Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2024/12/04/edmund-husserl-kartezian-dusunceleri-10-38/

Məntiqi tədqiqat

II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma

davamı

13. Məna ilə maddi münasibət arasında əlaqə

Bu misallar bizə ifadənin mənası ilə onun xüsusiyyəti arasındaki fərqin – onlara ad qoyulmasında gah bir, gah da digər predmetə meyl etmə –  doğru müəyyən olunduğunu deməyə imkan verir (və təbii ki, məna və predmet arasında olan fərqin də).

Buna baxmayaraq aydındır ki, hər bir ifadədə fərqləndirilən tərəflərin hər ikisinin arasında əlaqə mövcuddur; yəni, ifadə yalnız onun bildirdiyi şeyin müqabilində predmetliliyə doğru münasibət əldə edir və bu da qaydaya görə belə adlanır: ifadə predmeti özünün mənası vasitəsi ilə göstərir (adlandırır), yaxud, məna aktı münasib predmetin müəyyən fərz etmə üsuludur – yalnız məhz məna ifadə edən fərz etmənin bu üsulu və bu surətlə də, mənanın özü, maddi istiqamətin öxşarlığının qeyd olunması ilə dəyişilə bilər.

Bu əlaqələrin daha dərin fenomenoloji aydınlığına yalnız ifadələrin idraki funksiyalarının və onların məna intensiyalarının araşdırılması vasitəsi ilə nail olmaq olardı. Bununla da aydın olardı ki, hər bir ifadədə fərqlənə bilən iki tərəfin mövcudluğu haqqında müddəanı ciddi qəbul etmək olmaz, nə üçün ki, ifadənin mahiyyəti daha çox, yalnız mənada tamamlanır. Lakin eynilə həmin müşahidələr, nə qədər ki, məhz müxtəlif şəkillərdə başa düşülə bilər və sintetik olaraq başqa müşahidələrlə birləşə bilər, onlar müxtəlif ifadələrin dolğunluğunun həyata keçirilməsini təklif edə bilər. Təfəkkür əlaqələrində və ifadənin dərk edilməsində və onların intensiyalarında məna, gördüyümüz kimi, sadəcə müşahidələrlə deyil (mən daxili və zahiri hiss etmə hadisələrini nəzərdə tuturam), həm də sadə müşahidə obyektlərinin ilk öncə, dərrakəli müəyyənlik və bir-biri ilə əlaqəli obyektlər forması alması sayəsində, intellektual başa düşmənin müxtəlif formaları ilə uyğun məcraya gətirilir. Bə buna müvafiq olaraq da, ifadə, haradaki onlar idraki funksiyalar xaricindədir, o yerdə simvolik intensiyalar kimi, kateqorial olaraq təsdiqlənmiş bütövlüyə işarə edir. Eyni ilə o cür də müşahidənin özünə (ancaq kateqorial şəkildə müxtəlif formalarda mənimsənilmiş) və həmçinin predmetin özünə müxtəlif mənalar aid ola bilər.

Digər tərəfdən, haradaki bir mənaya predmetlərin bütövlükdə hamısının həcmi uyğun gəlir, bu zaman o yerdə bu mənanın mahiyyətində o şeylər cəmlənir ki, onlar qeyri-müəyyən kimi ortaya çıxırlar, yəni onlar mümkün həyata keçirmənin bəzi sferalarına yol verirlər.

Bu ilkin qeydlər kifayətdir; onlar yalnız səhvin qarşısını qabaqcadan almalıdırlar, sanki mənaverici aktlarda olan iki tərəfi ciddi surətdə fərqləndirmək olarmış, hansı ki, bunlardan biri ifadəyə məna verir, digəri isə – ona maddi istiqamətliliyin müəyyənliyini verir [8].

/8/ məzmun, mənanın intendasiya edən məqsədi kimi və ya eləcə məqsəd kimi;

 

    Tərcüməçi: Obaçı

  Davamı: https://klv.az/2024/12/18/edmind-husserl-kartezian-dusunceleri/

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Umud Əzizxanlı. Qətlə fətva verəndən qətlinə fətva verilmiş rejimə çevrilmək

Görünən cəbhənin görünməyən tərəfləri Əsəd rejiminin süqutu region üçün ciddi həyəcan siqnalıdır. Çox ciddi hadisələr baş verəcək. Hələ ki, İran və Rusiyaya “şah!” verildi və İranın “mat” olmasına az qalıb. Mənfi tərəfi isə odur ki, bizim cənub qonşumuzdur, orada olan çevrilişin bizim sərhədlərimizə yansıması necə olacaq və Azərbaycan Respublikasının güc […]