Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2024/08/28/edmund-husserl-kartezian-dusunceleri-10-24/

Məntiqi tədqiqat

II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma

Giriş

(davamı)

§4. Məntiqi təəssüratların qrammatik tərəfinə diqqət yetirməyın zəruriliyi

Əsas vəziyyətin işlənməsi və hazırlanması üçün məntiqin ehtiyac duyduğu analitik fenomenologiya, hər şeyə, ilk öncə “təsəvvürlərə”, həm də daha yaxın mənada, ifadə əldə etmiş təcəvvürlərə toxunur. Bu kompleks törəmələr xüsusunda onun ilkin maraqları, bilavasitə “adi ifadələrlə” bağlı təəssüratlara, intensiyanın məna funksiyasını və mənanın (doluluq) funksiyasını həyata keçirən təəssüratlara istiqamətlənir. Lakin bu komplekslərin hissi tərəfi, həmçinin onun əlaqə üsulları “mənanın canlandırılmış aktları” ilə diqqətdən kənarda qalmamalıdır. Məlumdur ki, mənanın təhlili hiss olunmadan qrammatik təhlilin çox asanlıqla özünə rəhbərlik etməsinə imkan yarada bilər. Mənanın bu cür cətinliklərlə səmimi təhlili, əlbəttə, birbaşa təhlilin nəticələrini üstələmək üçün, hətta hər hansı natamam köməkçi vasitələrə belə faydalı olacaqdır; lakin qrammatik təhlilin pozitiv köməyi sayəsində əldə etdiyindən daha çox, öz mühümlüyünü yanlışıqlar səbəbindən əldə edir, belə ki, bu onu özünün əvəzlənməsi ilə mənanın əsl təhlilinə gətirib şıxarır. Qabiliyyəti elə bir xüsusi təlim görmədən əldə edilmiş və bizim praktiki məqsədlərimiz üçün tez-tez ehtiyac duyduğumuz təfəkkürün düşüncələrinə və onların dil ifadələrinə dair aparılan sadə və kobud refleksiya, kifayətdir ki, diqqət təfəkkür və nitq arasında olan müəyyən bir paralelizmə yönəlsin.

Biz hamımız bilirik ki, söz nə isə bir şeyi ifadə edir, ümumiyyətlə desək, müxtəlif sözlər müxtəlif mənaları ifadə edir. Əgər biz bu uyğunluğu tam və apriori verilən və eyni zamanda, qrammatik kateqoriyalarda əsas kateqoriyalar üçün məna və onların tam əksini yaradan bir şey kimi, bu cür hesab edə bilsəydik, bu zaman dil formalarının fenomenologiyası özünə mənanın təəssüratlar (təfəkkürün, fikirlərin və s. təəssüratları) fenomenologiyasını birləşdirərdi, həm də mənanın təhlili, necə düyərlər, qrammatik təhlillə üst-üstə düşərdi.

Məhz, bununla uzağa gedib çıxan tələbləri, mahiyyətli əsaslardan irəli gəlməyən parallelizmin təmin edə bilməyəcəyini təsdiq etmək üçün elə də dərin düşüncələr tələb olunmur, elə buna görə də, bu paralelizm faktiki olaraq baş vermir və buna müvafiq olaraq da, qrammatik təhlil sadəcə, hissi-zahiri təzahürlər kimi ifadələrin fərqləndirilməsi ilə məşğul ola bilmir; daha doğrusu, onun predmeti prinsipial olaraq mənaların fərqləndirilməsinə münasibətdən müəyyən olunmuşdur. Lakin, mənanın əsas və ya təsadüfi fərqləri üçün (məhz tez-tez meydana çıxan qarşılıqlı ünsüyyətdə) nitqin, qrammatik məqsədlərlə ifadənin xarakterik formalarını tələb edib-etməməsindən asılı olaraq, mənaların bu qrammatik relevant fərqləri gah zərurətdən, gah da təsadüfdən olur.

