Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2024/05/22/edmund-husserl-kartezian-dusunceleri-10-10/

 (davamı)

Düşüncə V. TRANSSENDENTAL VARLIQ SFERASININ AÇILMASI MONADOLOJİ İNTERSUBYEKTİVLİK KİMİ

§ 53. İlkin qaydalar sahəsinin potensiallığı və onların başqasının appersepsiyasında konstitutiv funksiyası

Mənim özümlə əlaqəli canlı bədənim, mərkəzi “burada” qismində özünün mövcudluq üsullarına malikdir; hər cür digər bədən, bununla belə, “başqasının” bədəni isə “orada” modusuna malikdir. “Oradanın” bu orientasiyası mənim kinestezisim sayəsində sərbəst olaraq dəyişilə bilər. Həm də mənim ilkin qaydalı sferamda orientasiyaların dəyişilməsi sayəsində tək bir məkani təbiət təşkil olunur və üstəlik mənim qavrayış funksiyasını yerinə yetirən canlı cismaniliyimin intensional əlaqəliliyində təşkil olunur. Daha sonra, hər hansı başqaları kimi, nə isə bir təbii cisim olaraq, mövcud olan və məkanda hərəkət edə bilən mənim canlı bədənimin qavranıldığı və dərk olunduğu həmin şərait, şübhəsiz, aşağıdakı formada ifadə olunan imkanlarla əlaqəlidir: sərbəst olaraq özümün ginestezislərimin şəklini dəyişdirməklə, xüsusən də, yerdəyişmə vasitəsi ilə mən öz vəziyyətimi o şəkildə dəyişə bilərəm ki, hər cür “oradanı” “buradaya” çevirə bilim, yəni öz bədənimlə məkanda lazım olan hər cür yer tuta bilərəm. Bu o deməkdir ki, müvafiq şəkildə təzahür üsullarını fərqləndirən – mənim “orada” olma modusuma məxsus həmin üsulları – yaxud, konstitutiv yanaşmada təkcə, mənim aktual “burada” qavrayışımla əlaqəli təzahür sistemlərinə deyil, həm də bütünlüklə mənim dəyişən və məni “oraya” yerləşdirən həmin vəziyyətimlə tam əlaqədə olan sistemlərə məxsus olan hər bir şeyı, mən “oradan” qavrama ilə eyni ilə həmin şey kimi görə bilərdim. Deməli, işlər hər cür “orada” məsələsindədir.

“Başqasının” təcrübəsinin assosiativ nəticələrini aydınlaşdırmaq məqsədi ilə bu qarşılıqlı əlaqələri, əsasən də, özü assosiativ xarakterizə olunan mənim təbiətimin ilkin qaydalı quruluşunun bu qarşılıqlı uyğunluqlarını diqqətə almaq son dərəcə əhəmiyyətli olmayacaqmı?

Axı appersepsiyada mən “başqasını” sadəcə özüm özümün dublikatım kimi, yəni mənim ilkin sferamla, o cümlədən mənə mənim “burada”mla xas olan məkanda, təzahür üsulları ilə əldə edilən – heç nəyi ilə məndən fərqlənməyən – kimi deyil, həm də, əgər “oraya” yerləşsəydim və “orada” olsaydım, daha diqqətlə nəzərdən keçirməklə, mən özüm onu hansı dəqiqliklə əldə edərdimsə, məhz həmin dəqiqliklərə malik olan kimi dərk edirəm. Sonra, hər hansı ilkin qaydalı dünyaya, hər hansı monadalara məxsus “başqası” apprezentativ olaraq MƏN kimi dərk olunur, belə ki, onun canlı cismi ilkin olaraq konstruksiyalaşır və o özünün idarəedici funksiyasını həyata keçirdiyi mərkəz kimi, məhz mütləq “burada”nın modusunda, təcrübəsində dərk olunur. Beləliklə, “Başqa MƏN”-in canlı cismi kimi, özgə cismi kimi appersepsiya olunmuş, mənim monadik sferamda“orada” modusunda meydana çıxan cisim, bu apprezentasiyalarla “burada” modusunda həmin cismin özünə işarə edir, belə ki, “başqasını” təcrübədə özünün monadik sferasında dərk edir və onu, mövcudliq üsullarını onun daxilində “başqasının” təcrübəsində yaradan ümumi konstitutiv intensionallıqların konkret əlaqəsində göstərir.

Tərcüməçi: Obaçı

Davamı: https://klv.az/2024/06/05/edmund-husserl-kartezian-dusunceleri-10-13/

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Nurəddin Ədiloğlu. Adını əməli ilə qazanan insan

İnsan var ki, ömür yollarında rastına təbiətin və taleyin ən böyük bəxşeyişi qismində çıxır… Bir çox qələm dostları kimi mənim də Ağa deyə xitab etdiyim Ağacəfər Həsənli də belə dəyərli və nadir insanlardan biridir. Adı ilə əməli həmişə  tən gələn Ağacəfərlə çox sonralar dostluğa çevrilən tanışlığımızın düz 40 illik tarixçəsi […]