Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2024/05/29/edmund-husserl-kartezian-dusunceleri-10-12/

 (davamı)

Düşüncə V. TRANSSENDENTAL VARLIQ SFERASININ AÇILMASI MONADOLOJİ İNTERSUBYEKTİVLİK KİMİ

§ 54. “Başqasının” təcrübi dərketməsinin həyata keçirildiyi apprezentasiyanın mənasının aydınlaşdırılması

Elə indicə “başqasının” modusunun konstruksiyalaşdığı irəli cürən qeydlər, aşkar şəkildə assossasiyaların gedişini göstərir. Bu assossasiyalar səmimi deyil. Mənim ilkin qaydalı ətraf aləmə məxsus cismim (nəticədə “başqasının” cismi), mənim üçün “orada” modusunda cisimdir. Onun təzahür üsulu, bu və ya başqa vaxtda həqiqətən mənim canlı cismimi əldə edən (“burada” modusunda) cütü birbaşa assossasiyanın təzahür üsulları vasitəsi ilə yaratmır, ancaq reproduktiv olaraq buna oxşar, məkanda olan cisim kimi, mənim canlı cismimin konstitutiv sisteminə aid ayrı bir hadisə doğurur.

Əgər mən orada olsaydım, o mənim cismimin necə ola bilməsi haqqında anlayış verərdi. Hərçəndi doğulan hadisə yaddaş modusunda müşahidə deyil, bu halda da həmçinin cütün yaranması baş verir. Onun daxilində təkcə mənim cismimin əvvəl meydana çıxan digər təzahür üsulları deyil, həm də bu üsulun sintetik birliyi kimi, onun özünün ona görə adi olan bir çox təzahür üsulları iştirak edir. Oxşar appersepsiya “orada” olan xarici cisim sayəsində belə bir mümkün və əsaslandırılmış forma alır, həm də analogiya üzrə mənim özümün canlı cismimdən və deməli, – mənim ilkin qaydalı dünyama bənzər, digər dünyaya məxsus canlı cisimdən məna əldə edir.

Hər cür digər appersepsiyalar kimi, assossasiyalar sayəsində meydana çıxan bu ümumi stili, ona görə də aşağıdakı formada təsvir etmək olar: appersepsiyanın əsaslandığı həmin varlıqların assosiativ qoyuluşu ilə, daha yüksək pilləli assossasiya meydana çıxır. Əgər bir varlıq özündə, müxtəlif cür təzahürlərin assossiativ meydana çıxmış hər hansı bir sisteminə işarə edən, hansısa intensional predmetin təzahür üsullarından birini, özünü göstərə bilməsinə kömək edən bu cür təzahürlər kimi təmsil edirsə, onda digər varlıq da həmçinin təkmilləşir və nə isə bir şeyin , xüsusən də, analoji predmetin təzahür formasını alır. Lakin məsələ heç də belə deyil, guya bu varlığa köçürülmüş birlik və müxtəliflik onu yalnız digər təzahür üsulları ilə tamamlayır, əksinə, onun işarə etdiyi, analogiya üzrə başa düşülmüş predmet və müvafiq olaraq təzahür sistemi də analoji hadisəyə həmçinin, bütün bu təzahür sistemlərini meydana çıxaran analogiya üzrə bağlıdır. Cütün assossiativ yaranışı prosesində meydana çıxan hər cür koçürülmənin özü, eyni zamanda bu cütün özünə qarışması və bir komponentin mənasının digərinin mənasına birləşməsi və oxşadılmasıdır.

Əgər biz indi nəzərdən keçirdiyimiz alter eqonun appersepsiya hadisəsinə qayıtsaq, onda özü özünə aydın olar ki, bununla belə, “orada” olan cismin sayəsində mənim ilkin qaydalı ətraf aləmimdə apprezetasiyalaşan şeylər, mənim psixi sferamda saxlanılmır, ümumiyyətlə mənim xüsusi sferamda saxlanılmır.

Mən “bürada” özümün canlı cismaniliyimlə yerləşirəm və özümdə mənim ətrafımı orientasiya edən ilkin qaydalı dünyanın mərkəzini təmsil edirəm. Əlavə olaraq mənə monadalar kimi məxsus olan, mənim bütün ilkin qaydalı sferam, bu və ya digər “MƏN edə bilərəm”in və “MƏN edirəm”in qüvvəyə minməsi ilə şəklini dəyişən müəyyən “oradanın” bu və ya digər cəhətlərini deyil, həmin “burada”nın məzmununu əldə edir. Hər iki məzmun qarşılıqlı olaraq bir-birini kənar edir, eyni zamanda baş vermir. Lakin nə qədər ki, mənə münasibətdə “orada” olan digər cisim, assossasiya sayəsində “burada” olan mənim cismimlə cüt təşkil edir və qavrayışda verilən kimi apprezentasiyaların və mənim tərəfimdən qavranılan hansısa mövcud eqonun nüvəsini təşkil edir, bir o qədər də sonuncu, assossasiyanın mənayaradıcı gedişi ilə tam uyğunluq şəraitində, zərurət əsasında hal-hazırki məqamda eqonun “orada” modusunda mövcud olan kimi (əgər mən orada olsaydım kimi) apprezentasiyalaşmalıdır. Ancaq mənim daim özü-özünə qavrayışda verilən xüsusi eqom, indi aktual olaraq özünün “burada” məzmununu əldə edir. Beləliklə, hansısa eqo mənə münasibətdə başqasının apprezentasiyalaşması kimi meydana çıxır. İlkin qaydalı əlaqələrdə bir araya sığmayan şeylər, bu zaman onun sayəsində bir araya gəlir ki, mənim ilkin qaydalı eqom başqasının eqosunu, özünəməxsus xüsusiyyətlərinə görə heç vaxt tamamlama tələb etməyən və heç vaxt prezentasiyalar nəticəsində tamamlana bilməyən apprezentativ appersepsiyalar vasitəsi ilə konstruksiyalaşdırır.

