Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2024/06/26/edmund-husserl-kartezian-dusunceleri-10-16/

 (davamı)

Düşüncə V. TRANSSENDENTAL VARLIQ SFERASININ AÇILMASI MONADOLOJİ İNTERSUBYEKTİVLİK KİMİ

§ 58. Differensasiya İntersubyektiv birliklərin intensional analitikasında daha yüksək səviyyədə problemdir. MƏN və ətraf aləm

Bəşəriyyətin quruluşu və ya bütünlüklə sonuncunun mahiyyətinə yiyələnən həmin cəmiyyət, hələ yuxarıdakı təsvirlərlə başa catmır. Bununla belə, əlbəttə, bizim axırıncı dəfə əldə etdiyimiz mənada cəmiyyətdən uzaqlaşmaqla, başqasının apprezentasiyalaşmış təcrübəsi vasitəsi ilə başqa MƏN-i əldə edən MƏN-in bu cür aktlarının mümkünlüyünü və hətta sosial aktlar kimi xarakterizə olunan şəxsi MƏN aktlarının xüsusi növlərinin mümkünlüyünü, insanlar arasında müxtəlif şəxsi kommunikasiyaların qurulması sayəsində çox asanlıqla aydınlaşdırmaq olar. Bu aktların, hər cür sosiallığın transsendental mahiyyəti mənasında, onların müxtəlif formalarında və əldə olunmuş nəticələr əsasında aydınlaşdırılması- özündə çox mühüm məsələni əks etdirir. İnsan cəmiyyətinin, yəni sözün xüsusi mənasında qlobal sosial cəmiyyətin yaradılması ilə, özünəməxsus mənəvi obyektivlik olaraq obyektiv dünya çərçivəsində özünün mümkün ierarxiyası ilə sosial cəmiyyətlərin müxtəlif tipləri, həm də o cümlədən, şəxsiyyət kimi daha yüksək qaydada xarakterizə olunmaqla xüsusi fərqlənən tipləri konstruksiyalaşır.

Daha sonra hər bir insan və hər bir insan cəmiyyəti üçün insanın spesifik ətraf aləminin, xüsusilə də, hərçəndi məhdud formada olsa da, bu dünyaya aid həmin obyektivlikdə onun mədəni aləminin, qeyd olunan problematikadan ayrılmaz olan və müəyyən mənada ona korrelyativ olan quruluş problemini nəzərdən keçirmək olardı.

Bu dünyanın mənim üçün və hər bir adam üçün yalnız mədəni dünya kimi və hər kəs üçün verilən məna ilə əlverişli şəkil alan dünya kimi konkret verilmiş dünya olmasına baxmayaraq, bu obyektivlik məhduddur. Lakin onun mənasının dərhal da dəqiq izah edilməsi ilə, məhz bu əlverişlilik əsaslı konstitutiv səbəblərə görə qəti deyil. Şübhəsiz, sonuncunu əgər ümumi formada başa düşmək olarsa, onun zərurət əsasında təbiətin konstitutiv mənasına, canlı cismaniliyə və həm də psixofiziki insana aid olması üzündən, bununla da hər kəs üçün mütləq olan qəti mümkünlükdən fərqlənir. Əlbəttə, dünya quruluşunun əsaslı formalarının korrelyatı kimi, şərtsiz ümumilik sferasına hələ həmin fakt da daxil olur ki, hər kəs, həm də aprior olaraq, eyni bir təbiətdə yaşayır, xüsusən də elə bir təbiətdə ki, labüd olaraq o öz həyatını fərdi və ictimai həyat fəaliyyəti ilə başqasının həyatına birləşdirməklə, burada, bu dünyanın hansı primitiv pillədə yerləşməsindən asılı olmayaraq, dünyaya insan mənalarından boy atan mədəni formalar gətirir. Lakin, nə vaxt ki, insanlar bir-biri ilə çox zəif mədəni əlaqələrə malik olmaqla və ya ümumiyyətlə heç bir əlaqəyə malik olmadan yaşayır, bu nə aprior, nə də faktiki mənada işin bu cür vəziyyətini istisna etmir və bunun da nəticəsində, nisbi və ya mütləq olaraq, bir-birinə dözərək və ayrı-ayrı fəaliyyət göstərərək bir-birindən ayrı yaşayan cəmiyyətlərdə, o konkret həyati dünyalar kimi, onları əhatə edən müxtəlif mədəni dünyalar konstruksiyalaşdırır. Hər bir adam ilk öncə, yəni tarixən bu mədəniyyəti formalaşdıran həmin cəmiyyətə məxsus insan kimi, konkret olaraq özünün ətraf aləmini onun açılmamış qorizontları və mərkəzləri ilə birgə, öz mədəniyyətini anlayır. Keçmişə açılan qorizontun daha dərin anlaşılması, hansı ki, indinin özünün başa düşülməsi də bundan asılıdır, prinsipial olaraq bu cəmiyyətin hər bir üzvü üçün, yalnız hansısa mümkün əzəlilikdə mümkündür, belə ki, bu, cəmiyyətlə əlaqəlilikdə çıxış edən və başqa cəmiyyətə məxsus insan qarşısında bağlıdır.

