Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2024/06/12/edmund-husserl-kartezian-dusunceleri-10-14/

 (davamı)

Düşüncə V. TRANSSENDENTAL VARLIQ SFERASININ AÇILMASI MONADOLOJİ İNTERSUBYEKTİVLİK KİMİ

§ 56. İntermonadik cəmiyyətin daha yüksək səviyyəli quruluşu

Beləliklə, yuxarıda mənimlə, mənim üçün olan ilkinqaydalı monadalarla, məndə “başqası” kimi və bununla yanaşı özü üçün mövcud olan kimi, mənə isə yalnız apprezentasiya sayəsində mümkün olan kimi konstruksiyalaşan monadalar arasında qurulan qarşılıqlı əlaqənin birinci, aşağı səviyyəsi aydınlaşdırılmış oldu. “Başqalarının” müvafiq olaraq mövcud olan, üstəlik hansısa bir şəkildə mövcud olan kimi, mənim üçün məna və əhəmiyyət kəsb edə bilməsinin yeganə mümkün üsulu ondan ibarətdir ki, onlar məndə “başqaları” kimi konstruksiyalaşır; əgər onlar bu mənanı və əhəmiyyəti daim təsdiqlənən mənbələrdən əldə edirlərsə, onda mənə doğrudan da onu demək qalır ki, onlar mövcuddurlar, ancaq yalnız o mənada ki, onlar mən özüm üçün necə mövcud oluramsa, eyni ilə o cür də özləri özləri üçün mövcud olan monadalar kimi, bununla bərabər cəmiyyətdə, yəni (mən bilərəkdən artıq əvvəl işlədilmiş ifadələri təkrar edirəm) konkret eqo kimi mənimlə əlaqədə olan monadalar cəmiyyətində konstruksiyalaşmış olsunlar. Əlbəttə, nə qədər ki, heç bir real əlaqə onların təəssüratlarını və ümumiyyətlə mənimkilərə məxsus olması ilə onların xüsusi mahiyyətinə aid olan şeyləri mənimki ilə birləşdirmir, reallıqda onlar mənim monadalarımdan ayrıdırlar. Bu cür bölgüyə həm də mənim psixofiziki mövcudluğumla, başqasının da bu cür mövcudluğu arasında dünyada müşahidə edilən real bölgü də uyğun gəlir, belə ki, bu bölgü, canlı cismi obyektlər kimi, məkani xarakteristikalar əldə etməsi səbəbindən məkanda genişlənir. Digər tərəfdən bu ilkin cəmiyyət hər necə olsa müəyyən mənaya malikdir.

