Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2024/09/11/edmund-husserl-kartezian-dusunceleri-10-26/

(davamı)

Məntiqi tədqiqat

II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma

Giriş

§7. Nəzəri-idraki araşdırmaların zəminsizlik (ilkin şərt olmadan) prinsipləri

Elmiliyə ciddi iddia irəli sürən nəzəri-idraki tədqiqat, necə ki, bu artıq dəfələrlə qeyd edilmişdi, zəminsizlik prinsipini təmin etməlidir.

Lakin bizim fikrimizə görə, bu prinsip, fenomenoloji olaraq tamamilə realizasiya oluna bilməyən bütün mülahizələrin ciddi surətdə kənarlaşdırılmasından artıq bir şey tələb etmir. Hər bir nəzəri-idraki araşdırma fenomenoloji əsasda həyata keçirilməlidir. Belə bir tədqiqata səy göstərən “nəzəriyyə” ümumiyyətlə təfəkkür və dərketməyə dəxli olan şeylərin aydın başa düşülməsi və anlaşılmasından başqa bir şey deyil, yəni, özünün əsl xalis mahiyyəti ilə, o əsasən hansı xarakterik xüsusiyyətlər və formalarla bağlıdır, həmçinin onun maddi münasibətlərində hansı immanent strukturlar birləşir ki, bu cür strukturlara münasibətdə, məsələn, əhəmiyyətlilik, bəraətlilik, bilavasitə və vasitəli aşkarlıq, həm də onlara zidd olan aşkarlıq ideyası kimi, belə bir ideyalar ifadə olunur, eləcə də, şüurun mümkün predmetlilik regionlarından asılı olaraq bu cür ideyaların hansı spesifikasiyaları əlverişlidir və formal və maddi “təfəkkür qanunları” öz mənalarına və öz gerçəkliklərinə uyğun olaraq, dərk edən şüurun bu mahiyyətli struktur rabitəsinin aprior əlaqəliliyi vasitəsi ilə hansı şəkildə aydınlaşdırılır və sarə. Əgər idrakın mənası haqqında olan bu düşüncələr nəticə olaraq sadəcə rəyə deyil, həm də müvafiq olaraq burada biliyin aşkarlığına əsaslanmış ciddi tələblərə malik olmalıdırsa, bu zaman həmin düşüncələr təfəkkürə və idraka səciyyəvi olan təəssüratlar əsasında verilən xalis mahiyyətli intuisiya kimi həyata keçirilməlidir. Bəzən təfəkkür aktları transsendent və hətta mövcud olmayan və qeyri-mümkün obyektlərə istiqamətlənmiş şeylər, buna zərər toxundurmur. Çünki real olaraq təəssüratların fenomenoloji tərkibində olmayan obyektin bu təsəvvür və ya güman aktlarının bu predmetli istiqamətliliyi, qeyd etmək lazımdır ki, ola bilsin müvafiq təəssüratların deskriptiv xarakterik cəhətidir və bu surətlə də, bu cür gümanların mənası yalnız təəssüratların özünün əsasında aydınlaşdırılmalı və müəyyən edilməlidir, başqa üsullarla bu mümkün olmazdı.

