Əvvəli: https://klv.az/2024/09/25/edmund-husserl-kartezian-dusunceleri-10-28/
(davamı)
Məntiqi tədqiqat
II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma
§3.Göstəriş və sübut
Bununla da fenomenoloji vəziyyət belə bir ümumi formada təsvir edilir ki, o xəbər verməyə məxsus (Hinweis der Anzeige) göstərişlə birgə, habelə həqiqi nəticənin və əsaslandırmanın sübutunu da əhatə edir. Çox güman ki, bu iki anlayışı bölmək lazım gələcək. Biz yuxarıda xəbər vermədə aydın dərkedilmişliyin (Uneinsichtigkeit) yoxluğunu nəzərə çarpdırdığımız zaman, artıq bu fərqi qeyd etmişdik. Doğrudan da, harada ki, digər vəziyyətlərdən çıxış edərək buna aşkarlıq altında göz yetirməklə, biz bir vəziyyətin mövcudluğu haqqında işi tamamlayırıq, o yerdə biz sonuncunu xəbər verən və ya birincinin işarəsi adlandırmırıq. Və əksinə, xüsusi məntiqi mənada sübut haqqında söhbət yalnız aşkar gözdən keçirilən nəticədə və ya belə bir gözdən keçirmənin mümkünlüyü halında gedə bilər. Əlbəttə, biz nəticəyə görə sadə hallarda, sübut kimi irəli verdiyimiz şeylərdən bir çoxu, aşkarlıq halında gözdən keçirilmir və hətta yalan olur. Lakin bunu sübut hesab etməklə, biz yenə də ona iddia edirik ki, nəticəyə aşkarlıq altında baxılacaqdır. Bununla əlaqədar aşağıdakı əlaqə üzə çıxır: subyektiv proseslə çıxarılan nəticə və sübut obyektiv nətıcəyə və sübuta və ya nəticə və əsas arasında olan obyektiv əlaqəyə uyğun gəlir. Bu ideal bütövlük özündə mühakimələrin müvafiq təəssüratlarını deyil, onların ideal “məzmununu”, ideal vəziyyətini təmsil edir. Bu mühakimələri və məntiqi nəticələri və hər ikicinin bütövlüyünü kimin söyləməsindən asılı olmayaraq, mühakimə məntiqi nəticələri sübut edir.Motivasiyası vasitəsi ilə hic et nunc-lə əlaqədar mühakimələrin hüdudlarından çıxan və elə bu məzmunun bütün mühakimələrinin həddən artıq empirik ümumiliyini və hətta özlüyündə bu “formaların” bütün mühakimələrini də əhatə edən ideal qanunauyğunluq özünü bunda üzə çıxarır. Məhz bu qanunauyğunluq subyektiv olaraq bizim tərəfimizdən əsasların aşkar gözdən keçirilməsi ilə başa düşülür, həm də qanunun özü – buna görə də, müvafiq müddəalara uyğun mühakimələrin aktual motivləşmiş əlaqələrinin bütövlüyünə tab gətirən məzmunu ideyalaşdıran refleksiya vasitəsi ilə dərk olunur.
Xəbər vermə hadisəsində bütün bunlar haqqında söhbət getmir. Məhz burada aşkar mülahizə, həm də obyektiv desək, mühakimələrin əlaqələndirilmiş məzmununun ideal əlaqələrinin başa düşülməsi istisna edilir. Harada ki, biz A vəziyyəti B vəziyyəti haqqında xəbər vermədir deyirik, o yerdə birinin varlığı ona işarə edir ki, həm də o biri mövcuddur, bu zaman biz burada tam olaraq o müəyyənliyi gözləyə bilərik ki, biz həqiqətən bu axırıncı şeyi üzə çıxarırıq, lakin belə deməklə, biz onu nəzərdə tutmuruq ki, A və B arasında obyektiv zəruri əlaqə münasibətləri mövcuddur; mülahizələrin məzmunu burada bizim üçün mühakimə və nəticələr barəsində danışmır. Əlbəttə, belə də olur ki, harada obyektiv olaraq əsaslandırıcı əlaqə (həm də səmimi əlaqə) mövcuddur, o yerdə biz xəbər vermədən də danışırıq. Cəbri bərabərləşdirməsi tək ədədi dərəcəyə malik olan həmin şərait, riyaziyyata həmin işarə ilə xidmər edir ki, o ən azı bir həqiqi kökə malikdir. Lakin daha dəqiq olsaq, onda biz bununla yalnız həmin imkanları reallaşdırırıq ki, tək ədədi dərəcə bərabərliyinin müəyyən edilməsi riyaziyyata – onsuzda o aşkar hesab edilən sübutun gedişini həqiqətdə təkrar etmişdi –özünün riyazi məqsədləri üçün qanuni əlaqəyə daxil edilmiş bərabərləşdirmə xüsusiyyətini hesaba almaqdan ötrü, bilavasitə aşkarlıqdan məhrum motivlər kimi xidmət edir. Haradaki bu kimi şeylər baş verir, haradaki müəyyən vəziyyət digər vəzziyyət üçün həqiqi əlamət rolunu oynayır, əgər onun özü nəzərdən keçirilən predmet edilərsə, o yerdə birincinin nəticəsi meydana çıxa bilər, birinci vəziyyət bu funksiyanı düşünən təfəkkürdə məntiqi əsas olaraq deyil, əvvəl yeridilmiş həqiqi sübutu və ya hətta nüfuza əsaslanmış mənimsəməni bizim məsləklərimizdən birinə çevirən əlaqələr sayəsində[1] psixi təəssüratlar və ya dispozisiyalar kimi yerinə yetirir. Təbii ki, hər halda rasional əlaqələrin obyektiv mövcudluğu haqqında olan biliyə sadəcə vərdiş etmiş müşayiətçi, bəzən bunda heç nəyi dəyişmir.
