Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2024/10/02/edmund-husserl-kartezian-dusunceleri-10-29/

(davamı)

Məntiqi tədqiqat

II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma

§4. Xəbər vermənin assossasiyalardan əmələ gəlməsi münasibətlərinə ekskurs

Öz “mənşəyini”, hansı ki, bunun əsasında o abstrakt başa düşülə bilər, əlamət anlayışından götürən psixi faktlar, ənənəvi “ideyaların assossasiyası” termini ilə əhatə olunan faktların geniş qrupuna aiddir. Çünki bu terminə təkcə assossasiya qanunlarını ifadə edən və “oyandırma” vasitəsi ilə ideyaları “ictimailəşdirən” həmin faktlar deyil, həm də məhz deskriptiv olaraq özünəməxsus xüsusiyyətlər və birlik formaları yaratmaqla, özünü yaradıcı kimi biruzə verən assosasiyanın gələcək faktları da aiddir[3]. Assossasiya şüurda sadəcə müəyyən məzmun doğurmur, həm də onların qanunamüvafiq mahiyyətini göstərən kimi, onlara məzmunda verilənlərlə birləşməyi həvalə edir. O, əlbəttə, yalnız məzmunda əsası qoyulmuş bütövlüyə, məsələn, vizual məzmunun görüş dairəsində olan bütövlüyə maneə kimi xidmət etmir. Amma o üstəlik, məhz özünün labüd qanunamüvafiq əsasına, nə onların keçilmiş məzmunların özündə, nə də onların tipikləşdirilmiş abstrakt momentlərində malik olmayan yeni fenomenoloji xüsusiyyət və bütövlük yaradır[4]. Əgər A, B-nin şüuruna səbəb olursa, bu vaxt onların hər ikisi sadəcə eyni zamanda və ya ardıcıl dərk olunmurlar, həm də adətən onların qarşılıqlı əlaqəsi təsirli şəkil alır, müvafiq olaraq biri digərinə işarə edir, sonuncu isə birinciyə aid olan kimi çıxış edir.

Onların sadə bir yerdə yaşamasından birgə mənsubiyyətliliyin formalaşma – yaxud, bunun arasıkəsilməzliyini göstərməkdən ötrü – onların intensional bütövlükdə olan birgə mənsubiyyətliliyindən formalaşma – məhz bu assossiativ funksiyanın fasiləsiz işidir. Mövcud predmetliliyin tərəflərinin və hissələrinin birformalı şəkildə seçilib ayrılan birgə mənsubiyyətliliyin duyulması sayəsində qarşıya çıxan, hər hansı təcrübi birlik şeylərin, proseslərin, qaydaların və şeylərin münasibətlərinin birliyi kimi, fenomenal birlikdir. Hadisələrdə müəyyən qaydalar və əlaqələr çərçivəsində biri digərinə işarə edir. Və bu prosesdə özü tək olan düz və tərs göstəriş sadəcə keçib getmiş predmetin deyil, həm də hazırda olan predmetin (yaxud onun hissəsinin, onun əlamətinin (Merkmal) və s) məzmunudur, belə ki, o özünü yalnız ona görə göstərir ki, təcrübə müvafiq olaraq onların nədənsə, daha özlüyündə məna əldə edə bilmədiyi məzmuna yeni fenomenoloji xüsusiyyət verir, həm də onlardan fərqlənən predmetləri təsəvvür olunan edir. Bu faktların məcmusuna eyni zamanda xəbər vermə faktları da aiddir, necə ki, buna uyğun olaraq predmet və ya vəziyyət təkcə bəzi başqaları haqqında yada salmır və bu üsullarla ona işarə etmir, həm də birinci eyni zamanda ikinci haqqında xəbər verir və belə fərz edir ki, o bərabər şəkildə mövcuddur, bu da, təsvir edildiyi kimi, bilabasitə nəzərə çarpacaq dərəcədədir.

Tərcüməçi: Obaçı

Davamı: https://klv.az/2024/10/17/edmund-husserl-kartezian-dusunceleri-10-31/

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Cənubi koreyalı yazıçı ədəbiyyat üzrə “Nobel” mükafatının qalibi elan edildi

Ədəbiyyat üzrə “Nobel” mükafatı laureatının adı açıqlanıb. “Nobelprize.org”a istinadən, Ədəbiyyat üzrə Nobel mükafatı cənubi koreyalı yazıçı Han Kanqa verilib. O, bu mükafata tarixi travmaları və insan həyatının kövrəkliyini üzə çıxaran poetik nəsrinə görə layiq görülüb.