Əvvəli: https://klv.az/2024/10/09/edmund-husserl-kartezian-dusunceleri-10-30/
(davamı)
Məntiqi tədqiqat
II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma
§5. Məna əldə edən ifadələr, işarələr kimi. İfadənin bura aid olmayan mənasının ayrılması
Biz mənaya, yəni ifadəyə malik xəbər vermə işarələrindən işarələri fərqləndiririk. “İfadə” terminini, əlbəttə, biz daha məhdud mənada götürürük. Onun mənalılıq sahəsi normal nitqlərdə ifadə adlanan həmin şeylərdən bəzilərini istisna edir. Adətən haradaki sərəncamında yalnız daha çox mənaya malik terminlər olduğuna görə anlayışın terminoloji təsbit olunması vacib olur, o yerdə dilə təzyiq göstərmək lazım gəlir.
İlkin addım olaraq biz müəyyən edirik ki, hər hansı nitq və onun hər hansı bir hissəsi də, həmçinin mahiyyətcə hər hansı həmcins işarələr kimi ifadədir, həm də bu nitqin həqiqətdə tələffüz edilib-edilməməsindən, yəni onun kommunikasiya məqsədi ilə başqa şəxsə istiqamətlənib-istiqamətlənməməsindən asılı olmayaraq. Əksinə, biz, istər-istəməz bizim nitqi müşayiət edən və hər ehtimala qarşı məlumat məqsədinə xidmət etməyən və ya ətrafdakılar üçün aydın olan “ifadəni” şəxsiyyətin ruhi vəziyyətində tapan üz ifadələrini və əl-qol hərəkətlərini istisna edirik. Bu növ “təzahür” nitq mənasında ifadə deyildir, kim özünü ifadə edirsə, onun şüurunda onlar təəssüratlarla ifadə olunmuş fenomenal bütövlükdə yerləşmirlər, necə ki, bu danışıq hallarında hər zaman baş verir; onlarda başqasına heç nə xəbər verilmir, bu lap başqası üçün olsa da, lap özü üçün olsa da, nə vaxt ki, o özü ilə tək qalır, hər hansı bir “fikri” aydın şəkildə formalaşdırmaqdan ötrü, onların üzə çıxması ilə intensiya kifayət etmir. Qısa desək, bu cür “ifadə” heç bir xüsusi mənaya malik deyil. Burada Başqasının (Zweiter) bizim qeyri-sərbəst təzahürlərimizi (məsələn, “ifadələrin dəyişilməsi”) izah edə bildiyi şeylərdən heç bir şey dəyişilmir və eləcə də onların sayəsində o bizim daxili fikirlərimiz və ruhi hərəkətlərimiz haqqında nə isə öyrənə bilər. Onlar onun üçün nə isə bir şeyı həmin dərəcədə “ifadə edir” ki, onları o məhz hansı dərəcədə izah edir; lakin, dil işarələrinin dəqiq mənasında onlar da onun üçün heç bir məna kəsb etmir, ancaq yalnız xəbər vermə mənasında əhəmiyyətə malik olur.
Sonrakı nəzərdən keçirmələr bu fərqi tamamilə aydın şəklə gətirib çıxaracaqdır.
Tərcüməçi: Obaçı
Davamı: https://klv.az/2024/10/23/edmund-husserl-kartezian-dusunceleri-10-32/