Lakin məlumdur ki, bu sadəcə mənaların ifadələrin diferensasiyasını şərtləndirən fərqi deyil. Mən burada yalnız, ifadələrin yeknəsəkliyinə və yoxsulluğuna, həm də onların səsli və ya ritmik disqarmoniyalarına qarşı duran və buna görə də ifadələrin mənaları üzrə bərabər zənginlik və əlverişli bütövlük tələb edən nitqin çalarlarında, habelə onun estetik ənənələrində olan fərqlər haqqında xatırlatmaq istəyirəm.

Verbal və təfəkkür fərqlərinin və eləcə də söz və təfəkkür formalarının kobud şəkildə üst-üstə düşməsi üzündən, ifadə olunan hər bir qrammatik fərqin arxasında məntiqilik axtarmağa təbii meyl yaranır.

Ona görə də ifadə və mənaların münasibətlərinə məntiqi ahəmiyyətli məsələlərlə analitik aydınlaşma gətiriləcəkdir. Müvafiq olaraq, dumanlı mənalardan, bütünlüklə nümunələrin dolğunluğu ilə tamamlanmış, artikulyarlaşmış, aydın müşahidələrə və buradan da görülməsi lazım gələn vasitənin özünün dolğunluğunu hər bir mövcud halda həll olunan məsələnin köməyi ilə həyata keçirən mənaya qayıtmağın özü, müəyyən məntiqi və ya sadəcə qrammatik fərq idimi.

Qrammatik və məntiqi diferensasiyalar arasında olan fərqin ümumi anlaşılmasına, münasib nümunələrin köməyi ilə gəlib çıxmaq kifayət deyil. Həmişə məntiqiliklə birgə, əl-ələ getməyən bu qrammatik fərqin ümumi anlaşılması, başqa sözlə, kommunikativ ehtiyacların geniş sahəsində mənanın maddi fərqləri də, dillərdə, fundamental məntiqi fərq kimi ( yəni, mənanın ümumi mahiyyətində apriori kök salmış fərq), bu cür hər şeyı qavrayan formalarda ifadə olunur – bu ümumi başa düşmə, yalnız ənənəvi sillolistikada bəzi məzmunu saxlamaqdan ötrü kifayət edən bir paralarını mühafizə edərək, sanki adi qrammatik kimi onun məntiqi əhəmiyyət kəcb edən fərqlərin zəngin doluluğunu son dərəcə məhdudlaşdırmaq və inkar etmək yolu ilə, məntiqi formalara zərər yetirməklə, hətta radikalizm üçün də zəmin hazırlaya bilər. Məlumdur ki, Brentanonun formal məntiqi reformasiya etmək cəhdi, onun bütün dəyərliliyinə baxmayaraq, şişirtmə ilə müşayiət olundu. Yalnız ifadələr, mənalar, məna intensiyaları və mənaların həyata keçirilmə tamlığı arasında olan fenomenoloji münasibətlərin tam aydınlaşdırılması bizə burada möhkəm dayaq nöqtəsi verə bilər və həmçinin qrammatik təhlillə mənaların təhlili arasında tələb olunan dəqiqliyə burada nail olmaq olaq.

  Tərcüməçi: Obaçı

Davamı: https://klv.az/2024/09/11/edmund-husserl-kartezian-dusunceleri-10-26/

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Astrid Lindqren. Böyük bacı, balaca qardaş (hekayə)

BÖYÜK BACI, BALACA QARDAŞ (hekayə)   – İndi, – böyük bacı balaca qardaşına dedi, – sənə bir nağıl danışacağam, bəlkə, bir müddət dəcəllikdən əl çəkdin. Balaca qardaş baş barmağını divardakı zəngli saatın içinə soxub, dayanıb-dayanmayacağını yoxlamaq istəyirdi. Axır ki, məqsədinə çatdı, saat dayandı. Sonra mısmırığını sallayıb bacısına çəmkirdi: – Söylə görək. […]