Əvvəli: https://klv.az/2024/05/01/edmund-husserl-kartezian-dusunceleri-20/
(davamı)
Düşüncə V. TRANSSENDENTAL VARLIQ SFERASININ AÇILMASI MONADOLOJİ İNTERSUBYEKTİVLİK KİMİ
§ 50. “Başqasının” vasitə ilə ifadə olunmuş təcrübəsinin intensiallığı, “apprezentasiya” (analoji appersepsiya) kimi
Transsendental yanaşmada artıq bizim tərəfimizdən nəzərdən keçirilmiş, çox mühüm olan ilkin pillə, necə ki, burada birqaydalı sferanın hissələrə bölünməsi və definisasiysı həyata keçirilir, yuxarıda göstərilən obyektiv dünyanın konstruksiyalaçmasına və“digər eqoya” aparan addımlardan biri olaraq, bizim üçün heç də az olmayan əsl çətinlik törədir. Bununla belə bu çətinliyin “başqasının” təcrübəsinin transsendental aydınlaşdırılmasına o mənada dəxli vardır ki, “başqası” hələ “insan” kimi dərk olunmur. Təcrübə dərketmənin əzəli üsuludur və həqiqətdə də, bu üsul bizə insan adlı bir kimsənin təcrübəsinə uyğun olaraq verilir, biz ümumiyyətlə deyirik ki, bu başqa insanın özü bizim qarşımızda “diri” dayanır. Digər tərəfdən, başqasının bu canlı təcəssümü bizə, bir şeyi birbaşa etiraf etməyə mane olmur ki, digər MƏNin nə özü, nə onun təəssüratları və təzahürləri, nə də onun özünün mahiyyətinə məxsus olan şeylərdən hər hansı biri, bununla bərabər bizim üçün əzəli mövcudluq olmur. Əks halda, əgər başqasının öz mahiyyətinə aid olan şeylər, bilavasitə mümkün olsaydı, o yalnız olsa-olsa mənim öz mahiyyətimin momentləri kimi meydana çıxardı və son nəticədə, onun özü elə mənim özümlə eyniləşdirilərdi. Əgər o yalnız və yalnız, mənim xalis gerçək və mümkün təcrübələrimdə vəhdət kimi konstrusiyalaşan və mənim və ancaq mənim hissi yaratmam kimi, mənim birqaydalı sferama məxsus olan cisim olsaydı, onun canlı cismi ilə məsələ də, məhz bunun kimi olardı. Burada substrat kimi birqaydalı dünya əsasında meydana çıxan intensionallıqlara, hər bir halda labüd bazis yaradan bəzi aralıqlar xas olmalıdır, bu şey, nə isə bir şeyin birgə mövcud olmasının təzahürünə imkan versə də, hər halda özü burada iştirak etmir və heç vaxt özü-özünə mövcudluğa nail ola bilmir. Deməli, söhbət, özlüyündə birgə mövcud olmaya gətirilmədən ,(Mit-gegewärtig-machens), hansısa bir apprezentasiyadan gedir.
