Əvvəli: https://klv.az/2024/06/19/edmund-husserl-kartezian-dusunceleri-10-15/
(davamı)
Düşüncə V. TRANSSENDENTAL VARLIQ SFERASININ AÇILMASI MONADOLOJİ İNTERSUBYEKTİVLİK KİMİ
§ 57. Daxili-psixi və eqoloji-transsendental şərhlər arasında olan paralelliyin aydınlaşdırılması
Bundan çıxış etməklə, daxili-psixi olanla eqoloji-transsendental olanın izah edilməsi arasındakı zəruri paralelliyi və ya artıq əvvəllər deyildiyi kimi, xalis psixikanın monadaların öz-özünə obyektivləşdirilməsi olduğunu bildirən həmin faktı aydınlaşdırmaq şətin deyil, əgər monadalar üçün ümumiyyətlə “başqaları” mövcud ola bilirsə, bu zaman onun özündə baş verən öz-özünə obyektivləşdirilmə, zəruri mahiyyət səbəbindən müxtəlif səviyyələr əldə etməlidir. Bununla o şərait əlaqəlidir ki, transsendental mexanizmdən imtina edən hər bir transsendental-fenomenoloji təhlili və ya nəzəriyyəni – o cümlədən də elə indicə obyektiv dünyanın transsendental quruluş nəzəriyyəsində qeyd edilən əsas cəhətləri – aprior olaraq təbii zəmində də həyata keçirmək olar.
Beləliklə, bu nəzəriyyə transsendental sadəlik sahəsində yerləşməsi ilə, daxili psixologiyaya mənsubluq şəklini alır. Müstəsna olaraq konkret insan MƏN-i ruhunun özünün intensional mahiyyətini izah edən həmin xalis psixologiya, həm eydetik, həm də empirik mənada transsendental fenomenologiyaya uyğun gəlir və ya əksinə. Lakin məsələnin bu cür vəziyyətini hələ transsendental yanaşma ilə aydınıaşdırmaq lazım gəlir.
Tərcüməçi: Obaçı
Davamı: https://klv.az/2024/07/03/edmund-husserl-kartezian-dusunceleri-10-17/