Əgər xəbər vermə (yaxud, motivləşən əlaqə, hansı ki, o obyektiv məlum münasibət kimi üzə çıxır) zəruri əlaqələrlə mühüm münasibətlərə malik deyilsə, onda, əlbəttə, soruşmaq lazımdır, əlaqələrin mümkünlüyünə dair, o mahiyyət kəsb edən münasibətlərdə olmamalıdırmı?
Haradaki biri digərinə işarə edir, haradaki birinin varlıq inamına digərinin varlıq inamı empirik (yəni təsadüfən, qeyri-zəruri formada) motivasiya edir, o yerdə, bu zaman motivləşdirən inam motivləşdirilmişlər üçün mümkünlük əsasını saxlamamalıdırmı? Burada özünü aralığa salan bu sualı müfəssəl nəzərdən keçirməyin yeri deyil. Təkcə onu qeyd etmək lazımdır ki, müsbət cavab təbii ki, o dərəcədə olacaqdır ki, haqlı və haqsız motivlər haqqında danışmağa imkan verən bu cür motivasiyaların bəzi ideal yurisdiksiyalara tabeçiliyi hansı həddə qədər doğru olacaqdır; buna görə də, obyektiv münasibətlərdə, xəbər vermə (gücə malik, yəni ehtimalla və bəzən də doğruluqlqa əsaslandırılan) haqqında gerçəklik görünənlərin ( gücə malik olmayan, yəni ehtimallılğın əsaslarını özündə təmsil etməyən) ziddinədir. Vülkanik püskürmə odlu-axın vəziyyətində olan yer nüvəsinin həmin həqiqi əlamətlərini özündə əks etdirirmi, bu haqda mübahisəni nümunə kimi misal gətirmək olardı. Bir şey doğrudur ki, haradaki söhbət əlamətlərdən gedir, orada ehtimalların bəzi müəyyən əlaqələri güman edilir. Bir qayda olaraq, nə vaxt ki, biz əlamətlərdən danışırıq, bu vaxt bizim danışıqların əsasını fərziyyələr deyil, qəti inanılmış mühakimələr təşkil edir; ona görə də bizim tanıdığımız ideal yurisdiksiya sahəsində ilk öncə sadə fərziyyələrin inama yeridilməsinə daha ciddi məhdudiyyət qoyulması tələbi irəli sürülür.
Daha bir şeyi qeyd edim ki, ümumi mənada, eyni zamanda əsaslandırmanı və empirik göstərişi (Hindeutung) özündə birləşdirən motivasiya haqqında danışmadan da keçinmək olmaz. Çünki burada faktiki olaraq qəti şübhə doğurmayan fenomenoloji ümumilik baş verir, kifayət qədər aydındır ki, o hətta adi danışıqlarda da üzə çıxır: axı biz empirik mənada xəbər vermə haqqında, ümumiyyətlə nəticələrdən və yekundan danışırıq.
Bu ümumilik şübhəsiz, çox-çox uzaqlara yayılır, o, ruhi fenomenlər, əsasən də motivlər haqqında yalnız ilkin mənalarda danışan iradə fenomenləri sahəsini əhatə edir. Həmçinin ümumiyyətlə, ən geniş mənada motivasiya kimi, dil münasibətlərində də bu cür uzaqlara yayılan, bu “belə ki” öz rolunu burada da oynayır. Ona görə də mən Meynonqun[2] Brentanonun terminologiyasının ünvanına söylədiyi haqlı məzəmməti qəbul edə bilmirəm. Lakin mən onunla yalnız bir şeydə razıyam ki, sübutluluğun mənimsənilməsi zamanı, söhbət heç bir halda səbəbiyyətin mənimsənilməsindən getmir.
_________________________
¹А: emprik-psixoloji əlaqə
²Meinong A.v. Goett. gel. Anz., 1892, S. 446.
Tərcüməçi: Obaçı
Davamı: https://klv.az/2024/10/09/edmund-husserl-kartezian-dusunceleri-10-30/