Əvvəli: https://klv.az/2024/11/06/edmund-husserl-kartezian-dusunceleri-10-34/
(davamı)
Məntiqi tədqiqat
II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma
§9. Fiziki hadisələrin ifadəsi, əlavə məna aktı ilə mənanın doluluğunu həyata keçirən akt arasında fenomenoloji fərq
Əgər biz indi spesifik xəbər verməyə məxsus təəssüratlardan uzaqlaşarıqsa və ifadəyə, onun monoloji nitqlərdə və təmaslarda eyni şəkildə işləyib işləməməsinin ona məxsus olan həmin fərqləri aspektindən yanaşarıqsa, onda, belə görünür ki, həmin ikili xarakter qalır: ifadənin özü və öz mənası (öz əhəmiyyəti) kimi onun ifadə etdiyi şeylər.
Bununla belə, burada müxtəlif münaibətlər və müvafiq olaraq, qeyri-bərabər əhəmiyyətli mənadan və ifadədən bəhs edən nitqlər dolaşdırılır. Əgər biz xalis deskripsiya zəminində dayansaq, onda ifadənin mənası ilə edilən konkret fenomenlər, bir tərəfdən, özünün fiziki tərəfinə müvafiq konstruksiyalaşan ifadənin fiziki fenomenlərinə, digər tərəfdən isə, ona məna və bəzən də onda ifadə olunmuş predmetliliyə münasibətdə konstruksiyalaşmış müşahidəçi doluluğu verən aktlara bölünür. Bu sonuncu aktlar sayəsində, ifadə nə isə daha çox şey deməkdir, nəinki sözün adi səsləşməsi. O nə isə bir şeyi güman edir (meint), həm də bu nə isə bir şeyi ona görə güman edir ki, o maddi olana aiddir. Bu maddi olan ya aktual mövcud olan kimi (müşahidələrin izləməsi sayəsində), ya da ən azı surəti çıxarılmış kimi (məsələn, fantaziya şəklində) ola bilər. Haradaki bu baş verir, orada maddi olana münasibət reallaşdırılır. Yaxud da bu baş vermir, ifadə şüurlu surətdə fəaliyyət göstərir, o hər halda yenə də sözün mənasız səsləşməsindən daha çox şey deməkdir, hərçəndi, ona, ona predmet verən möhkəmləndirici müşahidə kifayət etmir. Bir halda ki, münasibət mənanın sadə intensiyasında tamamlanır, ifadənin predmetə münasibəti hazırda reallaşdırılmamış qalır. Məsələn, ad, bütün şəraitlərdə öz predmetini çağırır, yəni o bunu güman etdiyi (meint) qədər. Bununla belə, əgər predmet passiv olaraq meydanda deyilsə və bununla bərabər ad verilmiş kimi (yəni qərarlaşdırılmış kimi) meydanda deyilsə, bu sadə gümanlar kimi qalır. İlkin olaraq özünü mənanın əsassız intensiyası ilə həyata keçirdikcə, maddi münasibətlər reallaşır, adlandırma, ad və adlandırılmış arasında dərk olunmuş münasibət şəklini alır.
Əgər biz bu fundamental fərqləndirmənin əsasına xəyalən əhəmiyyətsiz və intensiya ilə doldurulmuş məna qoysaq, onda ifadə hadisələri sözün səsləşməsi kimi həyata keçirilən, hissi aktların məhdudlaşdırılmasından sonra, daha iki aktı və ya aktın iki növünü fərqləndirmək lazım gəlir: bir tərəfdən, nə qədər ki, hələ o ümumiyyətlə, yəni sözün səsləşməsi ilə mənalandırılan ifadə olmalıdır, ifadə üçün əhəmiyyətı olan həmin aktlar.
Bu aktları biz məna verən , yaxud da habelə mənaya intensiya verən aktlar adlandırırıq. Digər tərəfdən, həmin aktlar ki, hərçəndi onlar özlüyündə ifadə üçün əhəmiyyəti olmasa da, əvəzində onunla məntiqi olaraq fundamental əlaqədə olurlar, xüsusən də, onlar az və ya çox dərəcə mütənasiblikdə onun məna intensiyasının doluluğunu həyata keçirirlər (təsdiq edir, gücləndirir, illustrsiya edirlər) və bununla yanaşı məhz onun maddi münasibətlərini aktuallaşdırırlar. Dərketmədə və doluluğun həyata keçirilməsində əlavə məna aktları ilə bir yerə birləşdirilən bu aktları, biz mənanın doluluğunu həyata keçirən aktlar adlandırırıq. “Mənanın doluluğunun həyata keçirilməsi” (Bedeutungserfüllung) kimi qısaldılmış ifadəni biz yalnız o vaxt işlədə bilərik ki, bu zaman məna intensiyasının həyata keçirilməsini korrelyativ aktlarda tapan bütün təəssüratların bütövlükdə təbii qarışması istisna edilir. Reallaşdırılmış münasibətlərdə ifadə, mənalı edilmiş ifadənin mənasının doluluğunu həyata keçirən aktlarla ozünün predmetliliyinə[5] birləşir. Sözün səsləşməsi əvvəlcə mənanın intensiyası ilə, sonda isə müvafiq olaraq mənanın doluluğunun həyata keçirilməsi ilə birləşir (ümumiyyətlə intensiya özünün doluluğunun həyata keçirilməsi ilə necə birləşirsə, eyni ilə o cür). Ümumiyyətlə nə vaxt ki, ifadə haqqında danışırlar (Ausdruck schlechthin), bu zaman söhbət heç də “adi” ifadədən getmir, bu vaxt bir qayda olaraq mənalı edilmiş ifadə nəzərdə tutulur. Belə ki, əslində, ifadə öz mənasını (intensiyasını) ifadə edir demək olmaz (necə ki, bu tez-tez baş verir). İfadə aktı barəsində başqa cürə, daha münasib formada danışmaq olardı: doluluğu həyata keçirən aktlar, tam ifadələrdə ifadə olunmuş aktlar kimi ortaya çıxır; məsələn, mülahizələrdən danışılan zaman, o sanki qavrayışa, yaxud təsəvvürə ifadə verir.
Onu çətin demək olar ki, əlavə məna aktları kimi, eləcə də doluluğun həyata keçirilmə aktları da, danışıq-xəbər hadisələrində xəbər verməyə aid ola bilsin. Birinci aktlar hətta xəbər vermənin ən mühüm nüvəsini təşkil edir. Məhz bu aktlar haqqında qulaq asanın bilməsi üçün – ilk öncə burada xəbər intensiyasının marağı olmalıdır; təkcə ona görə ki, qulaq asan onları danışana əmanət edir, bu onu anlayır.
Tərcüməçi: Obaçı
Davamı: https://klv.az/2024/11/20/edmund-husserl-kartezian-dusunceleri-10-36/