Əvvəli: https://klv.az/2024/08/14/edmund-husserl-kartezian-dusunceleri-10-22/
Məntiqi tədqiqat
II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma
Giriş
(davamı)
§2. Bu cür araşdırmaların məqsədinin aydınlaşdırılması
Bütün nəzəri araşdırmalar, hərçəndi onlar, əlbəttə, heç bir formada yalnız ifadə aktlarında və ya hətta tam mülahizələrdə axmasa da, hər halda əvvəl-axır mülahizələrdə tamamlanır. Yalnız bu formada həqiqət və xüsusilə nəzəriyyə elmin sarsılmaz nailiyyəti olur, o sənədlər əsasında yazılmış və həmişə biliyə və sonrakı tədqiqatlara istiqamətlənən əlverişli xəzinə olur. Təfəkkürün və dilin zəruri əlaqələri olurmu, mahiyətli əsaslardan möhkəmlənmə forması qəbul etməklə dərketməni başa çatdıran fikir hadisələri zərurətə tabe olurmu və ya olmurmu, hər ehtimala qarşı aydındır ki, daha yüksək intellektual sferaya, xüsusi ilə də elmi sferaya məxsus mühakimə, çətin ki, dil ifadələri olmadan həyata keçirilə bilsin.
Buradan aydın olur ki, araşdırılmasına xalis məntiqin istiqamətləndiyi obyektlər, ilk öncə qrammatik libasda verilir. Dəqiq desək, onlar necə deyərlər, bəzi konkret psixi təəssüratlarda yerləşdirmə kimi verilirlər, hansı ki, mənanın intensiyasının və ya mənanın həyata keçirilməsi intensiyasının funksiyalarında (son yanaşmada şəkil verən və ya müşahidə aşkarlığına gətirən kimi) məlum dil ifadələrinə aiddirlər və onlarla fenomenoloji vəhdət yaradırlar.
Məntiqin bu mürəkkəb fenomenoloji vəhdətindən onun maraqlı komponentləri ayrılmalıdır, deməli, ilk növbədə, məntiqi təsəvvürlərin, mühakimələrin, dərketmələrin həyata keçirildiyı aktların xarakterik xüsusiyyətləri seçilib ayrılmalıdır və onlar, onun üçün bu xüsusi məntiqi məsələlərdə nə qədər tələb olunursa, o dərəcədə də deskriptiv təhlilə məruz qoyulmalıdır. Müəyyən psixi təəssüratlarda nəzəri olaraq “realizasiya olunan” həmin faktlardan çıxış edərək, heç bir halda lazım gəlmir ki, bu psixi təəssüratlar məntiqi araşdırmaların ilkin obyektlərinin bilavasitə mənasına malik olsunlar. Xalis məntiqi ilkin olaraq, həm də xüsusi mənada heç də psixoloji mühakimələr, yəni psixi fenomenlər maraqlandırmır, onu vahid dəyişkənlikdə, fikrin vahid bir şey kimi deskriptiv olaraq son dərəcə müxtəlif olan təəssüratlarına qarşı duran məntiqi mühakimə, yəni mülahizənin eyni olan mənası maraqlandırır. Təbii ki, bu ideal birliyə, ayrı-ayrı təəssüratlarda onların hamısı üçün ümumi olan müəyyən bir cəhət uyğun gəlir. Belə ki, xalis məntiq konkret olmayan, lakin bununla belə, ümuminin açstraksiyasında müvafiq ideyalara toxunur, bu vaxt onda sanki, abstraksiyanın əsasını tərk etməyə və ideyalar əvəzinə daha çox konkret təəssüratları özünün araşdırma maraqlarının məqsədinə çevirməyə heç bir bəhanə qalmır.
