Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2024/05/08/edmumd-husserl-kartezian-dusunceleri/

 (davamı)

Düşüncə V. TRANSSENDENTAL VARLIQ SFERASININ AÇILMASI MONADOLOJİ İNTERSUBYEKTİVLİK KİMİ

§ 51. Assossiativ qurucu komponent kimi “başqasının” təcrübəsinin ikiqat artması

Əgər biz indi, mənim birinci düzüm sferamın hüdudları daxilində canlı kimi qavranılan nə isə bir cisim vasitəsi ilə, həmin ahaloqlaşdıran qavrayışı, mənim özümün canlı cismin kimi xarakterizə etməyə cəhd etsək, onda ilk növbədə onunla toqquşacağıq ki, birinci təsisedici aktın mənbəyi burada həmişə özünün canlı mövcudluğunu saxlayır, bu aktın özü isə davam edir və canlı təsirini göstərir. Ikincisi, artıq həmin zəruri xüsusiyyətləri ilə bizə məlumdur ki, bu cür analoqlaşdırma vasitəsi ilə əldə edılən apprezentasiya predmetı, heç vaxt həqiqi mövcud olmaya, həmdə, bu səbəbdən özlüyündə, qavrayış predmeti olmağa nail ola bilmir nail ola bilmir. Deyilən xüsusiyyətlər, ilk əvvəl həmin şəraitlə əlaqədardır ki, eqo və alter eqo həmişə, həm də zərurət əsasında əvvəlcə ikiqat gücləndirmə ilə verilir.

İkiqat gücləndirmə, yəni konfiqurasiyalaşdırma, cütlük, sonralar isə, qruppa, çoxluq formasında transsendental sferanın universal formasıdır (həmçinin intensional psixologiya sferasına paralleldir); həm də dərhal da əlavə etmək olar ki, bu cür ikiqat gücləndirmə nə dərəcədə aktualdırsa, həmin analoqlaşdıran qavrayışın ilkin təsisedici aktının diqqətəlayiq görünüşü də, bizim ilk dəfə tanıdığımız, ancaq “başqasının” müstəsna təcrübi xüsusiyyətini deyil, özünün daim canlı aktuallığına saxlamaqla, bir o qədər geniş yayılır.

Əvvəl başdan, ümumiyyətlə ikiqat güclənmənin əhəmiyyətli momentlərini (həm də müvafiq olaraq, çoxluğunu) aydınlaşdıraq. İkiqat güclənmə, identifikasiyanın passiv sintezinin ziddinə olaraq assossasiya adlandırdığımız həmin passiv sintezin ilkin formasıdır. Ən adi hallarda güclənmənin xarakter xüsusiyyəti ondan ibarətdir ki, iki predmet intensional olaraq hansısa şüurun birliyi sayəsində secilib ayrılan kimi verilir və əslində bu əsas üzərində də, xalis passiv surətdə, yəni bizim diqqətimizin ona yönəlib-yönəlməməsindən asılı olmayaraq, onlar hadisələrdə bir-birindən fərqlənən kimi, fenomenoloji yanaşmada nə isə bir öxşar birlik yaradırlar və beləliklə, məhz həmişə konstrusiyalaşan cütlük kimi meydana çıxırlar.

Əgər predmet ikidən çoxdursa, onda ayrı-ayrı cüt yaranışda əsaslandırılmış və vahid fenomendə qurulan qruppa və ya çoxluq təşkil olunur. Elə ki, cüt predmetin yaradılması özünün seçilib ayrılmaqlılığı ilə dərk olunur, daha dəqiq təhlil etməklə, biz burada mahiyyətcə zəruri, dərhal genetik meydana çıxan intensional artıqlıq tapırıq; habelə daha müfəssəl nəzər yetirməklə, cismani mənalarla qarşılıqlı olaraq bir-birinin üzərinə salınmış örtüyü və qarçılıqlı həyata doğru oyanışı tapırıq. Bu örtük tam və hissə-hissə ola bilər, o hər dəfə özünün, son həddə bütünlüklə öxşar olan tədriciliyinə malikdir.

Tərcüməçi: Obaçı

Davamı: https://klv.az/2024/05/22/edmund-husserl-kartezian-dusunceleri-10-10/

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub

Ç May 15 , 2024
May ayının 15-də tənqidçi- esseist, Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin dosenti Ülvi Babasoyun “Hədəf” nəşrlər evinin dəstəyi ilə çap olunan “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabının təqdimatı və imza günü keçirilib. Departamentin müəllimi fil.ü.f.d. Qardaşxan Əzizxanlı təbdiri giriş sözü ilə açaraq, kitabın üstün məziyyətlərindən danışıb. Sonra kitabın müəllifi çıxış edərək, […]