Əvvəli: https://klv.az/2024/07/17/edmund-husserl-kartezian-dusunceleri-10-18/
(davamı)
Düşüncə V. TRANSSENDENTAL VARLIQ SFERASININ AÇILMASI MONADOLOJİ İNTERSUBYEKTİVLİK KİMİ
§ 61. “Psixoloji genezisin” ənənəvi problemləri və onların fenomenologiyada aydınlaşdırılması
Biz insan və heyvanın əhatə dünyasında, psixofiziki, fizioloji və psixoloji genezisin məlum təbii elmi problematikası ilə rastlaşırıq. Ona mənəvi genezis problemi də daxildir. O bizə uşağın inkişafı üzrə, hər bir uşağın özü üçün qurmalı olduğu dünya haqqında təsəvvürlərin gedişi zamanı da məlum olur. Apperseptiv sistem, hansı ki, dünya həmişə ona öncədən verilir və onda gerçək və mümkün təcrübənin hökmranlığı kimi mövcud olur, əvvəlcə onun ruhi inkişafının gedişində konstruksiyalaşmalıdır. Obyektiv desək, uşaq dünyaya gəlir; bu zaman o özünün ruhi həyatının başlanğıcına necə yaxınıaşır?
Bu psixofiziki dünyayagəlmə cismani fərdi inkişaf və filogenez probleminə gətirib çıxarır və öz növbəsində, psixoloji filogenezlə özünün paralelliyinı əldə edir. Nə qədər ki, insanlar və heyvanlar psixi yanaşmada özlərində monadaların özü özünə obyektivləşməsini təmsil edirlər, bu transsendental mütləq monadaların qarşılıqlı əlaqələrinin uyğunluğuna işarə etmirmi? Bütün bunlarda konstitutiv fenomenologiyanın transsendental fəlsəfə kimi ən ciddi mahiyyətə malik problemləri görünmürmü? Hər ehtimala qarşı aparılan fenomenoloji işin gedişində, genetik problemlər, həm də ilk öncə, birincilərə aid həmin problemlər, artıq kifayət qədər geniş şəkildə, ən fundamental səviyyələrdə nəzərdən keçirilmişdir. Bu fundamental səviyyələrdən biri, əlbəttə ki, onun ilkinqaydalı xüsusi mahiyyəti ilə birlikdə mənim eqomun səviyyəsidir.
Ona zamanın daxili dərkinin quruluşu və bütövlükdə assossasiyaların fenomenoloji nəzəriyyələri aiddir; ilkin intuitiv özü özünə izahlarla mənim ilkinqaydalı eqom nə əldə edirsə, mahiyyətli səbəblər üzündən dərhal da hər biri digər eqolara ötürülür. Əlbəttə, bununla hələ döğumun, ölümün və canlı məxluqların nəsilləri arasında olan qarşılıqlı əlaqələrinin, yuxarıda göstərilən generativ problemlərinə toxunulmur. Şübhəsiz, bu problemlər daha yüksək meyarlara aiddir və izah etmələrin aşağı səviyyələri üzrə o qədər geniş işi nəzərdə tutur ki, bunlar hələ xeyli müddət cari məsələlər cərgəsinə qoyulmayacaq.
Ancaq hər halda yenə də işlənilən sferada, bizi fəlsəfi ənənələrlə əlaqələrə daha çox yaxınlaşdıran geniş problemli (həm statik, həm də genetik problemləri özündə birləşdirən) sahələri dəqiq göstərmək lazım gəlir. Bizim tərəfimizdən “başqasının” təcrübəsinə və obyektiv dünyanın quruluşuna münasibətdə, bir-birinə bağlı aparılan intensionaıl aydınlaşdırmalar, əvvəlcə bizim transsendental quruluşda bizə ilkinqaydalı sferanın struktur diferensasiyası əsasında verilən zəmin üzərində həyata keçirilmiş olur. O bizim üçün, sonuncunun mənim xüsusi sferamın məzmununa, immanent transsendentlik dünyasına həmin özünəməxsus ilkinqaydalı reduksiya sayəsində, fenomen olaraq götürülmüş konkret dünyadan törəməklə, keçilə bilən oldu. Bu dünya, həmçinin müvafiq şəkildə reduksiya olunmuş psixofiziki insanı da (onun puhu ilə birgə) daxil edərək mənim xalis duyğularım sayəsində mənim özümə məxsus təbiətə reduksiya olunmaqla bütün təbiəti özünə birləşdirdi. O ki qaldı təbitə, bu vaxt ona təkcə görünənlər, toxunmaqla hiss olunanlar deyil, həm də, məkan və zamanın universal formaları ilə yanaşı, kauzal xassələrin substratı kimi artıq mükəmməllik əldə etmiş şeylər də daxil oldular.
