Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2024/09/04/edmund-husserl-kartezian-dusunceleri-10-25/

Məntiqi tədqiqat

II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma

Giriş

(davamı)

§5. Yaxın analitik araşdırmaların əsas məqsədlərinin qeyd edilməsi

Bununla əlaqədar biz, xalis və formal məntiq üçün konstitutiv olan ideyaların aydınlaşdırılması üçün analitik araşdırmalar seriyasına başlayırıq, ilk öncə də, “ifadələrdən” və uyğun olaraq “mənalardan” danışarkən nitqi zənginləşdirən ekvivasiyalarla, təəssüratların empirik səlisliyindən çıxış etməklə, müvafiq formalar haqqında xalis-məntiqi təlimlə bağlı “ifadə” terminlərində nəzərdə tutulan şeylərin qeyd edilməsinə səy göstərırık; fenomenoloji və ya məntiqi olub-olmamasından asılı olmayaraq, biz ifadələrə aprior məxsus olan əsas fərqləndirmələrin necəliyini araşdıracağıq; sonra da, əgər ilk öncə ifadələrin fenomenoloji tərəfi üzərində dayansaq, onda məsələ, təəssüratların, yəni mənaların əlavə funksiyalarını aprior qabiliyyətlə yerinə yetirən təəssüratların – onların hansı xalis nəslə məxsus olduğunu mahiyyət əsasında təsvir edilməsindən ibarət olur; belə ki, müvafiq müşahidələrlə həyata keçirilən “təsəvvür aktları” (Vorstellen) və “mühakimə aktları” onların daxilində necə əlaqələndirilir, müşahidənin hansı formasında onlar əyaniliyə gətirilir, bəzən “gücləndirilir” və “doldurulur”, onların aşkarlığı necə üzə çıxarılır və s. Asanlıqla görmək olar ki, bu surətlə orientasiya olunmuş araşdırmalar, əsas anlayışların, məntiqi kateqoriyaların aydınlaşdırılmasına istiqamətlənən bütün şeyləri qabaqlamalıdır. Həmçinin araşdırmaların bu giriş seriyasına eyni zamanda, müvafiq olaraq, məntiqdə “təsəvvürlər” adı altında nəzərdən keçirilən aktlar haqqında, ideal mənalar haqqında məsələlər də aiddir. “Təsəvvür” sözünə aid edilə bilən, xeyli, son dərəcə dolaşdırılmış psixologiyanın, idrak nəzəriyyəsinin və məntiq anlayışının məhdudlaşdırılması və aydınlaşdırılması mühüm məsələlər kimi ortaya çıxır.

Buna bənzər təhlil həm də müzakirə aktları (des Urteilens) anlayışına da istiqamətlənir, üstəlik o mənada anlayışına ki, o burada məntiqdə nəzərdən keçirilir. Lakin, öz əsasında və özünün əsaslı problematikasına müvafiq “təsəvvür nəzəriyyəsi” olan və “mühakimə nəzəriyyəsi ” adlanan məhfum da buna istiqamətlənmlidir.

Əlbəttə, söhbət bununla belə, heç də müəyyən psixoloji nəzəriyyələrdən deyil, öz sərhədlərini idrakın tənqidi vasitəsi ilə üzə çıxaran təəssüratların təsəvvür və mühakimələrinin fenimenologiyasından gedir.

İfadə olunmuş təəssüratların xüsusi mahiyyətli məzmununda olduğu kimi, eləcə də onların intensional məzmunu, onların predmetli intensiyasının ideal mənası, yəni mənanın vəhdəti və predmetin vəhdəti də, daha müfəssəl araşdırma tələb edir. Hər şeydən öncə, əvvəlcə, bu müəmmalı faktların qarşılıqlı əlaqələri araşdırma tələb edir, həmin təəssüratların özü də məzmuna, bir növ necə ikili mənada malik ola bilirsə və olmalıdırsa – bunun kimi də onun xüsusi, daxilən real məzmunu ilə yanaşı olaraq, ona ideal, intensional məzmun da xas ola bilər və olmalıdır.

Araşdırmaların bu istiqamətliliyinə məntiqi aktların “maddililiyi” və ya “məzmunsuzluğu” haqqında, intensional və həqiqi predmetlərin fərqləndirilməsinin mənası haqqında, həqiqət ideyalarının və onların mühakimə aşkarlığı ideyalarına münasibətlərinin aydınlaşdırılması, həm də bunlara bərabər şəkildə, daxilən öz aralarında əlaqəli olan, digər məntiqi və noetik kateqoriyaların aydınlaşdırılması haqqında məsələlər aiddir. Əlbəttə, nə qədər ki, bu statusa iddialı olan məntiqi formaların qəbul edilməsi və ya qəbul edilməməsi məsələləri, formalaşan kateqorial anlayışların aydınlaşdırılmasının köməyi ilə həll olunur, bu araşdırmalar məntiqi formaların konstruksiyalaşmasının araşdırılması ilə qismən üst-üstə düşür.