Nə qədər ki, nə isə bir şeyin əslində bizim tərəfdən görünən ön tərəfi, daimi olaraq və zərurət əsasında onun arxa tərəfini apprezentasiya edir və qabaqcadan az və ya çox dərəcədə müəyyən qəti məzmunun çevrəsini cızır, deməli, bu cür apprezentasiya artıq zahiri təcrübədə baş verir. Digər tərəfdən, madam ki, bu apprezentasiya müvafiq tamamlayıcı prezentasiyalar vasitəsi ilə (bu zaman arxa tərəf, ön tərəf şəklini alır) təsdiqlənmə imkanlarını saxlayır, artıq birqaydalı təbiətin quruluşunda iştirak edən “başqasının” təcrübi qavrayışı, məhz apprezentasiyanın bu növü ilə əlaqələndirilə bilməz, halbuki, hər şey, bizi əvvəlcə “başqa” sferaya aparmalı olan həmin apprezentasiya üçün apriori olaraq kənarlaşdırılmalıdır. “Başqasının” əzəli sferasının apprezentasiyası, bununla yanaşı “başqasının” mənası, mənim əzəli sferamda necə motivləşdirilə bilər, həm də “apprezentasiya” sözünün özünün işarə etdiyi (nə isə bir şeyin birgə mövcudluğunun başa düşülməsi kimi) təcrübə kimi motivləşdirilsin? Mövcudluğa gətirilən hər cür növ belə bir motivasiya verə bilməz . Bu ona yalnız hansısa bir mövcud olma ilə, hansısa xüsusi özümövcudluqla uyğunluqda mümkündür; həm də, o yalnız onlarla şərtlənməklə apprezentasiya kimi xarakterizə oluna bilər, necə ki, qavrayışda nə iştirak edirsə, onların təcrübi qavranılmasına uyğun olaraq özü-özünə mövcud olan nə isə bir şeyi də, bunun kimi motivasiya edir. Sözün xüsusi mənasında qavrayışın əsasını biz, reduksiya olunan birqaydalı dünyada onun yuxarıdakı bölgülərlə bizim tərəfimizdən təsvir olunmüş fasiləsiz axan qavrayışda, eqonun daim özü-özünə qavranılmasının məhdud universal çərçivəsində görə bilərik. Məsələ indi ondadır ki, burada nəyə diqqət yetirmək lazımdır, xüsusi ilə, o faktiki baş verdiyi zaman, motivasiya necə həyata keçirilir, apprezentasiyanın son dərəcə cətin olan intensional işlərinin nəticələri necə açılır və s.
Əvvəlcə biz “başqa” – “başqa MƏN” sözünün mənasını əldə rəhbər tuta bilərik; alter alter eqonu və eqonu ifadə edir, belə ki, burada impilitsit olaraq, bilavsitə mənim (yeganə) canlı bədənimdə hökm edən və həmçinin bilavasitə birqaydalı ətraf dünyaya təsir edən, mənim öz daxili sferamda ilk qaydada təşkil olunmuş, və həm də, psixofiziki vəhdət kimi (birqaydalı insan) –şəxsi MƏN kimi, özünün vahidliyində təşkil olunmuş, mənim özüm; bundan başqa, özü özü ilə və dünya ilə də əlaqələndirilən konkret intensional həyatın subyekti kimi, pcixi sfera saxlanılır. Üstəlik bütün bunlar, həyatda meydana çıxan təcrübi dərketmənin səciyyəviliyinə və bizə tanış olan axma və birləşmə formalarına tabe olmaqla, bizim sərəncamımızda olur. Biz şübhəsiz, müvafiq quruluşların, hansı, həm də son dərəcə mürəkkəb intensionallıqlar vasitəsi ilə həyata keçirildiyinə nəzər yetirməmişik: o, bizim müraciət etmədiyimiz və müraciət edə bilmədiyimiz geniş araşdırmaların xüsusi təbəqəsini yaradır.
Əgər indi biz fərz etsək ki, bizim qavrayış sahəsinə başqa adam daxil olur, onda birinci düzüm reduksiyada bu o deməkdir ki, mənim birinci düzüm təbiətimin qavrayış sahəsində, təbii ki, yalnız mənim özümün müəyyən hissəmi təşkil edən (transsendentliyə immanenet) birinci düzümlü cisim kimi, nə isə bir cisim meydana çıxır. Nə qədər ki, bu təbiətdə və bu dünyada mənim canlı cismim, əzəldən təşkil olunmuş və əzəldən təşkil oluna bilən canlı cisim kimi (funksiyalaşdıran orqan) yeganə cisimdir, hər halda canlı kimi dərk olunmaqla, orada olan bu cisim, bu düşüncəni ilkin təcrübəyə əsaslanan qavrayışın köçürülməsi nəticəsində, mənim canlı cismimdən əldə etməlidir, və üstəlik belə bir üsulla ki, nəticə ehtibarı ilə, adi qavrayış vasitəsi ilə həyata keçirilən, spesifik olaraq canlı cismaniliyə aid birinci düzüm predikatların birbaşa göstərilməsini həqiqətən istisna edir.