Bu arada, əgər təfəkkürün konkret təəssüratlarının fenomenoloji təhlili, hətta xalis məntiqin ilkin və xüsusi sferasına məxsus olmasa da, hər halda onu xalis-məntiqi araşdırmaların irəliləyişi naminə qaçırmaq olmaz. Çünki, əgər o bizim tərəfimizdən yalnız araşdırma obyekti kimi mənimsənilməli olsa da və aşkarlıq imkanları onda köklənən aprior qanunlarla açılmalı olsa da, bütün məntiqi olanlar, hər halda konkret bütövlükdə verilməlidir. Bununla belə, məntiqi olanlar əvvəlcə bizə bir qədər qeyri-mükəmməl formada verilir: nə qədər ki, o məhz ehtibarsız müddəalar kimi anlayışlardan düzülüb qoşulur, mənası müəyyən qədər tərəddüdlü olan qanuni söz anlayışları kimi qeyri-mükəmməldir. Həm də nəzərə almaq lazımdır ki, söhbət məntiqi qərarın çatışmamazlığından getmir. Biz aşkar surətdə xalis qanunu dərk edirik və başa düşürük ki, o təfəkkürün xalis formalarına əsaslanır. Lakin bu aşkarlıq mühakimənin (fikrin) canlı aktual həyata keçirilməsi ilə, qanunu ifadə edən sözün mənası ilə bağlıdır. Hissolunmayan ekvivokasiya ona imkan yarada bilər ki, sonradan bu sözlərlə müvafiq olaraq digər anlayışlar da irəli sürülə bilər və əvvəl təcrübədə verilmiş aşkarlıq, müddəanın mənasını dəyişməsi ilə, ola bilər ki, yalandan tələb olunsun. Və əksinə, elə ola bilər ki, ekvivokasiyadan keçıb gələn yalan izahlar xalis-məntiqi vəziyyətlərin (məsələn, onları empirik-psixoloji müddəalar kimi izah etməklə) mənasını təhrif etsin və bu da bizi əvvəllər aşkarlıq təcrübəsi ilə və xaıis-məntiqiliyin unikal mənaları ilə başa gətirdiklərimizi qurban verməyə meylləndirə bilər.
Məhz buna görə də, məntiqi ideyaların və onunla birgə konstruksiyalaşan xalis qanunların bü cür mövcudluğu qənaətləndirici ola bilməz. Beləliklə, olduqca ciddi məsələ ortaya çıxarır – idrak nəzəriyyəsində aydınlığa və məntiqi ideyalar, anlayışlar və qanunlar haqqında dəqiqliyə nail olmaq.
Və burada da fenomenoloji təhlil hərəkətə keçir.
Məntiqi anlayış, təfəkkürün birlik mənasına əldə edən anlayış kimi müşahidədə özünün mənbələrinə malik olmalıdır; onlar müəyyən təəssüratlar əsasında ideyalaşdıran abstraksiya sayəsində yetişməlidirlər, həm də bu abstraksiyaların bir daha həyata keçirilməsi ilə onlar öz mənalarını həmişə yenidən göstərməlidirlər və öz eyniliyində özləri öz tərəfindən dərk olunmalıdırlar. Başqa sözlə, biz çübhəsiz “sadəcə sözlərlə”, yəni sözlərin adi simvolik anlaşılması ilə kifayətlənə bilmərik, necə ki, bu bizim əvvəllər, onların şoxnövlü bölmələri ilə birgə, “anlayışlar”, “mühakimələr”, “həqiqətlər” və sairələr haqqında qanunların xalis məntiqiliyində müəyyənləşən refleksiyalarda baş veriridi. Yalnız, kifayət qədər kənar edilmiş, dumanlı, əsaslandırılmamış müşahidələrlə canlandırılan mənalar, bizi təmin edə bilməz. Biz “şeylərin özünə” qayıtmaq istəyirik. Özünün bütün genişliyi ilə açılmış müşahidə sferasında biz, aktual həyata keçirilən abstraksiyada həmin aşkarlığa gəlib çıxmaq istəyirik ki, burada verilənlər, qanunları ifadə edən sözün mənasında onlar necə nəzərdə tutulurlarsa, həqiqətən də gerçəklikdə eləcə olsunlar; biz dərketmə praktikasında, bizdə, yeni-yeni müşahidələrlə (müvafiq olaraq, intuitiv həyata keçirilən abstraksiya ilə) kifayət qədər təkrar olunan tutuşdurmalar vasitəsi ilə, mənanı onların sarsılmaz eyniliyində qeyd etmək qabiliyyətini (Dispisition) oyandırmaq istəyirik. Eyni şəkildə də, biz dəyişən mənaları müşahidələrə gətirib çıxaran şeylərin vasitəsi ilə ekvivasiyanın müəyyən faktlarına əmin oluruq, hansı ki, mülahizələrin müxtəlif əlaqələrində eyni ilə həmin məntiqi termini müşayiət edir; biz burada və indi sözünü ifadə edən, eyni zamanda özünün həyata keçirilməsini əhəmiyyətli dərəcədə müxtəlif məqamlarda və müşahidələrin forma quruluşunda, həm də mühüm əhəmiyyətli ümumi anlayışlarda tapan şeylərin aşkarlığını əldə edirik. Qarışdırılmış olan anlayışların bölgüsü vasitəsi ilə və terminalogiyanın münasib dəyişdirilməsi vasitəsi ilə biz sonradan məntiqi müddəaların arzu olunan “aydınlığını və dəqiqliyini” əldə edirik.