Obyektiv dünyanın varlıq mənasının konstitutiv aydınıaşdırılması üçün birinci problem, görünür ki, ilk öncə, bu ilkinqaydalı təbiətlərin və ruhi-cismani birliklərin mənşəyinin, habelə onların immanenet transsendentlik olaraq konstruksiyalaşmasının aydınlaşdırılması olacaqdır. Belə bir aydınlaşmanın həyata keçirilməsi son dərəcə geniş araşdırma tələb edir. Burada bizə son yüzillikdə ən görkəmli fizioloqlar və psixoloqlar tərəfindən məkan, zaman və şeylər haqqında təsəvvürlərin dəfələrlə müzakirə olunmuş psixoloji genezisinin problemlərini yenidən xatırlamaq lazım gəlir. Məsələ hələ bu problemlərin gerçək aydınlaşdırılmasına qədər gəlib çatmamışdır, hərçəndi onun böyük layihələri öz üzərində, onların görkəmli təşəbbüskarlarının möhürünü daşıyır. Əgər biz indi bizim tərəfimizdən məhdudlaşdırılmış və fenomenoloji ierarxiyaya daxil edilmiş problematikaya qayıtsaq, onda aydın olar ki, Yeni dövrün bütün psixologiyası, dərketmə nəzəriyyəsinin özü kimi, necə psixolojidə, eləcə də, transsendental planda, xüsusən də, intensional izah etmənin statik və genetik problemləri kimi qarşıya qoyulmalı olan, həmin problemlərin həqiqi mənasını hələ başa düşməmişdir. Bəli bu heç, hətta psixi problemlər haqqında Brentanonun təlimini intensional təəssüratlar kimi qəbul edən həmin kəslər üçün də mümkün deyildi. Özlüyündə noetik və noematik planda şüurla üzə çıxarılan məsələlərin bütün məcmusunun və intensional təhlilin, hətta prinsipial olaraq onların həlli üçün tələb olunan həmin yeni metodların başa düşülmə xüsusiyyəti yox idi. “Məkan, zaman və şeylər haqqında təsəvvürlərin psixoloji genezisi” problemləri üzrə hər hansı fizika və ya fiziologiya, yaxud da məlum elm kimi xarici induktiv sferada işləyən hər hansı eksperimental və ya qeyri-eksperimental psixologiya bizə heç nə deyə bilmir. Artıq bizə yolgöstərici istiqamət olaraq verilən (yaxud, əsasən də, eksperimentin köməyi ilə qabaqcadan verilə bilən) və həm də yalnız intensional metodlara uyğun olaraq və psixi quruluşların universal qarşılıqlı əlaqəsində indi araşdırılmalı olan bu problemlər müstəsna olaraq fenomenlərin intensional quruluşuna aiddir.
Məhz burada, mənim eqomu mənim özümə məxsus olan şeylərə və həm də mənə görə “başqasına” aid olan şeylərə münasibətdə izah edən həmin quruluşların vahid sistematik qarşılıqlı əlaqə nümunələrində kifayət qədər aydın görünən, hansı universallıq nəzərdə tutulur.
Fenomenologiya psixologiya sahəsində də həmçinin prinsipial yaranışların zəruriliyinə işarə edir. Buna müvafiq olaraq onun araşdırılmasının xeyli böyük hissəsi aprior və xalis (yəni bütün psixofiziki olanlardan azad edilmiş) intensional psixologiyaya aiddir. Bu həmin psixologiyadır ki, ona münasibətdə biz artıq göstərmişdik ki, təbii qurulmanın transsendental qurulmaya dəyişməsi sayəsində, o “kopernik çevrilişi” üçün açıq olur, hansı ki, nəticədə o dünyaya mütləq radikal transsendental baxışın yeni mənasını əldə edir və bu mənanı fenomenologiya çərçivəsində aparılan hər cür psixoloji təhlildə təcəssüm etdirir. Bu cür təhlillərin transsendental fəlsəfədə tətbiq edilməsinə və hətta onların transsendental metafizika çərçivəsinə yerləşdirilməsinə yalnız bu yeni məna imkan verir. Məhz, bütün Yeni dövr ərzində fəlsəfəni yanlış yola çəkən və iflic edən transsendental psixologizmin aradan qaldırılması və son dəfə aydınlaşdırılması burada həyata keçirilir. İndi, bütün yuxarıda deyilənlərdən belə görünür ki, ümumiyyətlə hansısa ruhun xüsusi mahiyyətli sferasının konkret məzmununun intensional izah edilməsi, və həm də “başqasının” bu sferada konstruksiyalaşan intensionallığının izah edilməsi kimi, həmin eydetik psixologiya sahəsində parallel araşdırılmalara bölünməsi, transsendental fenomenologiya üçün necə, ona paralel olan intensional psixologiya (pozitiv elmlər kimi) üçün də eləcə, hansısa fundamental quruluşun cizgilərini verir.