Bunda müəyyən dərəcəyə qədər sonrakı araşdırmalara istiqamətlənən problemlər dairəsi göstərilir. Buna baxmayaraq, onlar heç bir halda bütövlüyə iddia etmirlər. Onlarda məntiqi sistemlər deyil, aydınlaşdırılması fenomenologiyanın ilkin mənbələrindən irəli gələn fəlsəfi məntiqin qabaqcadan işlənilməsi təklif olunur. Və təbii ki, analitik araşdırmaların yolları, məntiqi nizamlanmış sistemdə tam əldə olunmuş həqiqətin izahını tamamlayan yollardan başqadır.

Paraqraf 6. Əlavələr

Əlavə 1. Məntiqi ideyaların aşkarlığının əldə edilməsi üçün, bilavasitə aydınlaşdırılması üçün, həqiqətən öyrənilməsi tələb olunan göstərilmiş əlavələr, bizi tez-tez fenomenoloji sferanın dar çərçivəsi kənarında gəzdirir. Axı bu sfera məhz lap başlanğıcdan verilmir, həm də sərhəddi yalnız araşdırmaların gedişində əldə edir. Eyni zamanda, tədqiqat dairəsinin genişləndirilməsi üçün onların arasında həqiqi məntiqi anlayışların üzə çıxarılmasında və məntiqi terminlərin anlaşılmasında aydınlıq əldə etmədən, qarışdırılmış xeyli dumanlı anlayışların məhdudlaşdırılması tələb olunur.

Əlavə 2. Məntiqin fenomenoloji əsaslandırılması, demək olar ki, onun istiqamətləndiyi, onun şərhin özündə qəbul etməli olduğu aydınlaşmada, butun anlayışların rastlaşdığı həmin çətinliklərlə mübarizə aparır. Bu əlaqələrdə, sadəcə fenomenoloji (və eyni zamanda nəzəri-idraki) fundamental araşdırmaların sistematik ardıcıllıqla aradan qaldırıla bilmədiyi müəyyən çatışmamazlıqlar mövcuddur. Əgər təfəkkür bizim üçün ilk növbədə aydınlaşması tələb olunan şeyləri tələb edirsə, onda aydınlaşdırılan ifadələrin özündə şübhəli anlayışların və terminlərin qeyri-tənqidi işlədilməsi yol verilməzdir. Lakin qabaqcadan gözləmək lazım gəlmir ki, müvafiq anlayışların tənqidi təhlili yalnız o vaxt zəruri olardı ki, bu zaman məntiqi materiyanın maddi əlaqələri bu anlayışlara gətirib çıxaraydı. Başqa sözlə, əgər bu onun özündə və onun özü üçün nəzərdən keçirilərsə, bu vaxt xalis məntiqin sistematik aydınlaşdırılması, eyni ilə hər hansı digər fənlər kimi, addımbaşı aydınlaşma tələb edən elmlərin sistemli qaydada izlənilməsini iddia edərdi.

Lakin bizim nümunədə, tədqiqatın xüsusi döğruluğu onu tələb edir ki, bu sistematik qayda daim pozulsun, anlaşılan qeyri-müəyyənlik aradan qaldırılsın, belə ki, bu, şeylərin təbii ardıcıllığını bu anlayışlara gətirib çıxarmazdan əvvəl, araşdırmanın özünün gedişini təhlükəyə məruz qoyardı. Araşdırma bir növ əyri-üyry yollarla irəliləyir, həm də bu müqayisə o şeyə daha yaxşı uyğun gəlir ki, dərketmə sferasında müxtəlif anlayışların daxili asılılığı sayəsində hər şeyin bir daha təkrar-təkrar ilkin təhlilinə qayıtması və bu anlayışları yeni anlayışlarda, həmçinin yeni kimi köhnələrdə bir daha sınaqdan keçirməsi lazım gəlir.

Əlavə 3. Əgər fenomenologiya bizim dediyimiz mənalarda başa düşülmüşsə, onda, deskriptiv psixologiya kimi, onun genişləndirilmiş təfsiri zamanı tam gücə malik olan etiraz, artıq doğru deyil: bütün idrak nəzəriyyəsi dərketmənin sistematik fenomenoloji aydınlaşdırılnası kimi psixologiya üzərində qurulmalıdır. Buna görə də, xalis məntiq, xüsusən də, öz aydınlığını idrak nəzəriyyəsində əldə edən, eləcə də bizim fəlsəfi fənn kimi ifadə etdiyimiz məntiq psixologiyaya əsaslanmalı idi. Bu zaman psixologizm ilə belə bir ciddi polemika nəyə lazım idi?

