Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2024/08/21/edmund-husserl-kartezian-dusunceleri-10-23/

Məntiqi tədqiqat

II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma

Giriş

(davamı)

§3. Xalis fenomenoloji təhlilin çətinliyi

Əsas məntiqi anlayışların aydınlaşdırılması çətinliklərinin təbii səbəbləri, son dərəcə ciddi fenomenoloji təhlilin çətinliklərindən ibarətdir; söhbət, eyni olan həmin bu çətinliklərin öz əsasında, (onların) xalis mahiyyətində (bütün empirik faktikiliyin və fərdi xüsusiləşmənin kənar edilməsi ilə) təəssüratların immanent təhlilindən, yaxud da ki, təəssüratların empirik-psixoloji müəyyənliyindən gedirmi?

Bu cür çətinliklər adətən psixoloqlar tərəfindən konkret psixoloji idrakın mənbə kimi hər dəfə daxili qavrayışının müzakirəsi ilə və əlbəttə, artıq xarici və daxili qavrayışın yanlış müqayisəsi üzündən qeyri-düzgün şəkildə nəzərdən keçirilir. Bütün cətinliklərin mənbəyi, fenomenoloji təhlil zamanı tələb olunan müşahidə və düşüncələrin qeyri-təbii meyllərindən ibarətdir. Bir-birinin yanında olduqca mürəkkəb şəkildə sıralanmış aktların axında əridilməsinin və bununla yanaşı, belə desək, sadəlövhcəsinə düşünülən predmetləri mövcud predmet kimi, onların mənalarına müvafiq olaraq fərz etmək, (onları) müəyyən etmək və ya (onlar barəsində) hipotezlər irəli sürmək, nəticə çıxarmaq və sairə, bütün bunların əvəzinə, biz əksinə, aktların özünü immanent məna məzmununda refleksiyalaşdırmalıyıq, yəni predmet etməliyik. Halbuki predmetlər nəzəri yanaşma ilə müşahidələrdə, fikirlərdə gerçək bir şey kimi yerləşdirilir, həm də (öz) varlığın hər hansı bir modallığında, biz öz nəzəri maraqlarımızı bu predmetlərin üzərinə yönəltməməliyik, onları gerçək kimi güman etməməliyik, belə ki, onlar həmin aktların intensiyasında ortaya çıxırlar və ya mənaya malik olurlar, həm də əksinə, məhz indiyə kimi qətiyyən maddi olmayan bu aktlar, indi başa düşülmə və nəzəri güman etmə obyektləri olmalıdırlar; biz onları müşahidınin və fikrin yeni aktlarında nəzərdən keçirməliyik, onları müvafiq olaraq onların mahiyyətində təsvir edərək təhlil etməlı, onları empirik və ideyalaşdıran təfəkkürün predmetləri etməliyik. Hər halda bu, lap əvvəldən daha çox bizim psixi inkişafımızın vərdişlərlə möhkəmlənməsinə daim qarşı duran, həmin təfəkkürün istiqamətliliyidir. Demək olar ki, buradan ilkin aktları sadəlövh yerinə yetirilmə ilə onların predmetinə əlavə olunan fenomenoloji təfəkkür istiqamətindən və müəyyənliyindən aralanmaqala, təkrar-təkrar adi obyektiv istiqamətə yönələn dərin kök salmış vərdişləri, bu aktların özünə və ya onların immanent “hadisələrinə”, yaxud “mənalarına” aid etmək olar, həm də həqiqi mövcud predmetlərin, onların təsəvvürlərinin fenomenoloji ideyalarının hissələri kimi (onu nəzərə almaqla ki, onlar ideativ intuisiyanın aşkarlığında verilə bilər), bu cür bütöv bir sinfi hesab etmək olar.

{Göründüyü kimi, dəfələrlə müxakirəyə məruz qalmış, psixik aktlarının hər hansı immanent deskripsiyası və müvafiq olaraq, mahiyyət haqqında fenomenoloji təlim imkanları prinsipcə təhlükəyə qoyulmuş çətinlik ondan ibarət olur ki, aktların sadəlövh yerinə yetirilməsindən reflektiv yola və ya aktların ona aid həyata keçirilməsinə keçid zamanı, birinci aktlar zərurət əsasında dəyişilir. Bu dəyişikliyin həcmini və növünü hansı formada doğru qiymətləndirmək olar, ümumiyyətlə hansı formada biz onun haqqında – fakt və ya zəruri mahiyyət kimi, nə isə bir şey öyrənə bilərik?}.

