Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2025/02/05/edmund-husserl-kartezian-dusunceleri-10-45/

(davamı)

Məntiqi tədqiqat

II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma

II Fəsil. Mənaverici aktların xarakteristikasına dair

§22. Anlama xarakterində fərq və “tanışlıq keyfiyyətləri”

Bizim konsepsiya, bu məna intensiyalarının əyanilikdən məhrum olduğu həmin hallarda, əlavə xarakter əldə etmiş aktların, hər halda o qədər də mükəmməl olmayan müəyyən fərqləndirmələrini təxmin edir. Həqiqətən də bu cür ehtimal etmək olmazdı ki, başa düşməni özünə tabe etdirən “simvolik təsəvvür”, yaxud, başa düşülmüş işarələrin işlədilməsi deskriptiv olaraq ayrı mənalıdır, belə ki, onlarda bütün ifadələr üçün oxşar xarakter indifferentdir: fərqi, sanki yalnız təkcə sözün səslənməsi, mənanın təsadüfi hissi daşıyıcısı təçkil edir. İkimənalı ifadələ nümunələrində çox asanlıqla əmin olmaq olar ki, biz mənanın qəfl dəyişilməsini başa düşüb həyata keçirə bilərik və burada az da olsa izləyici müşahidəyə ehtiyac duymarıq. Burada açıq-aydın çıxış edən deskriptiv fərq, hissi işarələrə aid ola bilmir, axı bu həm də onun özüdür, o, məhz spesifik dəyişilən aktın xarakterinə aid olmalıdır. Və hər halda, hər ehtimala qarşı, mənanın oxşar olaraq qaldığını göstərmək lazım gəlir, halbuki, məsələn, haradaki idiomatik ifadələrin fərqi mövcuddur, o yerdə söz dəyişir. Hissən müxtəlif işarələr burada bizim üçün qarşımıza eynimənalı kimi çıxır (biz bəzən hətta müxtəlif dillərə məxsus, yalnız “eyni ilə həmin” sözlərdən danışırıq), onlar bilavasitə bizə, hələ repreduktiv fantaziyanın, mənanın əyaniliyi ilə əlaqədar bizə təqdim edə biləcəyi obrazlardan daha tez, “eyni ilə onun kimi” görünürlər.

Bu misallar eyni zamanda, əvvəl məqbul hesab edilən nöqteyi-nəzərin yoxsulluğunu aydın göstərir, belə ki, anlaşılmaya xas olan xarakter (Verstaendnischarakter), əvvəl-axır, Rillin sonradan göstərdiyi “tanışlıq xarakteri” kimi, eləcə də, Qeffdinqin daha qeyri-münasib şəkildə dediyi – “tanışlıq keyfiyyəti” kimi deyil. Hətta başa düşülməyən sözün də bizimlə köhnə tanış kimi əlaqəsi ola bilər; yaxşı əzbərlənmiş qədim yunan şerləri yaddaşda daha çox qalır, nəinki onların mənasının başa düşülməsi, onlar özlərini daha yaxşı tanış kimi və daha çox anlaşılmayan kimi göstərir.

Çatışmayan başa düşmə bizdə daha çox sonradan başlayır (bəzən onları doğma dilə çevirən ifadələrin və ya mənaların digər dayaqlarının gəlib çatmasından xeyli qabaq), həm də tanışlıq xarakterinə, aydın bir şey kimi indi hissi məzmununu dəyişməməklə, ona yeni psixi xarakter verən başa düşmə xarakteri də birləşir. Həmçinin çoxdan tanış olan başa düşülməmiş şerlərin oxunuşunun, yaxud deklamsiyasının sonradan başa düşülməyə necə çevrildiyini də xarırlamaq olardı. Hələ anlama xarakterinin xüsusiyyətini aydın edən nümunələrdən xeyli misallar gətirmək olardı.

      Tərcüməçi: Obaçı

Davamı: https://klv.az/2025/02/19/edmund-husserl-kartezian-dusunceleri-10-47/

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2025/02/12/edmund-husserl-kartezian-dusunceleri-10-46/ (davamı) Məntiqi tədqiqat II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma II Fəsil. Mənaverici aktların xarakteristikasına dair §23. İfadələrdə appersepsiya və əyani təsəvvürlərdə appersepsiya Əlavə məna aktını həyata keçirən (das Bedeuten) başa düşən qavrayış işarəyə, obyektivləşdirilən qavrayışlarla (müxtəlif formalarda həyata keçirilən) – o dərəcədə ki, hər bir qavrayış hansı […]