Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2024/05/15/edmund-husserl-kartezian-dusunceleri-10-11/

 (davamı)

Düşüncə V. TRANSSENDENTAL VARLIQ SFERASININ AÇILMASI MONADOLOJİ İNTERSUBYEKTİVLİK KİMİ

§ 52. Özünün xüsusi üsulu ilə təsdiqləmə əldə edən apprezentasiya, təcrübə növü kimi

Lakin indi bizim qarşımıza, bu cür appersepsiyanın necə mümkün olduğunu və onsuz ötüşməyin mümkün olmamasını aydınlaşdırılmalı olan, həlli cətin problem meydana çıxır. Örtüyün nətıcələri kimi, yaradılan cütlükdə mənaların, yəni bir predmetin mənasının, müvafiq olaraq digərinə appersepsiyasının qarşılıqlı köçürülməsi həyata keçirilir, həmin dərəcədə ki, onda aktuallaşdırılmış məna aspektləri təcrübədə hansı dərəcədə dərk olunur, bu köçürülmə şüurda olan başqalığı ləğv etmir.

Bizi xüsusi maraqlandıran alter eqonun assossasuyasının və appersepsiyasının eqo vasitəsi ilə ikiqat gücləndirilməsi hadisəsi o zaman baş verir ki, bu zaman “başqası” mənim qavrayış sahəmə daxil olur. Mən öz diqqətimi özümə cəlb edip-etməməyimdən, özümü hər hansı təsirə məruz qoyub-qoymamağımdan asılı olmayaraq, psixofiziki MƏN-in birinci düzümü kimi, daim mənim qavrayışımın birinci düzüm sahəsində seçilib ayrılıram. Xüsusən də, mənim cismin (canlı cisim kimi) daim hissi qavrayışdan çıxır və mövcud olur, ancaq bununla belə o həmçinin, əzəliliyin birinci düzümündə canlı cismaniliyin spesifik mənaları ilə verilir. Əgər indi mənim birinci düzüm sferamda, mənimkinə öxşar, yəni hadisədə mənim cismimlə cütlük yaratmalı olduğu bir formada qurulmuş, nə isə ayrı bir cisim meydana çıxarsa, onda izaha ehtiyac olmadan aydın görünür ki, mənalı köçürülmə ilə, o dərhal da “canlı cisminin” mənasını məndən mənimsəməlidir. Lakin həqiqətənmi başqasına bu cür köçürülmə yolu ilə həyata keçirilən bu appersepsiya, adi appersepsiyanı da özündə o qədər şəffaf təmsil edir? Bəs nəyin sayəsində canlı cisim, mənim özümün ikinci deyil, məhz “başqasının” cismi olur? Şübhəsiz, appersepsiya ilə nəzərdən keçirilən əsas xarakterik cəhətlərdən ikincisində olduğu kimi, burada o şeyə diqqət yetirmək lazımdır ki, spesifik canlı cismanilikdən mənimsənilən mənalardan heç biri, əvvəlcə mənim birinci düzüm sferamda həyata keçirilə bilməz.

Beləliklə, faktların bizə öyrətdiyi kimi, köçürülmüş məna, özünün varlıq əhəmiyyəti ilə orada yerləşmiş cismə məxsus psixi müəyyənliklər yığını kimi başa düşülür, hərçəndi birinci düzüm (первопорядковой) sferanın (və yalnız mənim sərəncamımda olan) əzəli sahəsində onlar heç vaxt özü-özünə üzə çıxa bilmirlər.

Eyni cür də intensional situasiyanı nəzərdən keçirək. “Başqasının” mümkünsüz originaliter komponentinə verilən apprezentasiya, nə isə bir əzəli prezentasiya ilə birləşdirilmişdir (mənim öz sferamda, təbiətin bir hissəsi kimi verilən cismin eqosunun prezentasiyası ilə). Lakin bu birləşmədə „başqasının“ canlı cismi və bu cisimlə idarə olunan „başqa MƏN“ də, transsendentləşdirən vahid təcrübə üçün xarakterik olan, həmin üsulla verilir. Apprezentasiyalaşmış qorizontları doldura bilməsi və təsdiq etməsi üçün, hər cür təcrübə özündən sonrakı təcrübəni güman edir; bu təcrübələr potensial olaraq özlərində əyanilikdən məhrum antisipasiya formasında, yekdil sintezlərin təsdiqlənməsinə imkan verən sonrakı təcrübələri birləşdirirlər. „Başqasının“ təcrübəsi haqqında o aydındır ki, onun dolduran və təsdiqləyən irəliləyişi, yalniz sintetik yekdillikdən keçən yeni apprezentasiyalar vasitəsi ilə baş verə bilər və yalnız həmin üsulla ki, bu sonuncu burada, özünün varlıq mənası ilə daim onlara məxsus olan, lakin mənim özümün daxili sferamın prezentasiyaları ilə dəyişən motivasion əlaqələrə borcludur.

Burada zəruri aydınlıq yaratmaq üçün ilkin olaraq aşağıdakı tezis rəhbər pol oynaya bilər: „başqasının“ təcrübədə dərk olunmuş canlı cismi sonradan gercək canlı cisim kimi yalnız özünün dəyişkən, lakin həmişə yekdil qalan davranışlarında meydana çıxır. Özünün fiziki tərəfinə malik bu qarmonik davranış, apprezentativ olaraq psixi olanı göstərməklə, indi onu dolduran kimi ilkin təcrübədə meydana çıxmalıdır. Bununla belə davranış daim bir fazadan digərinə dəyişir.

Əgər canlı vücudun davranışında yekdillik yoxdursa, onda o təcrübədə vücudun görünüşü kimi dərk olunur.