Birinci tədqiqat sferasına dünya haqqında təsəvvürlərin intensional izahının əsas və mühüm hissəsi, daha dəqiq desək, universal təcrübi dünya kimi, mövcud dünyanın insan ruhunun fenomenində meydana çıxan hissəsi aiddir. Əgər ilkinqaydalı şəkildə ayrı-ayrı ruhlarda konstruksiyalaşmış bu təcrübi dünya dünyaya reduksiya edirsə, onda o artıq, daha hər kəsə məxsus olan və öz mənasını bütövlükdə bütün insan cəmiyyəti təcrübəsindən əldə edən dünya deyil, o yalnız, ayrı-ayrı ruhlarda, ilk növbədə, həmin mənalarla birgə mənim özümün həyati təcrübəmdə axan və ilkinqaydalı əzəliliklə bu təcrübə prosesinin müxtəlif səviyyələrində yaradılan təcrübi həyatın intensional korrelyatıdır. İntensional tədqiqatların gedişində, bunun arxası ilə, fenomenal dünyanın bu ilkinqaydalı mahiyyətinin necə konstruksiyalaşdığını aydınlaşdırmaq lazımdır, belə ki, bunu biz insanlardan hər biri, ilk növbədə, hər bir psixoloq, “başqasının” sferasına məxsus, əvvəl istisna edilən məna momentlərinin təsviri sayəsində əldə edə bilər.
Əgər bu ilkinqaydalı dünyada, onda psixofiziki vücud kimi reduksiya olunmuş halda meydana çıxan insan MƏN-indən təcrid olunarıqsa, bu zaman ilkin qaydalı təbiət ancaq, yalnız mənim xüsusi duyğularımla əlaqələndirilmiş təbiət kimi qalar. Xəyali şeylərin, yaxud ona qatları (görünən şeylər, hiss olunan çeylər və s) və onların sintetik birlikləri ilə məxsus olan hissi şeylərin genezis problemləri, burada təcrübi dünyanın psixoloji genezisinin ilkin problemləri kimi irəli çıxır. Bu şey təzahür üsullarının hissi birliyi və onların sintezi kimi (həmişə də bu ilkinqaydalı reduksiya çərçivəsində) təmiz verilir. Xəyali şey özünün qarşılıqlı sintetik əlaqələrinin modifikasiyasında, yaxında və ya uzaqda olan şey kimi, hələ ilkinqaydalı psixi sferada real şey deyildir, real şey burada artıq kauzal şey kimi, kauzal xassələrin öxşar substratı (substansiya) kimi daha yüksək səviyyədə konstruksiyalaşır. Substansionallıq və kauzallıq, şübhəsiz, daha yüksək səviyyəli konstitutiv problemlərə aiddir.
Hissi şeylərin və onun üçün fundamental əhəmiyyətli məkanın və zamani-məkanın quruluş problemi elə indicə qeyd olunan problematikaya aiddir, belə ki, bu problem şey hadisələrinin sintetik qarşılıqlı əlaqələrini yalnız deskriptiv olaraq araşdırır, özü də ancaq bir tərəfdən; əks tərəfi isə, canlı cisimlə funksiyalaşan hadisələrin intensional əlaqələrini təşkil edir, bu da öz növbəsində, özünün xüsusi quruluşuna və ona məxsus hadisələrin konstitutiv sistemlərinin fərqləndirici xüsusiyətlərinə münasibətdə təsvir edilməlidir.
