Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub

May ayının 15-də tənqidçi- esseist, Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin dosenti Ülvi Babasoyun “Hədəf” nəşrlər evinin dəstəyi ilə çap olunan “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabının təqdimatı və imza günü keçirilib. Departamentin müəllimi fil.ü.f.d. Qardaşxan Əzizxanlı təbdiri giriş sözü ilə açaraq, kitabın üstün məziyyətlərindən danışıb. Sonra kitabın müəllifi çıxış edərək, bu dərs vəsaitini tələbələrinə ithaf etdiyini bildirib, ümumilikdə postmodernizm və onun xüsusiyyətləri haqqında yığcam məlumat verib. Professorlardan Seyfəddin Rzasoy, Bədirxan Əhmədov, departamentin müəllimləri fil.ü.f.d. Zəminə Ziyayeva, fil.ü.f.d. Ramil Əhməd, departamentin magistr məzunu İlknur Əsgərova, BMU-nun müəllimləri Pedaqoji təcrübə şöbəsinin müdiri fizika üzrə f.d. Həzi Qasımov, Azərbaycan dili və pedaqogika kafedrasının baş müəllimi fil.ü.f.d. Rəhman Quliyev, yazarlardan Nərmin Kamal, Şərif Ağayar, Qan Turalı, Səxavət Sahil, Mübariz Örən, “Hədəf” nəşrlər evinin direktoru Səbuhi Şahmursoy, kitabın redaktoru Cavid Qədir bu nəşrin ədəbiyyatşünaslıq elminə dəyərli töhfə olduğunu, mövcud sahədəki boşluğu dolduracağına ümid etdiklərini vurğulayıblar.

Tədbirin sonunda Ü.Babasoy kitablarını imzalayıb.

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Sevinc Qəmbərli. “Çılpaq və yalnız”, yaxud “Göy Adamı ilə mükalimə”

Həyat nə rəngdədir? Buqələmun rəngində, Bəs dadı necədir? Dada bildiyin kimi… 240-cı səhifə… Hər şey eşqlə başladı və əsər bir robot olmaqdan çıxdı, ruh gəldi ona. Məsudun Akidəyə aşiq olduğu həmin o səhnə: “Mənə gəlib çatan səsi gözəldi! Həmişə həyatımdakı qadını ayaqqabısından tanıyacağımı düşünürdüm, amma səsindən tanıyacaqmışam. Gözlərim açıldı və […]