Əvvəl qeyri-mümkün olan bu mümkünlük görünüşündə, “başqasının” təsdiqlənə bilən mövcud xarakteri əsaslanmışdır. İlkin olaraq haçansa təqdim olunan və təsdiqlənə bilən nə varsa hamısı, mən özüməm və ya xüsusi olaraq mənim özümə məxsusdur. İlkin özü özünə mövcudluq predmeti olmayan, lakin ardıcıl olaraq göstərilən nə isə bir şeyi təsdiq edən təcrübə üçün və birinci düzüm doldurulma imkanlarına yol verməyən təcrübə üçün həmin əsaslandırılmış üsullara xarakterik olan təcrübədə, bunun vasitəsi ilə dərk olunmuş nə varsa hamısı – “başqası”dır. Beləliklə o, yalnız mənim özümün analoqum kimi təsəvvürə gəlir. Özünün məna quruluşu sayəsində o zərurət əsasında mənim obyektiv MƏN-imin, mənim birinci düzüm dünyamın intensional modifikasiyası kimi çıxış edir: “başqası” fenomenoloji mənada, mənim mənliyimin modifikasiyası kimidir (hansı ki, öz növbəsində, indi bir-birinə zidd cütlüyün meydana çıxması üzündən “mənim” olan kimi xarakterizə olunmağa başlayır). Bununla belə aydındır ki, analojiləşdirən modifikasiyada başqa MƏN-in konkretliyinə məxsus nə varsa hamısı, əvvəlcə onun birinci düzüm dünyası kimi, sonra isə tam konkret eqo kimi apprezentasiya olunmuşdur. Başqa sözlə, apprezentasiya vasitəsi ilə mənim monadalarımda başqaları təşkil olunur.

Mənim keçmişim də, mənim özümün daxili sferamda, – belə bir ibrətamiz müqayisəni buradan çıxarmaq olar – əsasən də özümün canlı mövcudluğum sferasında, elə bu cür, yalnız xatirələr vasitəsi ilə verilir və mənim keçmişim kimi, mənim keçmiş mövcudluğum kimi, yəni bəzi intensional modifikasiyalar kimi, onun daxilində xarakterizə olunur. Onun zərurət əsasında modifikasiya olaraq təcrübədə təsdiqlənməsi, sonralar yaddaşların razılaşdırılmış sintezində həyata keçirilir; özünü yalnız keçmiş kimi özlüyündə təsdiq edir. Mənim keçmiş xatirələrimdə verilənlər onun modifikasiyası olaraq mənim canlı mövcudluğumu indidə necə transsendentasiya edirsə, bunun kimi də “başqasının” apprezentasiyalaşmış varlığı mənim öz varlığımı eləcə transsendentasiya edir (xalis və ən fundamental mənada: xüsusi sferanın birinci düzümə aid olan şeylər kimi).

Hər iki halda modifikasiya məna momenti olaraq mənanın özünə məxsusdur, o özündə onun intensionallığını konstruksiyalaşdıran korrelyatları təmsil edir. Mənim keçmişim, daxili qavrayış sahəsində bu indidə meydana çıxan uyğunlaşdırılmış xatirələr vasitəsi ilə, mənim canlı mövcudluğumda indiyə necə konstruksiyalaşırsa, onun daxilində meydana çıxan və onun məzmunu ilə motivləşdirilən apprezentasiya vasitəsi ilə, yəni özünün korrelyatı olaraq yeni növ modifikatlara malik, yeni tip prezentasiyaların vasitəliliyi sayəsində, digər eqolar da, mənim birinci düzüm sferam daxilində mənim eqoma eləcə konstruksiyalaşa bilər. Əlbətdə, mən nə qədər ki, mənim öz daxili sferamı mövcudluğa gətirib çıxaran, müvafiq prezentasiyaları nəzərdən keçirirəm, onların mərkəzini yaradan MƏN mənim oxşarım olan MƏN-in özüdür. Nə qədər ki, o zəruri olaraq ona məxsus apprezentasiyalaşmış qorizontun konkret hüdudlarında qalır, mənə münasibətdə “başqası” kimi ortaya çıxanların hamısı, apprezentasiyalaşmış bir şey kimi MƏN-ə aiddir, belə ki, bu mən özüm deyil, mənim modifikatım kimi başqa MƏN-dir.

Həqiqətən “başqasının” təcrübi dərk etməsinin, onun konstitutiv assosasiyalar vasitəsi ilə həyata keçirilən konstutiv işinin bütövlükdə aydınıaşdırılması üçün tam zəruri olan, noematik qarşılıqlı əlaqələrinin qaneedici izahı, hələ yuxarıda göstərilənlərlə başa çatmır. O, bizə əldə olunmuş dərk etmələr əsasında obyektiv aləmin transsendental quruluşunun mümkünlüyünün və gerçəkliyinin haradan bəlli olduğunu bildirən həmin bəndə nail olmaq üçün, məhz tamamlanmağa ehtiyac duyur və bununla yanaşı transsendental-fenomenoloji idealizmin də mənası tam aydın ola bilər.

Tərcüməçi: Obaçı 

Davamı: https://klv.az/2024/05/29/edmund-husserl-kartezian-dusunceleri-10-12/

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

“TANI, OXU, TANIT” layihəsi çərçivəsində Xəzər Universitetində görüş keçirildi

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin gerçəkləşdirdiyi “Tanı, oxu, tanıt” ədəbiyyat könüllülüyünün təbliği layihəsi çərçivəsində növbəti tədbir Xəzər Universitetində keçirilib. Kulis.az xəbər verir ki, tədbirin giriş nitqi ilə Universitetin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Yeqzar Cəfərli açaraq sözü departamentin müəllimi fil.ü.f.d., şair Qardaşxan Əzizxanlıya verib. […]