Hər bir monada real olaraq əgər özündə hansısa bir mütləq qapalı birliyi təmsil edərsə, onda “başqasının” eqosunun mənim ilkinqaydalı sferama irreal intensional müdaxiləsi hər halda irreal olmayacaq, əlbəttə əgər onu yuxuda görülən və ya sadəcə bir növ təsəvvürümüzə gələn bir şey kimi nəzərdən keçirəriksə. Mövcud olan intensional cəmiyyətdə başqa mövcudluqlarla birgə çıxış edir. Bu prinsipial özünəməxsusluq əldə edən əsl cəmiyyətin, transsendental mənada dünyanın varlığını, insanlar və şeylər dünyasını mümkün edən əlaqə görünüşüdür. Nə vaxt ki, ilkinqaydalı dünyadan çıxış etməklə, cəmiyyətin təşkil olunduğu birinci səviyyəyə yanaşmada və demək olar ki, eyni ilə bunun kimi də, obyektiv dünyanın ilkin quruluşuna yanaşmada aydınlıq əldə olunur, artıq daha yüksək səviyyələrdə nisbətən az çətinliklər meydana çıxır. Onların diferensiallaşmış problematikanın hərtərəfli izah edilməsi məqsədi ilə getdikcə daha geniş araşdırma tələb etməsinə baxmayaraq, hələ ki, biz kobud və artıq asan başa düşülən fundament üzərinə qoyulmuş əsas xassələrlə kifayətlənə bilərik. Özümdən, yəni konstitutiv yanaşma ilə, pramonadalardan, mən mənim üçün, həm də müvafiq olaraq, psixofiziki subyektlər kimi “başqaları üçün digər mövcud monadalar əldə edirəm. Bu onu nəzərdə tutur ki, mən onları sadəcə mənə cismani olaraq əks duran gümanlar kimi və assossiativ cütlərin yaranması vasitəsi ilə mənim psixofiziki mövcudluğumla əlaqələndirilən kimi əldə etmirəm, axı sonuncu həmişə mərkəzi olur, həm də asan başa düşmək olar ki, cəmiyyətin məlum pilləsinə aid dünyada, o zəruri şəkildə bu dünyanın mövcudluq üsullarına orientasiya olunması üzündən, mərkəzi həlqə olaraq qalır. Hətta tək adam kimi özündə hansısa cəmiyyətin üzvü kimi məna daşıyan insan cəmiyyətinin və insanın mənasının özündə, əksinə, mənim mövcudluğumu və bütün başqalarının mövcudluğunu bir-biri üçün obyektivasiyaya və bərabərliyə gətirib çıxaran hansısa qarşılıqlı varlıq birləşmişdir; beləliklə mən hər hansı başqası kimi insan olaraq digər insanlar arasında mövcud oluram. Başqa insanı başa düşmək cəhdi ilə, əgər onun xüsusi sferasının qorizontlarına dərindən nüfuz edərəmsə, onda tezliklə həmin faktla toqquşqcağam ki, onun cismi necə mənim qavrayış sahəmdə yerləşirsə, eləcə də mənim cismin onun qavrayış sahəsində yerləşir, belə ki, mən onu başqası olaraq özümdə necə başa düşürəmsə, bunun kimi o da dərhal məni təcrübədə ona münasibətdə başqası kimi başa düşür. Əgər mən görsəm ki, bir neçə “başqası” mövcuddur, onda onlar da bir-birini təcrübədə “başqaları” kimi başa düşürlər; və sonra da mən təcrübədə bu və ya digər “başqasını” adi “başqası kimi deyil, öz növbəsində, “başqalarını” özləri ilə əlaqələndirən kimi başa düşürəm, həm də ola bilsin – müştərək təkrara yol verilməsi ilə – eyni zamanda mənim özümlə əlaqələndirilmiş şəkildə də başa düşüm. Həmçinin o da aydındır ki, insanlar appersepsiyada yalnız durmadan “başqalarını” əldə edən kimi, təkcə gerçəklikdə deyil, həm də özünün xüsusi istəyinə görə imkanlarında da başa düşülə bilər. Bu zaman açıq-hüdudsuz təbiətin özü, qarşılıqlı təsirdə olan mümkün subyektlər kimi, sonsuz məkanda hansı formada yayılması məlum olmayan nəhayətsiz insan kütlələrini və bütün heyvan növlərini onların geniş müxtəlifliyi ilə ozündə birləşdirən belə bir təbiət olur. Əlbəttə, transsendental konkretlikdə bu cəmiyyətə, bizim transsendental intersubyektiv kimi göstərdiyimiz, belə bir geniş monadalar cəmiyyəti uyğun gəlir. Onun mənim üçün xalis məndə, fikirləşən eqoda və həm də yalnız mənim intensionallığıma məxsus mənbələrdən konstruksiyalaşdığını demək çətindir, lakin belə bir cəmiyyət, hər bir digər monadada, ancaq hadisənin digər subyektiv modusunda eyni ilə həmin cəmiyyətin konstruksiyalaşdığı kimi (öz növbəsində, modifikasiyalaşmış formada “baçqası” kimi də konstruksuyalaşır) konstruksiyalaşır və əlavə olaraq eynilə həmin obyektiv dünyanı labüd olaraq özündə daşıyan kimi də konstruksiyalaşır. Şübhəsiz transsendental olaraq məndə konstruksiyalaşan dünyanın mahiyyətinə, zərurət əsasında insanların dünya formasını aımış şeylər aiddir, belə ki, o hər bir ayrıca incan üçün az və ya çox dərəcədə mükəmməlləşməklə onun daxili psixi sferasında – intensional təəssüratlarda və intensionallığın potensial sistemlərində mənəvi həyatı təşkil edən kimi konstruksiyalaşır, öz növbəsində, artıq dünyada mövcudluq kimi konstruksiyalaşmışdır. Məsələn, obyektiv dünyanın quruluşu altında, özlüyündə təcrübədə insan kimi qəbul edilən mənim MƏN-imə məxsus dünyanın gerçək və mümkün dərk edilməsini başa düşmək olar. Bu təcrübə ola bilsin ki, tam mükəmməl olmasın, ancaq hər halda o həmişə açıq- qeyri-müəyyən qorizonta malikdir. Bu qorizontda hər bir kəs üçün hər bir başqası – fiziki, psixofiziki, daxili-psixi mənada – böyük hissəsi rüallaşdırılmamış qalan, ona yaxınlaşma imkanlarının aşkar- nəhayətsiz yiyəsi kimi birləşir.

Tərcüməçi: Obaçı

Davamı: https://klv.az/2024/06/26/edmund-husserl-kartezian-dusunceleri-10-16/

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Nurəddin Ədiloğlu. Danışan tabutlar

Şb İyn 22 , 2024
                                                                            DANIŞAN TABUTLAR İllər əvvəl Rusiyada qətlə yetirilən həmvətənlərimizin xatirəsinə həsr etdiyim bu […]