Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında

İtaliyanın populyar “Alidicarta.it” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin italyan dilinə tərcümə edilmiş “Sığmazam” qəzəlinin yayınına başlayıb.

Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan qəzəlin italyan dilinə tərcümə müəllifi – tanınmış tərcüməçi Olqa Mazzinadır.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portal mütəmadi olaraq səhifələrində Dante Aligyeri, Françesko Petrarka, Italo Kalvino, Covanni BokaççoPablo Neruda kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.

aztc.gov.az

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Marina Svetayeva və Anna Axmatovanın şeirləri - Rus poeziyasından yeni tərcümələr

C Mar 8 , 2024
Marina ÇVETAYEVA (1892-1941) – Görkəmli rus şairəsi, nasiri və tərcüməçisi, rus poeziyasında “Gümüş dövr” adlandırılan cərəyanın əsas təmsilçilərindən biri   Qeyd: Ana dilimizdəki bir çox ədəbi mənbələrdə bu şairənin soyadı, nədənsə, yanlışlıqla Svetayeva şəklində yazılır. Qeyd etmək lazımdır ki, rusca “Svet” sözü “işıq” mənasına gəlir. Şairənin soyadı isə “Çvet” və ya “Tsvet” […]