Məntiqi təəssüratların fenomenologiyası ona istiqamətlənmişdir ki, bütün fundamental məntiqi anlayışlara sarsılmaz məna, üstəlik, mənanın intensiyası ilə mənanın həyata keçirilən bütövlüyü arasında olan mahiyyətli qarşılıqlı əlaqələrin analitik araşdırılmasına qayıdılması vasitəsi ilə aydınlaşan məna, həm də, aydınlaşmış və eyni zamanda özünün mümkün idraki funksiyalarında təsdiq olunmuş məna vermək zəruri olduğu bir vaxtda, bu psixi təəssüratların və onlarda qidalanan mənanın, olduqca geniş deskriptiv (həm də, çox güman ki, empirik-psixoloji olmayan) anlaşılmasını bizə gətirib çatdırsın; qısası, bu mənalar, onları xalis məntiqin maraqları, hər şeydən öncə bu fənlərin mahiyyətinin idraki-tənqidi başa düşülməsi maraqları necə tələb edirsə, eləcə olmalıdır. İndiyə qədər fundamental məntiqi və noetik anlayışların aydınıaşdırılmasına edilən cəhdlər son dərəcə qeyri-mükəmməl olmuşdur; bu anlayışlar müxtəlif ekvivokasiyalarla, o qədər cətin fərqləndirmələrlə, o qədər məhvedici təzyiqə məruz qalır ki, xalis məntiqin və idrak nəzəriyyəsinin bu qədər geri qalma səbəbini məhz bunda axtarmaq lazım gəlir.
Əlbəttə, biz etiraf etməliyik ki, bəzi anlaşılan fərqləndirmələrin və məhdudiyyətlərin xalis-məntiqi sferası təbii müəyyənlikdə, yəni fenomenoloji təhlil olmadan aşkar olur. Müvafiq məntiqi aktları həyata keçirilən müşahidəyə adekvat uyğunluqda axan şeylər, onu göstərmir ki, refleksiya işin fenomenoloji vəziyyətinin özünə istiqamətlənmişdir. Lakin hətta daha tam aşkarlıq da yanlışıqlığa gətirib çıxara bilər, onda başa düşülmüş şeylər, ola bilsin yalan izah olunmuş olsun, onun yəqin qərarları qəbul ediməsin. Xüsusən fəlsəfi refleksiyanın hiss olunmadan obyektiv və psixoloji müəyyənliyin yerinin dəyişdirməsinə meylliliyi və özünün mahiyyətli məzmununda qarşılıqlı olaraq əlaqələndirilmiş varlığın qarışdırılması aydınlaşdırıcı araşdırma (heç bir halda təsadüfi olmayan) tələb edir, belə ki, prinsipial olaraq bölünməli olan bu şeylər, məntiqi aşkarlıqların təfsiri zamanı yalan psixoloji izah etmə nəticəsində yanlışıqlığa gətirib çıxarmalıdır. Öz təbiətinə görə, onlarda hesab edilən kimi(məhz həmin moduslarda ki, o özlüyündə özünü onlarda “üzə çıxarır”, onlarda “təzahür etdirir” və s.) o özünü özlüyündə , mahiyyətcə bu təəssüratlara aid olan şeylərə daimi diqqət yetirməklə, təfəkkür və idrak təəssüratlarının mahiyyətindən bəhs edən bu aydınlaşdırmalar yalnız fenomenoloji təlimin əsasında yerinə yetirilə bilər. Psixologizm, empirik elmlər kimi, yalnız heç bir halda psixi xüsusiyyətləri və canlı reallıq vəziyyətləri psixologiya olmayan xalis fenomenologiya vasitəsi ilə, radikal şəkildə dəf edilə bilər. Yalnız o, bizim sferaya əsas fərqləndirmələrin və başa düşmələrin bütün məcmusu üçün, xalis-məntiqi ilkin şərtlər həvalə edir. Ona görə də, bizi əvvəlcə qaçılmaz cəhət kimi mahiyyətli əsasdan meydana çıxan obyektiv-məntiqi olanları son dərəcə inadla psixoloji olaraq yenidən izah etməyə təhrik edən şeyləri, yalnız o aradan qaldırır.
Asanlıqla görmək olar ki, fenomenoloji təhlilin indicə nəzərdən keçirilən motivləri, idrak nəzəriyyəsinin kifayət qədər ümumi və başlıca məsələlərindən irəli gələn motivləri ilə mahiyyətcə əlaqəlidir. Çünki əgər biz bu məsələlərə onların maksimal ümumiliyində yanaşsaq (şübhəsiz bu, onların bütün dərketmə materiyasından təcrid olunan “formal” ümumiliyini göstərir), onda onlar xalis məntiqi ideyaların bilavasitə səmimi münasibətlərinə malik suallar əhatəsinə daxil olurlar.
Tərcüməçi: Obaçı
Davamı: https://klv.az/2024/08/28/edmund-husserl-kartezian-dusunceleri-10-24/