İlk öncə o zərurət əsasında insanları ona yad olan dünyanın insanları kimi, həm də ümumiyyətlə müəyyən mədəni dünyaya məxsus insanlar kimi başa düşür; bu nəticə ilə hələ onun qarşısında, özü üçün addımba addım sonrakı anlama imkanlarını yaratmaq dayanır. Daha ümumi mənada başa düşülmüş şeylərə əsaslanaraq, o əvvəlcə özü üçün indinin getdikcə daha geniş qatlarının növbəti başa düşülmə imkanlarına yol açmalıdır, daha sonra isə, öz növbəsində, indinin daha da geniş açılmasında ona xidmət etməsi üçün, tarixi keçmişə yol açılmalıdır.

Xüsusi təəssüratlar axınının aşkar-hüdudsuz müxtəlifliyindən başlayaraq, obyektiv dünyanın obyektivləşdirilməsinin ən müxtəlif səviyyələrinə qədər, hansı görünüşdə olur-olsun dünyaların qurulması orientasiyalaşmış quruluşların qanunauyğunluqlarına tabedir. Beləliklə biz görürük ki, dünya mədəniyyətləri də, həmçinin hansısa sıfır həlqəsinə, yəni hansısa şəxsiyyətə münasibətdə orientasiyalaşmış kimi verilir. Burada MƏN və mənim mədəniyyətim hər hansı başqa mədəniyyətə münasibətdə ilkinqaydalıdır. Bu sonuncu mədəniliyə görə mənim üçün və mənim yoldaşlarım üçün yalnız “başqasının” özünəməxsus təcrübəsi, bir növ mənim üçün yad olan mədəni insan cəmiyyətinin duyulması vasitəsi ilə mümkündür, bu düyülma da həmçinin quruluşun müxtəlif səviyyələrdə intensional araşdırılmasını tələb edir, lakin birinin, daha geniş anlaşılması hüdudunda güman edir ki, nə isə bir şey, təkrar formada olan bir şey kimi ilkinqaydalı olaraq konstruksiyalaşır. Bununla ilkinqaydalı olan, orientasiyalaşmış mövcudluq üsulları üçün mərkəzi həlqə olmaqdan ötrü, həmişə təkrar konstruksiyalaşmış dünyaya yeni məna qatları gətirir. Dünya olaraq ikinci dəfə konstruksiyalaşma, ilkinqaydalı formada konstruksiyalaşmış şeylər əsasında zəruri olaraq mümkün olan və tədricən açıla bilən varlıq qorizontu kimi verilir.

