Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2024/09/18/edmund-husserl-kartezian-dusunceleri-10-27/

(davamı)

Məntiqi tədqiqat

II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma

I Araşdırma: İfadə və məna

I Fəsil. Zəruri fərqləndirmələr

§1. “İşarə” termininin ikili mənası

“İfadə” və “işarə” (əlamət) terminləri tez-tez eynimənalı kimi nəzərdən keçirilir. Lakin adi nitq zamanı onların hər hansı bir şəkildə üst-üstə düşmədiyinə diqqət yetirmək faydasız olmazdı. Hər bir işarə nədən ötrüsə işarədır, lakin hər biri işarə vasitəsi ilə “ifadə” olunan müəyyən “əhəmiyyətə”, müəyyən “mənaya” malik olmur. Hətta bir çox hallarda demək olmaz ki, işarə, nəyə görəsə işarə adlandırıldığı həmin şeyi “ifadə edir”. Hətta ona da diqqət yetirmək lazım gəlir ki, deyirlər ki, ifadənin xarakterizə etdiyi göstərmə aktı (das Bezeichnen) həmişə həmin “əlavə verilən məna” (das Bedeuten) aktı kimi qiymətləndirilməyəcəkdir. Yəni, işarələr, hətta onlar xəbər vermə funksiyaları sırasında ifadənin hələ bəzi funksiyalarını yerinə yetirsələr də, əlamətlər (Anzeichen), damğalar, izlər (Kennzeichen, Merkzeichen) və sarələr mənasında heç nə ifadə etmirlər. Əgər biz, əvvəlcə, necə ki, biz bunu istər-istəməz etməyə vərdiş etmişik, ifadələrdən danışdığımız zaman həmin ifadələrlə məhdudlaşarıqsa, onda bizə elə gələcək ki, sanki xəbərdar etmə anlayışı ifadə anlayışı ilə müqayisədə həcmcə daha genişdir. Lakin o heç bir halda məzmunun mənşəyi ilə əlaqəli deyil. Əlavə məna aktı xəbərdar etmə (Anzeige) mənasında işarənin mövcud olma növü deyil. Yalnız ona görə onun həcmi daha qapalıdır ki, əlavə məna aktı – kommunikativ danışıqlarda – hər dəfə xəbərdar etmə funksiyası ilə dolaşdırılır, sonuncu isə, öz növbəsində, daha geniş anlayışı məhz ona görə yaradır ki, o belə bir dolaşıqlıq olmadan da baş verə biıər. Lakin ifadə özünün məna funksiyasını tənha ruhi həyatda da genişləndirir, o yerdə ki, onlar daha əlamətlər kimi fəaliyyət göstərmirlər.

Həqiqətən də, işarənin hər iki anlayışı, anlayışın daha geniş və daha qapalı münasibətini yaratmır. Bütün bunlar daha müfəssəl araşdırma tələb edir.

§2. Xəbər vermənin (Anzeige) mahiyyəti

İşarə sözü ilə əlaqəli, bu iki anlayışdan, biz ilk növbədə əlamət anlayışını nəzərdən keçirəcəyik.

Burada mövcud olan əlaqəni biz xəbər vermə (Anzeige) adlandırırıq. Bu mənada damğa qulun əlamətidir, bayraq – millətlərin əlamətidir. Ümumiyyətlə bura xarakterik xüsusiyyət kimi sözün ilkin mənasında, obyektlərə məxsus və onları tanımağa imkan verən “nişanlama” aiddir.