Davamlı, eyniləşdirilən təkrarlar zamanı əldə olunan nəticələrin aşkarlığı ilə müəyyən edilən cətinliklərin üzərinə, habelə onların başqalarına ötürülməsi və izah edilməsi cətinlikləri də əlavə olunur. İşin əsas vəziyyəti kimi özünün dəqiq təhlilindən sonra aşkar müəyyən olunmuş şeylər, onların bütün fərqləndirmə zənginliyi ilə, yalnız kifayət qədər bizə yaxın olan təbii obyektivliyə müvafiq olaraq, bu cür ifadələrin köməyi ilə ötürülməlidir, halbuki şüur sferasında (bewusstseinsmaessig) bu obyektivliyin konstruksiyalaşdırdığı təəssüratlar, duyğu, qavrayış, təsəvvür və sairə kimi, yalnız son dərəcə çoxmənalı iki-üç söz vasitəsi ilə ifadə oluna bilər. Bununla bir cərgədə bu aktlarda intensional olan şeylərə ad verən və predmetliliyi bu aktlara istiqamətlənən ifadələrdən də istifadə etmək lazımdır. Onsuz da fərz edilən şeylər üçün işlənən ifadələrə müraciət etmədən, aktların fərz edilən mənasını təsvir etmək sadəcə mümkün deyil. Və bununla yanaşı asanlıqla nəzərdən qaçırmaq olar ki, bu birgə (aktlarla) təsvir olunan və demək olar ki, bütün fenomenoloji deskripsiyaya zərurət əsasında cəlb olunan “predmetlilik”, məhz onun özünün də daxil olduğu fenomenoloji sferada məna modifikasiyası alır.

Əgər biz bu cətinliklərdən uzaqlaşarıqsa, onda – əldə olunmuşların inandırıcı şərhi üçün, başqaları barədə rəylərin yeni nəticələri meydana çıxır. Bu rəyin nəticələri yalniz onunla yenidən yoxlanıla və təsdiq edilə bilər ki, artıq kim isə, refleksiyanın bu qeyri-təbii vəziyyətində xalis deskripsiya həyata keçirmək üçün son dərəcə bacarıqlı qabiliyyətə nail olmuşdur, deməli, həm də kim fenomenoloji əlaqənin təsirini təmiz mənimsəyə bilərsə, bu nəticələr onunla da yoxlanıla və təsdiq edilə bilər. Bu təmizlik mülahizələrə müdaxilə edən, predmetliliyin və ya onlar haqqında fikirlərin sadəlövhcəsinə qəbulundan boy atan hər hansı təhriflərdən imtinanı tələb edir, aktlarda yaşayan gümanlar xüsusunda həyata keçirilmiş olan predmetlililiyə fenomenoloji olaraq nəzər yetirmək lazımdır. O həmçinin aktların özünün əsas məzmununun hüdudu kənarına hər hansı digər çıxışı və nəticə ehtibarı ilə, bu aktların özündə təbii appersepsiyalara və gümanlara uyğun hər hansı digər reallaşdırmanı qadağan edir; ona psixoloji reallıqlara olduğu kimi, hər hansı “canlandırılmış mahiyyətli” hadisələrə və ya ümumiyyətlə hər hansı təbiətə olduğu kimi (bu lap qeyri-müəyyən ümumilikdə və hər hansı nümunədə olsa da) yanaşmağı (qadağan edir). Belə bir araşdırma növünə qabiliyyət əldə etmək asan deyil və məsələn, onu psixoloji eksperimentlərdə hətta ciddi öyrənməklə də, heç cür dəyişmək və əldə etmək olmaz.

  Tərcüməçi: Obaçı

Davamı: https://klv.az/2024/09/04/edmund-husserl-kartezian-dusunceleri-10-25/

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ülvi Babasoy. Təsəllinin erotikası

Mixail Şoloxovun “Sakit Don” romanından ucsuz-bucaqsız erotika antologiyası tərtib etmək olar. Daha doğrusu, erotikasız erotika harmoniyası. Erotikasız erotika passajları Aksinya-Qriqori eşqində daha effektlidir. Qriqori Aksinyaya aşiqdir. Əfsunlu, yasaq bir eşqdir. Aksinya evlidir. Lakin əri Stepanı sevmir. Stepan Aksinyaya cinsi bir obyekt, evinin qulluqçusu kimi baxır. Qriqorinin atası Panteley Melexov bu […]