Bahar Zamanıymış avqust ayı da

Bahar Zamanı

***
Üstümə dağ kimi çökdü həsrətin,
Ömrümü burnumdan tökdü həsrətin,
Dedim ki, nə uzun çəkdi həsrətin,
Dözmədim, yol aldım ,
Gəldim… getdim.

Bir şeir oxudum mənə yazılan,
Söz- söz, heca -heca qəbri qazılan,
Mən idim çox olan, səndin azalan,
Nəzmin, nizamın
Bildim… getdim.

İlk daşı kim atdı – əli təmizlər,
Atdıran kim oldu onu deməzlər.
İsa o daşı da sevər, əzizlər,
Üstündə qanım var,
Sildim… getdim.

Bir yara duz umar göynərtisindən,
Qulaq cəhalətin göynər səsindən.
Qurulan ədalət məhkəməsindən
Qərarı oxudum,
Güldüm… getdim.

Bu düzən uyuşmaz dəli ruhuma,
Bu bədən qan verər zəli ruhuma.
Allah, can üfürmə ölü ruhuma,
Sənə çatmaq üçün
Öldüm… getdim…

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Xəyalə Sevil. Səni sevmək istəyirəm, müsaitsən?

*** Bilirdim ki, solub bu gül, Bundan çiçək açan olmaz. Bir ümiddi, Ürəyimdə ehtiyata saxladım, Haçan olar… Haçan olmaz! İndi gecənin yarısı, Qanayır könül yarası. İçimin qoca qarısı Deyinir… “Ondan sənə can olmaz…” Tale necə? Yaşamalı yerdimi? Həsrətimi yanağıma sərdimi? Kimə deyim ürəyimin dərdini? “De”, – deyirsən, “Gəl”, – deyirsən, […]