Beləliklə məsələ artıq, bizim təəssüratlar axını adlandırdığımız immanent dünyanın ilkin vəziyyətindədir. O, bir-birinə münasibətdə şərtlərdən kənar sistemin bir hissəsi kimi, ondan kənarda olan hər şey üçün keçilə bilən və həm də immanent müvəqqətiliyə məxsus canlı mövcudluğun indidə ilkinqaydalı şəkildə konstruksiyalaşmasının orientasiyası ətrafında verilir. Mənim canlı cismim, bu cisim tərəfindən həyata keçirilən idarəçilik sayəsində konstruksiyalaşan dünya kimi, ilkinqaydalı sfera daxilində (bizim spesifik mənada) yenidən təbiətin mərkəzi həlqəsi kimi meydana çıxır. Mənim psixofiziki canlı cismim də, obyektlərin bir-birinə münasibətində şərtlərdən kənar dünyanın quruluşu kimi, eyni ilə bu cür ilkinqaydalıdır və onun mərkəzi həlqəsi kimi bu dünyanın orientasiyalaşan mövcudluq üsullarına daxil olur. Əgər ilkinqaydalı dünya (bizim nəzərdə tutduğumuz xüsusi mənada) obyektiv dünyanın mərkəzi ola bilmirsə, onda bu ona görə baş verir ki, bütün bu ilkinqaydalı dünya bütövlükdə elə bir formada obyektivləşdirilir ki, bu zaman heç bir yeni şərtlərdən kənarlılıq yaratmır. Əksinə, “başqalarının” dünyalarının müxtəlifliyi mənim dünyamın orientasiyalaşan ətrafı kimi verilir və beləliklə özündə hansısa bir dünyanı təmsil edir, nə qədər ki, o, ona ümumi obyektiv dünya ilə əldə edilən immanentlik kimi konstruksiyalaşır, məkan-zaman forması da eyni zamanda, ona açılan yolu forma kimi funksiyalaşdırır.

Əgər biz nəzərdən keçirdiyimiz mədəni dünya hadisələrinə qayıtsaq, onda müxtəlif mədəniyyətlərin dünyası olaraq, o da, hamı üçün ümumi orientasiyalaşan təbiət əsasında və ona həmçinin girişin açılması üçün mədəni yaranışların və mədəniyyətlərin müxtəlifliyinə təsir etməli olduğu giriş yolunun açılması üçün məkan-zaman formalarında verilir. Bizə insan və mədəniyyət dünyasına özlüyündə onun spesifik mənasını verən və nəticə ehtibarı ilə, ona spesifik olaraq mənəvi predikatlar verən məna qatının daha dəqiq araşdırılmasından imtina etmək lazım gəlir. Bizim tərəfimizdən aparılan konstitutiv ızahlarda öz aralarında bir-biri ilə bağlı intensional motivasiyalar göstərilmişdir, necə ki, bunun da sayəsində konstitutiv münasibətlərdə öz bütövlüyü ilə konkret dünyanın vahid fundamental qatı meydana çıçmışdır ki, əgər biz obyektiv ruhun bütün predikatlarından təcrid olunsaq belə, o bizim üçün saxlanılır. Biz artıq canlı cisimləri ilə ona bağlanan insanlar və vəhşi heyvanlarla yanaşı, bütövlükdı təbiəti, özümüzdə konstruksiyalaşan birlik kimi tutub saxlayırıq, lakin mənəvi həyat bizim üçün daha öz dolğunluğu ilə saxlanılmır, nə qədər ki, insan varlığı, özlüyündə, artıq insan üçün həmişə əhəmiyyətə malik predikatlarla verilən ətraf aləm kimi, mövcud praktiki dünya ilə şüurda əlaqələndirilir, bu əlaqəlilik isə bu cür predikatların psixoloji quruluşunu nəzərdə tutur.