Həmçinin başa düşmək cətin deyil ki, “başqasının” bu cür apprezentasiyası produktiv assossasiyaların fasiləsiz açılışı ilə hansı formada yeni-yeni apprezentativ məzmunlar verir, yəni başqa eqoların dəyişən məzmunlu komponentləri haqqında müəyyən biliyə gətirib çıxarır; digər tərəfdən, fasiləsiz prezentasiyaların və həm də ona gözləmə planında ünvanlanan assosiativ tələblərin hansı formada birləşdirilməsi sayəsində onların razılaşdırılmış mütəmadi ardıcıllığı mümkün olur.

İlkin müəyyən olunmuş məzmun, şübhəsiz, başqasının canlı cismaniliyinin başa düşülməsi və onun canlı cisim kimi spesifik cismi davranışı olmalıdır: əllə yoxlanılma və ya əllərin itələnməsi kimi, yeriş zamanı ayaqların hərəkəti, baxış zamanı gözlərin hərəkəti və s. kimi, bu cismin üzvlərinin anlaşılması olmalıdır, həm də nə qədər ki, onun ilkin qaydalar planında mənim nəzərlərim üçün mümkün olan hissi proseslərinin müştərək üslubi formaları, öz növünə görə mənə mənim öz canlı cismimin xüsusi idarəçiliyi təcrübəsindən məlum olan, daim həmin formalara uyğun gəlməlidir, onda MƏN də əvvəlcə yalnız bu cür davranışla idarə olunan kimi müəyyən edilməli və məlum mənada özünü daim bu cür olaraq təsdiq etməlidir. Aydındır ki, söhbət sonralar müəyyən məzmunda, daha yüksək psixi sferaya məxsus hansısa “duyma” məsələsinə gedib çıxır. Onlar da həmçinin canlı cismaniliyin və onun xarici aləmdə davranışı, məsələn, insanın qəzəblə, sevinclə və s. ilə əhatə olunan davranışı vasitəsi ilə göstərilə bilər, hansı ki, mənə bu kimi şəraitlərdə mənim öz davranışımla yaxşı tanışdır. Ən yüksək psixi hadisə, özünün bütün müxtəlifliyi ilə, özünün öz üslubu ilə yenə də mənə, mənim onlarla tanışlıq dərəcəmə görə, assossiativ olaraq onun qeyri-dəqiq müəyyən tipikliyi ilə mənim özümün həyati üslubumda empirik tanışlıq əsasında aydın ola bilən sintetik əlaqələrini və bu sintezlərin axma formalarını əldə edir. Bununla belə, nə vaxt ki, başqalarında nə baş verdiyini başa düşmək müyəssər olur, hər dəfə də bu başa düşmə yeni-yeni assossasiyalar və yeni yeni anlamlar kəşf edir; və əksinə, nə qədər ki, hər cür gücləndirən assossasiya geri qayıdandır, hər cür belə başa düşmə mənim xüsusi mənəvi həyatımı onun bütün ümimi və fərqləndirici əlamətləri ilə açır, həm də bu və ya digər yeni cəhətlərin üzə çıxması sayəsində onu yeni assossasiyalara münasibətdə məhsuldar edir.

Tərcüməçi: Obaçı

Davamı: https://klv.az/2024/06/12/edmund-husserl-kartezian-dusunceleri-10-14/

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Teodor Drayzerin aforizmləri

Be İyn 10 , 2024
“Məncə, sizin yeganə qüsurunuz heç vaxt dilinizdən düşməyən “insanlar nə deyər” kəlməsidir”. *** “Dünyada ən ümidsiz iş insanın xarakterini dəqiq müəyyən etməkdir. Çünki hər bir insan fərdi olduğu qədər ziddiyyətlər toplusudur”. *** “Xoşbəxtlik  – gözləməyi bacarana nəsib olur. Bax ha, birdən bütün ömrünü gözləmə zalında keçirərsən?!” *** “O doğulub, yaşayıb, […]