Təbii ki, cavab belədir: əgər psixologiya sözü öz köhnə mənasını saxlayarsa, onda məhz fenomenologiya deskriptiv psixologiya kimi ortaya çıxmır. Ona məxsus “xalis” deskripsiya – yəni, ayrı-ayrı müşahidələr üçün səciyyəvi olan təəssüratlar əsasında (exemplarische Einzelanschauung von Erlebnissen) (hətta sərbəst fantaziya ilə uydurulmuş olsa da) həyata keçirilən mahiyyətli müşahidə və xalis anlayışların mahiyyətində müşahidə edilən deskriptiv fiksasiya – empirik deskripsiya deyil, əksinə, o bütün emirik (naturalist) appersepsiyaların və fərziyyələrin təbii həyata keçirilməsini istisna edir. Qavrayış, mühakimə, duyğu, iradə və s. haqqında deskriptiv-psixoloji müəyyən etmə, uydurulmuş təbiət haqqında deyil, təbii və gerçək proseslərə dair, öz-özünə aydın olan fiziki vəziyyət barəsində deskriptiv müəyyən etməni necə həyata keçirirsə, eyni ilə bu cür də təbii gerçəkliyə məxsus canlandırılmış mahiyyətlərin göstərilən real vəziyyətlərini açır.

Burada hər bir ümumi vəziyyət, təbiətə münasibətdə gücə malik empirik universallığın xarakterini əldə edir. Lakin, fenomenologiya hansısa bir canlandırılmış təbiətin vəziyətindən danışmır (və hətta, ümumiyyətlə bəzi mümkün təbiətin vəziyyətindən), o, özlüyündə, onlara şərtsiz ümumiliklə apriori xas olan, qavrayışlardan, mühakimələrdən, duyğulardan və s. danışır, məhz ondan danışır ki, xalis nadirlik kimi xalis növlərə, yalnız “mahiyyətlərin” (mahiyyətin növləri və üsulları) xalis intuitiv başa düşülməsi əsasında göz yetirmək olar: ideativ ümumilikdə xalis müşahidə əsasında, tamamilə buna oxşar xalis arifmetikanın rəqəmlər haqında, həndəsənin – məkan formaları haqqında danışdığı kimi. Buna görə də, xalis-məntiqi ( eləcə də hər hansı bir nəzəri-idraki ) aydınlaşdıran təhlilin fundamenti psixologiya deyil, fenomenologiyadır. Eyni zamanda o, hərçəndi tamamilə başqa funksiyada olsa da, hər hansı psixologiyanın zəruri fundamentidir, hansı ki, doğru olaraq özünü, buna bənzər xalis riyaziyyat kimi, ciddi elmi adlandıra bilərdi, məsələn, məkan və hərəkət haqqında xalis təlim, hər hansı dəqiq təbiət elminin zəruri fundamentini təşkil edir (empirik şeylərin, onların empirik formalarının, hərəkətlərinin və s. təbiəti haqqında təlim). Qavrayışın, iradənin və təəssüratların hər hansı digər formalarının mahiyyətinin başa düşülməsi, əlbəttə, canlandırılmış mahiyyətlərin müvafiq empirik vəziyyətləri üçün də əhəmiyyətlidir, necə ki, həndəsi intuisiya təbiətin məkan formaları üçün əhəmiyyətlidir.

______________________

В A: Fenomenologiya – bu deskriptiv psixologiyadır. Buna görə də, idrakın tənqidi mahiyyətcə psixologiyadır və ya hər halda psixologiya üzərundə qurulmalıdır. Nəticə ehtibarı ilə, xalis məntiq də həmçinin psixologiyaya əsaslanır – onda psixologizm ilə bütün mübahisə nəyə görədir?

Xalis məntiqin bu cür psixoloji, yəni ciddi deskriptiv əsaslandırılmasının zəruriliyi, bizi hər iki elmin, məntiq və psixologiyanın qarşılıqlı müstəqilliyi haqqında yanlışıqlığa aparmamalıdır.

   Tərcüməçi: Obaçı

Davamı: https://klv.az/2024/09/18/edmund-husserl-kartezian-dusunceleri-10-27/

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Həcər Atakişiyeva. “Ədirnə fəthi” əsərində Türk xalqının milli azadlıq mübarizəsi

Ç Sen 11 , 2024
Azərbaycan dramaturgiyasının istеdadlı, böyük sənətkarı, Azərbaycan ədəbiyyatının klassiki, görkəmli dramaturq, nasir, şair, ictimai xadim Cəfər Cabbarlının yaradıcılığındakı çoxşaxəlilikdə onun pyeslərinin rolu danılmazdır. Ədibin müstəqillik dövrünün elmi düşüncəsi ilə qələmə aldığı “Ulduz” və “Ədirnə fəthi” əsərləri onun türkçülük ideyalarını yüksək səviyyədə estetik cəhətdən təcəssüm etdirir. Dramaturq “Ədirnə fəthi” əsərində islam xalqlarının […]