Dünyanın hər bir bu cür predikatı müvəqqəti genezis, yəni insan dözümlülüyünə və hərəkətinə köklənən belə bir genezis nəticəsində meydana çıxır ki, həmin faktın subuta ehtiyacı yoxdur. Odur ki, ayrı-ayrı subyektlərdə həyati dünyanın ümumi ayrılmaz predikatları kimi bu cür predikatların yaranması və onların intersubyektiv əhəmiyyətinin meydana gəlməsi üçün ilkin şərtlər ondan ibarətdir ki, insan cəmiyyəti də, hər bir ayrıca insan kimi, onunla dözümlülükdə və fəaliyyətdə əlaqələndirilməklə konkret ətraf aləmə qapılaraq yaşayır ki, bütün bunlar da artıq konstruksiyalaşmış olur. Nə qədər ki, onlara müvafiq olaraq yeni-yeni xatibual xüsusiyyətlər qəbul etmək lazım gəlir, insanın daim dəyişilən bu həyat dünyasında, şübhəsiz, şəxsiyyət kimi insanların özləri də dəyişilir. Statik və genetik quruluşun geniş problematikası burada son dərəcə təsirli görünür, hansı ki, özündə hələ xeyli müəmma gizlədən sonuncu, özündə universal genezisin qeyri-tipik problemini təmsil edir.

Məsələn, şəxsiyyətə münasibətdə bu təkcə, qurulan və yenidən xatibuallıqlarla yox olan müxtəlifliklərin ziddinə olaraq, şəxsi xarakter birliyinin statik quruluş problemi deyil, həm də bizi yenidən anadangəlmə xarakter müəmməlarına aparan genetik problemdir.

Hələlik o kifayət edəcəkdir ki, biz konstitutiv olaraq daha yüksək səviyyəli problematikaya toxunduq və həm də aydınlaşdırdıq ki, apodiktik eqonun transsendental-fenomenoloji izahının sistematik olaraq genişləndirilməsi ilə, dünyanın transsendental mənası nəhayət bizim qarşımızda açılmalıdır, üstəlik, sonuncunun özündə daim bizim hamımız üçün həyati məna kəsb edən dünyanı təmsil etməsi nəticəsində onun tam konkretliyi ilə açılmasıdır. Bu ətraf aləmin bütün xüsusi formalarına aiddir, belə ki, o qarşımızda bizim şəxsi tərbiyəmizdən və inkişafımızdan, yaxud bu və ya digər millətə, bu və ya digər mədəni dairələrə mənsubiyyətimizdən asılı olaraq dayanır. Bütün bu predmetlər əsaslı zəruriliklərə tabedir, onlarda, hansı ki, zəruriliyi transsendental eqodan və sonra da bu eqoda açılan transsendental intersubyektivlikdən və nəticə ehtibarı ilə, transsendental motivasiyanın və transsendental quruluşun əsaslı formalarından gələn hansısa mahiyyətli stil hökmranlıq edir. Əgər bizə bu formaları açmaq müyəssər olarsa, onda, ən yüksək dəyərə malik, yəni son dərəcə transsendental aydınlığı ilə fərqlənən bu aprior stil rasional izahat əldə edəcək.

Tərcüməçi: Obaçı

Davamı: https://klv.az/2024/07/10/edmund-husserl-kartezian-dunceleri/

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Russonun aforizmləri

C İyl 5 , 2024
“Bir-birinizi anlamaq üçün xasiyyətcə oxşar, sevmək üçün fərqli olmalısınız”. *** “Azadlıq – istədiyini etmək yox, istəmədiyini etməməkdir”. *** “Səbir acı olsa da, bəhrəsi şirindir”. *** “Az bilən insan çox, çox bilən insan az danışır”. *** “Dünya nədən bu qədər qəddardır? Axı uşaqlıqda hamımız möcüzələrə inanırdıq”. *** “İnsan ikicə ilə danışmağı, […]