“B.Pasternak, İ.Brodski: Rus şeirində iki səs, bir əks-səda…” adlı seminar keçirilib

30 aprel 2025-ci il tarixində Xəzər Universitetində Dünya ədəbiyyatı fənni çərçivəsində AYB-nin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, şair, tərcüməçi, esseist Səlim Babullaoğlu “B.Pasternak, İ.Brodski: Rus şeirində iki səs, bir əks-səda…” adlı seminar keçirib.

Dillər və ədəbiyyatlar departamentinin müəllimləri filologiya üzrə fəlsəfə doktorları Ülvi Babasoy və Qardaşxan Əzizxanlının açılış nitqləri ilə başlayan seminar S.Babullaoğlunun B.Pasternak və İ.Brodski poeziyasından nümunələrin təhlilləri ilə müşayiət olunub.

Ü.Babasoy tədbirin qonağı S.Babullaoğlunun ədəbi, ictimai fəaliyyəti haqqında müəllim və tələbə heyətini məlumatlandırıb, onun yaradıcılığındakı ikimərhələli düşünmə modelini xüsusi qeyd edib.

Q.Əzizxanlı seminarın mahiyyəti və əhəmiyyətindən danışıb, S.Babullaoğlunun B.Pasternak və İ.Brodski sənətinə müraciətini bu iki Nobel mükafatçısının onun şair ruhuna yaxınlığı ilə əlaqələndirib.

S.Babullaoğlu əvvəlcə bütövlükdə XX əsr rus poeziyasından, onun ümumi mənzərəsindən söz açıb, sonra B.Pasternak və İ.Brodski yaradıcılığındakı simvolizmə diqqəti çəkib. O, Pasternakın “Hamlet” və “Qış gecəsi” şeirlərini, Brodskinin “Otaqdan çıxmayasan, səhv də buraxmayasan” və “Söyləmişəm həmişə, tale var ha, oyundur” misraları ilə başlayan poetik nümunələrini orijinalda və öz tərcüməsində səsləndirib, bu şeirlərin vizual mahiyyətinə toxunub, onların geniş təhlilini verib. Görkəmli şair, həmçinin poetik əsərlərin tərcümə texnikasından danışıb, şeirdə öz “səs və əks-səda” obrazlı deyiminə izah verib.

Dillər və ədəbiyyatlar departamentinin müəllimləri dosent Xatirə Yusifova və filologiya üzrə fəlsəfə doktoru Almaz Bədəlova oxunan tərcümələrin az qala orijinal qədər təsirli və poetik olduqlarını dilə gətiriblər.

Səlim Babullaoğlu tədbir iştirakçılarının istəyi ilə “Həmin qadına məktub” və “İndi sükut tez-tez kəsir mənim sözümü” misrası ilə başlayan şeirlərini oxuyub, tələbələrin suallarını cavablandırıb.

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Müesser Yeniay. Bətnə dönüş

Müesser Yeniay 1984-cü ildə İzmirdə anadan olub. Ege Universitetinin İngilis Dili və Ədəbiyyatı və Bilkent Universitetinin Türk Ədəbiyyatı fakültəsini bitirib. Müesser Homeros Atilla İlhan (2007), Ali Rıza Ertan (2009) və Enver Gökçe (2013) kimi tanınmış ədəbi mükafatların lauratıdır. “Dibine düşür qaranlıq da”, “Yeniden çəkdim göyü”, “Mən Olmadan Çöllər Vardı” adlı […]