Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2024/10/30/edmund-husserl-kartezian-dusunceleri-10-33/

(davamı)

Məntiqi tədqiqat

II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma

§8. Tənha ruhi həyatda ifadə

İndiyə qədər biz ifadəni kommunikativ funksiyalarda nəzərdən keçirdik. O, əslində ona əsaslanır ki, ifadə əlamətlər kimi fəaliyyət göstərir. Hər halda ifadə kommunikativ məlumatlardan kənar mənəvi həyatda da böyük rol oynayır. Aydındır ki, dəyişilən bu funksiya ifadəni ifadə edən şeylərə toxunmur. Onlara, əvvəlki kimi onların mənası, həm də ünsüyyətdə olduğu kimi eyni ilə həmin məna məxsusdur. Söz yalnız o vaxt söz olmaqdan əl çəkir ki, bu zaman bizim maraqlarımız son dərəcə səsli quruluşa olan kimi sözə, hissi olana istiqamətlənir. Nə vaxt ki, biz onu başa düşərək yaşayacağıq, bu zaman onun kimə ünvanlanıb-ünvanlanmamasından asılı olmayaraq o ifadə edəcək və eyni ilə həmin şeyi ifadə edəcək.

Sanki buradan belə aydın olur ki, ifadənin mənası və mahiyyətcə ona məxsus olan nə varsa hamısı, onun xəbər verən funksiyası ilə üst-üstə düşmür. Yaxud da məsələn, biz deməliyik ki, bizim ruhi həyatımız ifadənin köməyi ilə tənhalıqda da nəyinsə haqqında xəbər verir, yoxsa ki, biz bunu Başqasına münasibətdə həyata keçirmirik? Biz deməməliyikmi ki, tənhalıqda danışan özü özünə danışır, belə ki, söz ona işarələr kimi, yəni onun xüsusi psixi təəssüratlarının əlamətləri kimi xidmət edir. Mən inanmıram ki, belə bir anlamadan tutub durmaq olardı. Əlbəttə, söz burada da, hər yerdə olduğu kimi işarələr kimi fəaliyyət göstərir; və doğrudan da biz hər yerdə birbaşa göstərişlərdən (Hinzeigen) danışa bilərik. Əgər biz ifadə və mənanın münasibətləri haqqında düşünürüksə, deməli, bu məqsəd üçün mürəkkəb və həm də məna ilə dolu ifadənin daxilən tam olan təəssüratlarını iki faktora, söz və mənaya ayıra bilərik, onda bu zaman söz bizim üçün nə isə özünə görə fərqi olmayan bir şey kimi, məna isə – bir növ bu işarə vasitəsi ilə nəzərdə tutulmuş şeylərə, bu sözün köməyi ilə nə dərəcədə istiqamətlən kimi ortaya çıxacaq; görünür ki, bu üsulla ifadə özünə olan maraqdan yayınır ki, onu mənaya tərəf yönəltsin, marağı ona tərəf göstərsin. Lakin bi göstəriş (Hinzeigen) bizim mənada nəzərdən keçirdiyimiz xəbər vermə (Anzeigen) deyil. İşarənin var olması (Anzeigen) mövcud olmanı, yaxud daha dəqiqi, mənanın var olmasında bizim inamımızı motivləşdirmir. O şey ki, bizə əlamət olaraq xidmət etməlidir bizim tərəfimizdən mövcud olan kimi qəbul edilməlidir. Bu kommunikativ danışıqlarda olan ifadə üçün də qüvvəyə malikdir, ancaq o vaxt yox ki, bu zaman biz nə isə bir şeyi tənhalıqda söyləyirik. Biz burada adətən həqiqi sözlər əvəzinə təsəvvürə gətirilmiş sözlərlə kifayətlənirik. Qarşımızda fantaziyalarda söylənilmiş və ya sözün möhürlənmiş işarələri uçuşur, gerçəklikdə isə o qətiyyən mövcud deyil. Biz hər halda fantaziya təsəvvürlərini və ya hətta onların əsasında yatan fantaziya məzmununu fantaziya predmetləri ilə qarışdırmayacağıq.

Sözün xəyali səslənməsi və ya xəyali yazılışı deyil, onlar haqqında fantaziya təsəvvürləri mövcud olur. Fərq burada göz qabağına gətirilən kentavrla onun haqqında təxəyyüldə təsəvvürə gətirilən kentavr arasında olduğu kimidir. Sözün mövcud olmaması bizim üçün maneə deyil. Ancaq bu qeyri-mövcud olma habelə bizim maraq predmetimiz də deyil. Çünki o ifadə kimi tamamilə ifadə funksiyasına aid deyil. Haradaki belə münasibətlər baş verir, elə orada da məhz məna funksiyasına əlavə olaraq xəbərverici funksiya birləşir: fikir sadəcə olaraq təkcə müəyyən mənalar kimi ifadə olunmamalıdır, həm də xəbər vasitəsi ilə çatdırılmalıdır, əlbəttə, bu da yalnız gerçək danışmalar və qulaq asmalarla mümkündür.

Əlbəttə, müəyyən mənada tənhalıqda da (in der einsamen Rede) danışırlar və şübhəsiz, bununla bərabər özünü danışan kimi və hətta bəzən özü-özünə danışan kimi nəzərdən keçirmək lazımdır. Məsələn, bu vaxt kim isə özünə belə deyir: “Sən bunu düz eləmədin, sən bu gedişlə davam edə bilməzsən”. Lakin xüsusi, kommunikativ mənada belə hallarda, danışmırlar və özlərinə heç nə xəbər vermirlər, yalnız özlərini danışan və xəbər verən kimi göstərirlər. Monoloji nitqlərdə psixi aktların yaşanması üçün söz hər halda yenə də bizə əlamətlər kimi xidmət edə bilmir, ona görə ki, bu tip xəbər vermə burada tamamilə faydasız olardı. Axı bu aktlar bizim tərəfimizdən məhz həmin məqamın özündə yaşanılır.

 Tərcüməçi: Obaçı

Davamı: https://klv.az/2024/11/16/edmund-husserl-kartezian-dusunceleri-10-35/

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Aqşin Yenisey. İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbulda küçədə bir səhnəylə qarşılaşdıq. İnsanların sürü instinktiylə keçdiyi körpünün üstündə bir dilənçi səsi gəlirdi, yalvarırdı ki, ona kömək edək. Amma dilənçi özü yox idi; yalvarışını bir səs aparatına yazıb gətirib qoymuşdu körpünün üstünə, qarşısına da bir qutu. Özü isə çıxıb getmişdi. Dilənçinin yerinə texnoloji avadanlıq dilənirdi. Yəni artıq dünyanın […]