“Psixi” və “fiziki” reallıqların transsendent dərk edilməsini fərz edən doğruluq haqqında məsələlər xalis idrak nəzəriyyəsindən ayrılır: naturalistlərin gerçək və ya qeyri-həqiqi mənada onlara aid edilmiş mülahizələri başa düşülməlidirmi, mövcud təbiəti, təbiətşünaslığın korrelyatı kimi, müəyyən mənada transsendent dünyaya, ikinci təbiətə qarşı qoymaq hələ məna kəsb edirmi və buna haqq qazandırılırmı və s. bu kimi məsələlər. Mövcud olma və “xarici dünyanın” təbiəti haqqında məsələ – bu metafiziki məsələdir. Dərk edən təfəkkürün həqiqi mənasının və ideal mahiyyətinin ümumi açılışına təşəbbüs göstərən idrak nəzəriyyəsi, hərçəndi ümumi məsələləri əhatə etsə də, onların təəssüratları ilə transsendent dərk edilmış maddi “real” predmetlər haqqında bilik və ya ağıllı fərziyyə prinsipial olaraq hansı dərəcədə mümkündür və ümumiyyətlə mümkündürmü, həm də belə bir biliyin həqiqi mənası hansı normalarla uyğunlaşdırılmalı idi – bunula belə o empirik orientasiya olunmuş məsələləri nəzərdən keçirmir, biz insanlar, faktiki olaraq bizə verilən mümkün məlumatlar əsasında, belə bir biliyə həqiqətən nail ola bilərikmi, yaxud da, bu biliyi reallaşdırmaq məsələsini həll edə bilərikmi. Bizim başa düşdüyümüzə görə, əslində, idrak nəzəriyyəsi heç də nəzəriyyə deyildir. Nəzəri aydınlaşmadan irəli gələn dəqiq bütövlük mənasında o elm deyil. Nəzəri mənada aydınlaşdırılma, ümumi qanun əsasında və üstəlik bu axırıncının başlıca qanunu əsasında, ayrıca dərketmədir. Bununla belə, faktlar sahəsində söhbət onun dərk edilməsindən gedir ki, mövcud şəraitə uyğun baş verən şeylər, lazımdır ki, təbiətin qanunları ilə uyğunluqda baş versin. Aprior sahədə isə söhbət yenə də, ümumi zəruriliklərin əhatəsindən və son nəticədə – münasibətlərə tabe olan və bizim aksiomlar adlandırdığımız ən ilkin və ən ümumi qanunlardan çıxış edən zəruri spesifik əlaqələrin daha aşağı pilləsinin dərk edilməsindən gedir.

Bu nəzəri mənada idrak nəzəriyyəsi heç bir şey aydınlaşdırmalı deyil, o heç bir deduktiv nəzəriyyə qurmur və bu cür nəzəriyyələrə tabe olmur. Biz qarşımızda bütün düşünülənlərdən daha geniş anlamda xalis Mathesisə fəlsəfi əlavə kimi, Prolegomenlə dayanan bu fopmal idrak nəzəriyyəsini, necə deyərlər, kifayət dərəcədə daha ümumi şəkildə gözdən keçiririk, belə ki, bu bütün aprior kateqorial dərketməni sistematik nəzəriyyələr formasında birləşdirir. Bu nəzəriyyə ilə birgə onun formal idrak nəzəriyyəsini aydınlaşdıran nəzəriyyə hər hansı empirik nəzəriyyəni qabaqlayır, buna görə də, bir tərəfdən hər hansı real elmi aydınlaşdıran fiziki təbiətşünaslığı, digər tərəfdən isə – psixologiyanı, təbii ki, həm də hər hansı metafizikanı qabaqlayır. O psixoloji və ya psixofiziki mənada obyektiv təbiətdə faktiki hadisələrin dərk edilməsinə aydınlıq gətirməyə deyil, onun konstitutiv elementlərinə və ya qanunlarına müvafiq olaraq dərk edilmə ideyasını aydınlaşdırmağa cəhd edir; o təfəkkürün faktiki aktlarının dolaşdığı həyatın və məntiqiliyin real əlaqələrini izləməyi yox, dərketmənin obyektivliyinin sənədləşdirildiyi spesifik əlaqələrin ideal mənasını anlamaq istəyir; o idrakın xalis formalarını, adekvat olaraq həyata keçirilən müşahidə yoluna qayıtmaqla aşkarlıq və dəqiqilik həddinə qədər yüksəltmək istəyir. Bu aydınlaşma idrakın fenomenologiya çərçivəsində, – bizim “xalis” təəssüratların və onlara məxsus mənanın tərkib hissələrinin (Sinnesbestaende) əsaslı strukturuna istiqamətlənən, gördüyümüz həmin fenomenologiya çərçivəsində həyata keçirilir. O özünün elmi müəyyənliyində real varlıq haqqında lap əvvəldən və bütün sonrakı addımlarında bir dənə də olsun müddəa saxlamır; buna görə də, heç bir metafiziki, heç bir təbii elmi və əsasən də psixoloji təsdiq ilkin şərt olaraq onda yer ala bilmir.

