“Yazı sənəti” dərslərinin ilk buraxılışı

(essevari xəbər)

Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin dosenti Ülvi Babasoyun üçaylıq “Yazı sənəti” dərsləri bitincə dinləyicilərə I dərəcəli diplomların təqdim edilməsi, tədbirdə edilən çıxışların özü yekun dərsi təsiri bağışladı.

Universitetdə ilk dəfə keçirilən “Yazı sənəti”nin “qaranquşları”na ilk dilbər anları departamentin müdiri dosent Dilbər Zeynalovanın tədbirə ön sözü bəxş etdi. Kurs müdavimlərindən Ziyafət Soltanzadənin: “Müəllim, “dərslər bitdi” düşüncəsiylə ağlamağa hazırlaşırdım ki, tədbirdəki nikbin, şən notlar könlümü toxtatdı” deməsi təkcə Qardaşxan Əzizxanlının moderatorluğu ilə keçən təqdimetmə mərasiminin ab-havasını əks etdirmədi, Nuray Əhədova, İlknur Əsgərova, Aytac Məmmədova, Vüsalə Absəlimova, Əsmər Əliyeva, Hümay Hüseynova və Aydan Nəsirlinin hiss-həyəcanlarını, səslənən fikirlərini bir cümlədə ifadə etdi; kreativ təfəkkürün inkişafına, interaktiv və praktik dərslərə önəm verən müəllimin yazı sənətinin sirlərinə yönəlik çıxışı isə onlara təlim boyu aldıqları zövqü bir daha yaşatdı.

İlk buraxılışın məzunlarından Ləman Abbasova, Gülyaz Əhmədova, Əfsanə Cəfərova, Sevda Əhmədli, Camal Səfərli, İlkin Abdulla, Rəqsanə Alışova, Gülənbər Əhməd iştirakçı olmasalar da, qəlblərinin həmin vaxt ilkinliyin ülvi duyğularıyla döyündüyü şəksiz idi.

Sizsinizmi gələcəyin Orxan Pamukları, Virciniya Vulfları, Əlif Şəfəqləri?

 

Rafiq Ağalar

 

      

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Belçika şairinin şeirləri

Jermen Drugenbrudt Tanınmış Belçika şairi, tərcüməçi; 1944-cü ildə Belçikada doğulub və 1987-ci ildə İspaniyaya köçüb; Altı dil bilir və 30-dan çox şeir kitabını alman, italyan, ispan, ingilis, fransız dillərindən niderland dilinə tərcümə edib; “POINT Editions” (POetry INTernational) Belçika nəşriyyat evinin yaradıcısı və baş redaktorudur; İspaniyada bir neçə beynəlxalq poeziya festivalının […]