Səfiyyə. Özünü tanımaq

Özünü tanımaq, yoxsa dünyanı? Yoxsa sadəcə maddi dünyada yaşayıb nəfəs almağı seçmək? Və ya hər ikisini tanıyıb özün üçün yaratdığın mükəmməl obraza çatmaq? Ya da ümumiyyətlə, düşünməyi də buraxıb özünü heç bir yerə, heç bir şeyə aid hiss etməmək?

Mən kiməm? Niyə varam? Yaşamaq məqsədim nədir ? kimi suallar da bu qəbilədəndir. “Dəniz niyə mavidir?” sualı qədər absurd, “Dəniz nə üçün var?” sualı qədər də mənalıdır eyni zamanda.

Biz dünyaya gəldiyimiz gündən bəri qarşımıza qoyulan ümdə vəzifələrdən biri və birincisi özümüzü tanımaq, müəyyənləşdirmək olur. Onsuz da yaradılışımızın səbəbi bu deyilmi? O özü də bizə məhz bu imkanı verir: Özünü seçmək və yaşatmaq.

İnsan öz içində böyük dünyadır. Ya da ən böyük dünya insanın özüdür elə. M.Qorkinin də dediyi kimi: “İnsan bütöv bir kainatdır. Özündə bütün dünyanı daşıyan insana olan eşq əbədidir”.

Düşünürəm ki, bu dünya elə insanın özünü axtarıb tapması üçün var. Əgər insan öz dünyasını tapmayıbsa, maddi dünya ilə də bir əlaqəsi yoxdur deməkdir. Bu baxımdan insanın əvvəlcə özünü tanıması, nə istədiyini bilməsi əsasdır. Özünü tanımaq dəyərlərini, öncəliklərini, nəyi sevib-nəyi sevmədiyini, həyat idealogiyasını, əqidəsini tanımaq deməkdir. Özünü tanımaq fərqindəliklərinin fərqində olmaq və nəhayətində öz yerini tutmaqdır.

Belə bir cümlə oxudum: “Dünya sənin ətrafında dolanmır, amma sənin dünyan sənin ətrafında fırlanır”. Bizim dünyamız ona qatdığımız məna, dəyər və gözəlliklər qədər doludur. Onun içini nə qədər boş tutsaq, o qədər mənasız və dəyərsizdir hər şey. O zaman hər kəs öz dünyasına görə məsuliyyət daşıyır deyə bilərik. İnsan bu dünyada öz “mən”ini tanıdığı müddətcə var olur. Əbu Turxan isə əlavə edir: “”Mən”dən uzaqlaşdıqca dünya genişlənir, genişləndikcə seyrəlir və yadlaşır”.

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Əsəd Cahangır. Füzuli ili və Teatr günü - V hissə

Əvvəli: https://klv.az/2024/05/02/esed-cahangir-fuzuli-ili-ve-teatr-gunu-iv-hisse/ Dramaturq   Cavid Zeynallının qanlı-qadalı, absurd repressiya dönəmində çiçək kimi zərif, qaya kimi sərt bir şair xanımının ağlasığmaz faciələrlə dolu taleyindən danışan “Şükriyyə” pyesinin maraq doğruan yönü dramaturq sorunuyla bağlıdır – pyes öz müəllifinin debütüdür və neçə illərdən bəri söz konusu olan, Azərbaycan səhnəsinin az qala sindromuna çevrilən yeni […]