Əlbəttə, özündə təmiz olan fenomenoloji idrak nəzəriyyəsi, sonra özünün tətbiq sahəsini nisbi olaraq inkişaf edən bütün təbii, yaxşı mənada sadəlövh elmlərdə tapır, hansı ki, onlar bu yollarla “fəlsəfi” elmlərə çevrilirlər. Başqa sözlə, onlar, tələb olunan mənada hər hansı mümkün dərketməyə aydın və doğru zəmanət verən elmlərə çevrilirlər. O ki, qaldı reallıqlardan bəhs edən elmlərə, bu yerdə bu nəzəri-idraki aydınlaşdırıcı işlər üçün “naturfəlsəfi” və ya “metafiziki” ümumiləşmə yalnız başqa məna kəsb edir.

Bu metafiziki, təbii-elmi, psixoloji zəminsizlik aşağıdakı araşdırmaları həyata keçirmək istəyir. Əlbəttə, bu və ya digər hadisələrə edilən nəzarət onlara zəzər yetirmir, belə ki, onlar təhlilin xarakterinə və məzmununa və ya hətta, müəllifin öz publikasında müraciət etdiyi, – onun özünün olan kimi – mövcud olması araşdırmaların məzmunu üçün hələ ilkin şərtlər yaratmayan, həmin xeyli mülahizələrə də təsir etmir. Məsələn nə vaxt ki, biz dillərin faktiki mövcudluğundan çıxış edirik və yalnız ifadələrin bəzi dil formalarının kommunikativ mənalarını və s. nəzərdən keçiririk, bu halda da biz qarşımıza qoyulan sərhədləri keçmirik. Asanlıqla əmin olmaq olar ki, bunlarla əlaqəli təhlillər, insanların həqiqətən onlara xidmət üçün çağırılmış dillərinin və qarşılıqlı ünsüyyətinin, ümumiyyətlə insanlar və ya təbiət kimi belə bir şeyin mövcud olub-olmamasından, yaxud da bütün bunların yalnız təsəvvürlərdə və imkanlarda baş verib-verməməsindən asılı olmayaraq öz mənasına və özünün nəzəri-idraki dəyərinə malik olur.

Nəzərdə tutulan nəticələr üçün həqiqi şərtlər, onun daxilində söylənilən, adekvat fenomenoloji bəhanələrə yol verən, sözün ən ciddi mənasında aşkarlıq vasitəsi ilə həyata keçirilməklə, nə isə bir tələbi təmin edən vəziyyətlərdən ibarət olmalıdır; daha sonra bu şərhlərə gəlincə, hər dəfə də yalnız onlarda intuitiv müəyyən olunan həmin mənalar hesaba alınmalıdır.

_____________________

Qusserl “Xalis məntiqə yaxın Proleqomenlər” yarımbaşlığına malik “Məntiqi tədqiqatların” I cildini nəzərdə tutur. Spb, 1909

Tərcüməçi: Obaçı

Davamı: https://klv.az/2024/09/25/edmund-husserl-kartezian-dusunceleri-10-28/

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Lətif Şüküroğlu. Tarixin bir parçasına çevrildi

Şb Sen 21 , 2024
Əzizinəm, a balam, uludur. Axar sular qurudu. Dərdlilər dərdimi bilsə, Öz dərdini unudur. Adamın iliyinə işləyən, qəlbini param-parça edən bu naləni neçə yol dinlədiyimizi deyə bilmərəm. Ancaq hər dəfəsində, həm öz acılarımızı, həm də xalqımızın qaysaq bağlamayan yaralarını düşünəndə içimiz gizildəmişdi. Ermənilər torpaqlarımızı işğal edib qətliamlar törədəndə, qədim yurdlarımızı talayıb […]