Lakin əlamət anlayışı daha genişdir, nəinki nişanlama. Biz marslıların kanallarını Marsın mövcud olan ağıllı sakinlərinin həmin işarələri ilə, qazıntı halında çıxan sümükləri isə – ibtidai heyvanların və sairələrinin yaşayış işarələri ilə adlandırırıq. Məsələn, abidələr və sairələr kimi, yadasalma işarələri də bura aiddir. Əgər şeylərin bu cür prosesləri və onların müəyyənliyi əlamətlər olaraq ışləməsi üçün bilərəkdən belə yaradılırsa, onda, fərqi yoxdur onlar öz funksiyalarını yerinə yetirir ya yox, bu zaman onlar işarə adlanır. Nə vaxt ki, işarələr nəyinsa haqqında məqsədyönlü və bilərəkdən xəbər vermək üçün yaradılır, onda bu zaman yalnız göstərilmələr (Bezeichnen) haqqında danışılır və həm də, bir tərəfdən, fəaliyyətə münasibətdə, digər tərəfdən isə, xəbər vermənin özünün mənasında, deməli, obyektə münasibətdə nişanlamalar (damğalamaq, borc öhdəliyinin mellə yazılması və s) yaradılır, hansı ki, bunun haqqında göstərilən obyektə xəbər vermək lazım gəlir.

Bu və bu kimi fərqlər əlamət anlayışını onun bütövlük anlayışından məhrum etmir. Biz xüsusi mənada nəyisə yalnız o zaman əlamət adlandıra bilərik ki, o nəyinsə haqqında xəbər verən qismində faktiki olaraq nə zaman və harada, bəzi fikirləşən məxluqlar üçün xidmət edir. Əgər biz bütün bunlarda iştirak edən şeyləri ümumən başa düşmək istəyiriksə, onda biz bu cür hadisələrə onların canlı fəaliyyətı zamanı müraciət etməliyik.

Ümumi dedikdə biz onda həmin şəraiti tapırıq ki, hər hansı predmetin və ya vəziyyətin mövcudluğu haqqında həqiqi biliyə malik kim isə, onu digər predmetlərin və vəziyyətlərin müəyyən varlığı haqqında o mənada xəbərdar edir ki, bir paraları varlığın əminliyinə, onun tərəfindən varlığa inamın motivasiyası kimi (həm də motivasiyanın özü özlüyündə gözdən keçirilmir) və ya digərlərinin varlığının təxmini motivasiyası kimi dözür. Xəbər verməni düşünənlər üçün və bu xəbər vermədə göstərilən vəziyyət üçün konstruksiyalaşan mühakimə aktları arasında, deyək ki, başa düşülməsi “formalar qismində” (Gestaltsqualitaet) əsaslandırılan kimi lazım gəlməyən mühakimə aktları arasında, motivasiya deskriptiv birlik yaradır; xəbər vermənin mahiyyəti bu birlikdə tamamlanır. Aydın desək: motivləşdirilmiş mühakimə aktları birliyinin özü mühakimələrin birlik xarakterinə malikdir və bu minvalla, özünün mövcud bütövlüyündə predmetli korrelyat əldə edir, göründüyü kimi vəziyyətin bütövlüyü onun daxilində mövcud olur, onun daxilində güman edilir. Həm də bu vəziyyət, şübhəsiz, bəzi şeylərin, bu cür mövcud ola bilməsini və ya olmalı olduğunu bildirməkdən qeyri ayrı bir şey deyildi, belə ki, başqa şeylər də verilir. Predmetli əlaqələri ifadə edən kimi başa düşülən, bu “beə ki”, mühakimə aktlarının bir mühakimə aktında dolaşan bəzi özünəməxsus deskriptiv formaları kimi motivasiyanın obyektiv korrelyatıdır.

Tərcüməçi: Obaçı

Davamı: https://klv.az/2024/10/02/edmund-husserl-kartezian-dusunceleri-10-29/

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Sevinc Elsevər. Gənc qızın libasındaymış kimi

Ç Sen 25 , 2024
Cücərti Selin Diona lobya islatmışam gecədəndadlı yemək bişirəm.baxıram cücərib lobyalaryaman sevincək olublar…artmağa-yaşamağa təşnəykənöldürməliyəm onlarıaclığımı öldürməkçün mən. həyat belə aldadıcıdırsəni niyə cücərtdiyini bilmirsənbilmirsən qəfil xoşbəxtliyin ardıncanə verəcək sənə?nə alacaq səndənbütün sevinclərin əvəzinə?gah ən xoşbəxt adam kimimilyonda birsəngah ən bədbəxt adam kimi… Həyatın cığallığı biri dünyasını dəyişir“nədən rəhmətə getdi o gözəl adam?”-deyəsəbəbi […]