Əvvəldən aydındır ki, yalnız mənim ilk sırada gələn daxili sferam sayəsində cisim, mənim cismimlə əlaqəyə girir, “başqasının” canlı cismi kimi başa düşülən bu cismin orada olan bu oxşarlığı isə, qavrayışın analogiya üzrə motivasiyası üçün əsas rolunu oynaya bilər.
Beləliklə biz bir növ, appersepsiyaya bənzər nə isə bir şeylə əlaqədə ola bilərdik, ancaq heç bir halda analogiya üzrə çıxan nəticələ ilə yox. Appersepsiya nəticə deyil, təfəkkür aktı deyil. Bu cür mənalar əldə edən predmetin ilk dəfə təşkil olunduğu bir vaxtda, biz öz diqqətimizi cəlb etməklə, bir baxışla dərk etdiyimiz hər bir appersepsiyanın qabaqcadan verilmiş predmetlərini başa düşürük və biz dərhal da biz onların mənasını onun qorizontları ilə birgə anlayırıq, belə bir vaxtda hər bir appersepsiya, bizi intensional olaraq hansısa bir ilkin təsisedici aktlara istiqamətləndirir. Ümumiyyətlə deyə bilərik ki, bu dünyanın məlum olmayan şeyləri də, hətta onların növlərinə toxunulduqda məlum şəkil alır. Hərçəndi burada olan bu şeyin özü olmasa da, biz məhz buna bənzər bu kimi şeyləri artıq əvvəllər də görmüşük. Beləliklə, əvvəlcə təşkil edilmiş konkret mənanın yeni hadisəyə köçürülməsi analogiyasına əsaslanan, hər hansı gündəlik təcrübə özünün qabaqcadan xəbər verən qavrayışında predmeti gizlədir. Ortada nə dərəcədə doğruluq olursa, o dərəcədə də köçürülmə həyata keçirilir, üstəlik, mənanın həmin komponenti nəticəsində həqiqi yenilik sonrakı təcrübədə təsdiqlənəcəyi ilə, təsisedici funksiyasını yenidən icra etməsi ilə yanaşı, həmçinin daha zəngin məna əldə etməklə hansısa bir doğruluğu əsaslandıra bilər. Məsələn, artıq şeyləri görüb seçməyə başlayan uşaq, bir dəfə başa düşür ki, qayçının təyinat mənası nədən ibarətdir və o vaxtdan başlayaraq qayçını hər dəfə gördüyü məqamda, dərhal ixtiyarsız olaraq onun təyinatını xatırlayır; lakin əlbətdə, bu geniş təkrar etmə, müqayisə və məntiqi nəticə ilə müşayiət olunmur. Ancaq appersepsiya sonralar da meydana çıxır, öz mənasına və məna qorizontlarına müvafiq olaraq öz genezisinin son dərəcə müxtəlif olan üsullarına yönəlir. Konkret mənaların müxtəlif səviyyələrinə appersepsiyanın müxtəlif səviyyələri uyğundur. Əvvəl axır, biz həmişə appersepsiyanın (ilkin təcrübəyə əsaslanan qavrayış), öz genezisi üzrə xalis birinci düzüm sferasına məxsus, həmin radikal bölgüsünə, həm də məna ilə pay verilmiş alter eqo kimi meydana çıxan və genezis sayəsində daha yüksək səviyyədə bu məna üzərində yeni məna səviyyəsi quran həmin parçalanmasınaə qayıdırıq.
Tərcüməçi: Obaçı
Davamı: https://klv.az/2024/05/15/edmund-husserl-kartezian-dusunceleri-10-11/