ki, onu şəxsiyyət kimi qəbul edir. Əgər mən kiməsə qulaq asıramsa, mən onu məhz danışan kimi başa düşürəm, mən o danışdığı şeyləri eşidirəm, burada o sübut edir, arzulayır, nəyəsə şübhə edir və sairə. Xəbər verən şəxsin özünü qulaq asan necə başa düşürsə, xəbəri də eyni ilə həmin mənada başa düşür – hərçəndi, yenə də şəxsi şəxsiyyət edən psixi fenomenlər, bir növ onlar başqasının mahiyyəti olduğundan müşahidə ilə verilə bilinmirlər. Adi danışıqlar zamanı da biz habelə başqa şəxslərin mənimsədiyi psixi fenomenlərdən danışırıq, biz onların qəzəbini, ağrısını, və s. “görürük”. Nə qədər ki, mənimsənilmişlər zahiri cismani şeylər hesab edilir və ümumiyyətlə desək, nə qədər ki, mənimsəmə anlayışı ən ciddi mənada adekvat qavrayışla, müşahidə ilə məhdudlaşmır, danışığın bu üsulu tamamilə ədəblidir. Əgər mənimsəmənin əsaslı xarakteri ondan ibarətdirsə ki, şeyin özü və ya hazırda olan prosesin özü müşahidə olunan gümanlarla başa düşülür – bu cür gümanlar həm də ona görə mümkündür ki, hər cür anlaşıqlı, eksplitsit başa düşmə olmadan verilir – bu zaman xəbərin qəbul edilməsi, xəbərin sadəcə mənimsənilməsidir (qavranılmasıdır). Əlbəttə, burada artıq bizim tərəfimizdən toxunulan əhəmiyyətli fərqlər mövcuddur. Qulaq asan başa düşür ki, danışan müəyyən psixi təəssüratlar ifadə edir; lakin o özü bunları yaşamır, onlar haqqında o “daxilən” deyil, “zahirən” mənimsəmə əldə edir. Bəzi varlıqların adekvat müşahidə altında həqiqi başa düşülməsi ilə onun qeyri-adekvat təsəvvürlərin müşahidəsi əsasında təxmini başa düşülməsi arasında bu böyük fərqdir. Birinci halda bizim işimiz ötüb keçmişlərlə, sonuncu halda isə – ümumiyyətlə həqiqətlə əlaqəsi olmayan təxmini varlıqlarladır. Qarşılıqlı anlaşma bu məqamda, xəbərlərdə yayılan və psixi aktların xəbərlərini qəbul edən müəyyən ikitərəfli uyğunluq tələb edir, ancaq heç bir halda onların tam bərabərliyini tələb etmir.

 Tərcüməçi: Obaçı

Davamı: https://klv.az/2024/11/06/edmund-husserl-kartezian-dusunceleri-10-34/

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Lalə Əhməd. Tünd qəhvə ətirli gecələr

Ç Okt 30 , 2024
Gecənin zülmətinə bürünmüş şəhərdə oturmuşam – ətraf sakit, təkcə uzaqlardan gələn avtomobil səsləri gecənin boşluğunu doldurur, amma mən bu səsləri eşitmirəm; əslində, artıq çoxdan qulaqlarıma gələn hər səs, hər hərəkət bir növ boğulmuş halda, uzaqdan gələn xəyallar kimi beynimdə əks olunur. Mənim düşüncələrim bir fincan tünd qəhvə qədər qatı, bir […]