Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2024/10/16/edmund-husserl-kartezian-dusunceleri-10-31/

(davamı)

Məntiqi tədqiqat

II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma

§6. Özlüyündə ifadəyə aid olan fenomenoloji və intensional fərqləndirmələr haqqında məsələ

Adətən hər hansı ifadəyə münasibətdə iki şeyi fəqləndirirlər:

1. Onun fiziki tərəfi ilə uyğun gələn ifadə (hissən başa düşülən işarələr, artikulyarlaşdırılmış səsli komplekslər, kağız üzərində hərflər və sair).

2. Assossiativ olaraq ifadəyə birləşən və onu bu ifadə vasitəsi ilə nə isə bir şey edən, psixi təəssüratların müəyyən məcmusu.

Bu psixi təəssüratların əksəriyyətini ifadənin mənası və ya düşüncəsi adlandırırlar, bir də ki, həmin fikrin üzərində dayanırlar ki, bu cür qeyd onunla razılaşdırılır ki, bu terminlər normal danışıqda ifadə olunur. Lakin biz görürük ki, bu cür başa düşmə doğru deyil, belə ki, ümumiyyətlə fiziki işarə ilə mənaverici təəssüratlar arasında olan bu sadə fərq, əsasən də məntiqi məqsədlər üçün, kifayət deyil.

Xüsusilə adlara dair bu vəziyyət artıq çoxdan müşahidə edilir. Hər hansı bir ada münasibətdə, onun nə haqda “xəbər verməsi” ilə (yəni psixi təəssüratlar haqqında) onun nə ifadə etməsi arasında olan fərqi həyata keçirirlər. Və yenə də, bununla belə, o ad qoyduğu (təsəvvür predmeti ilə) həmin şeyi ifadə edir (nominal təsəvvürün “məzmunu”, mənası ilə). Biz bütün ifadələr üçün lazım olan bu kimi fərqləndirmələrı tapmalı və onların mahiyyətini dəqiqliklə araşdırmalı olacağıq. Bu fərqləndirmələrə müvafiq olaraq biz “ifadə” və “əlamət” anlayışlarını məhdudlaşdırırıq, hərçəndi, bununla bərabər iddia olunmur ki, canlı danışıqda ifadə eyni zamanda əlamət kimi də fəaliyyət göstərir, necə ki, biz dərhal da onu nəzərdən keçirməyə girişirik. Sonralar buna hələ, məna ilə xəyali müşahidə və aşkarlığa (evidentmachend) gətirib çıxaran müşahidə arasındakı mümkün münasibətlərinə dəxli olan digər mühüm fərqlər də əlavə olunur. Yalnız bu münasibətləri diqqətə almaqla, əsaslı surətdə məna anlayışını məhdudlaşdırılmasını və sonralar mənanın simvolik funksiyalarının və onların idraki funksiyalarının fundamental olaraq tutuşdurulmasını həyata keçirmək olar.

Tərcüməçi: Obaçı

Davamı: https://klv.az/2024/10/30/edmund-husserl-kartezian-dusunceleri-10-33/

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Hakan Gündayın “Ayılma” "(hekayə). Azad Yaşarın təqdimatında

Hakan GÜNDAY 1976-cı ildə atasının diplomat kimi çalışdığı Yunanıstanın Rodos adasında doğulub. İbtidai və orta təhsilini müvafiq olaraq Brüsseldə və Ankarada, ali təhsilini isə Hacəttəpə və Ankara universitetlərində alıb. Dolanışığının təmini məqsədiylə bir müddət Antalyada zərgərliklə məşğul olub. Ədəbi yaradıcılığa 2000-ci ildə başlayıb. “Kinyas və Kayra” (2000), “Zarqana” (2002), “Bic” […]