Araşdırmaların belə bir gedişi ilə qaşımızda, hətta əgər, reallıqlar dünyası kimi, ilkinqaydalı dünyanın quruluşu və onunla əlaqəli, bu dünyaya məxsus kimi, mühüm problem olan məkanlılığın və zamanlılığın quruluşu ciddi surətdə diqqətə layiq olsa da, bununla belə, deskriptiv izah etmənin sistematik olaraq işlənib hazırlanması lazım gələn yeni-yeni problemləri meydana çıxır. Məlum olduğu kimi, artıq bu eyni zamanda xalis təbiətin mükəmməl fenomenologiyasının fundamental səviyyəsinə aiddir, hansı ki, hələ konkret dünyadan çox uzaqdır.
Psixologiyaya münasibət, bizdə bölgünü ilkinqaydalı olan və bununla belə, yalnız səthi olsa da, xalis psixoloji sferada “başqası kimi konstruksiyalaşan həmin şeylər arasında aparmağa, habelə ilkinqaydalı və obyektiv təbiətin problematikasını psixoloji problematika kimi öncədən layihələşdirməyə maraq oyandırdı.
Əgər biz bir daha transsendental quruluşa qayıtsaq, onda bizim məkan və s-in haqqında təsəvvürlərin psixoloji genezisi ilə əlaqəli problematikaların ilkin xülasəsi, öz növbəsində, parallel transsendental-fenomenoloji problemlərin, xüsusən də, ilkinqaydalı təbiətin və ümumiyyətlə dünyanın konkret izah edilmə problemlərinin ilkin xülasəsi üçün əsas olacaq, – bunun da sayəsində bizim əvvəllər transsendental fenomen kimi dünya quruluşu problematikasında qeyd etdiyimiz xeyli qusur icra ediləcək.
Bütöv bir intizam təşkil edən, ilkinqaydalı dünya ilə əlaqəli araşdırma komplekslərinin, son dərəcə geniş şəkildə göstərilməsi üçün, biz həmçinin, ağlın tənqidi ilə zaman və məkana dair, bu səbəbdən gətirdiyi arqumentlər şübhə döğurmadığı üçün Kantdan götürülmüş “transsendental estetika” anlayışından kifayət qədər genişləndirilmiş mənada istifadə edə bilərik, hərçəndi son dərəcə məhdud və aydınlaşdırılmamış şəkildə olsa da, o konstitutiv problematikaya birləşdirilməsi yolu ilə özünün transsendental-fenomenoloji tamamlığını tələb edən ilkinqaydalı təbiətinin xalis hissi müşahidələri ilə konkret aprioriliyə qədər genişləndirilmiş formada verilməsi sayəsində, özünün hissi müşahidələrinin noematik apriorluğun, yəni özünün obyektiv dünyasını və onun çeşidliliyini konstruksiyalaşdıran apriorluğun (yüksək səviyyədə isə – aktların idealizasiyasının və nəzəriyyələrin qurulmasının apriorluğu, necə ki, son nəticədə, təbiəti və dünya elmlərini konstruksiyalaşdırır) daha yüksək yarusuna bu cür ad vermək səylərimızə qarşı durardı. “Transsendental estetika” ilə üzərimizə yüksələn yaruslardan birincisinə “başqasının” təcrübi nəzəriyyəsi, hiss etmə adlanan belə bir nəzəriyyəsi aiddir. Yalnız göstərmək tələb olunur ki, burada psixoloji genezis problemləri haqqında ən aşağı səviyyədə dediyimiz şeylər qüvvəsini saxlayır, xüsusən də, onun həllinə aparan hiss etmə problemi özünün həqiqi mənasını və özünün həqiqi metodunu, ancaq konstitutiv fenomenologiya sayəsində əldə edir. Məhz ona görə də bütün əvvəlki nəzəriyyələr (o cümlədən də Maks Şeleranın nəzəriyyəsi) heç bir hiss olunan nəticələrə gətirib çıxarmadı, beləliklə də, bu mənanı ilk dəfə ona verməklə, o şey dərk olunmamış qaldı ki, onun obyektivliyi olaraq bütövlükdə “başqasının” xüsusiyyətinin “başqa” cür olması hansı formada dünyaya köçürülür.
Həmçinin dəqiq göstərmək lazımdır ki, intensional psixologiyanı pozitiv elmlər və transsendental fenomenologiya kimi ayrılıqda nəzərdən keçirmək, əlbəttə, məqsədəuyğun olardı. Yəqindir ki, qarşıdakı araşdırma işləri sonuncunun payına düşür, halbuki kopernik çevrilişi ilə toxunulmamış qalan psixologiya, əldə olunmuş nəticələri ondan iqtibas edəcəkdir. Bununla belə mühüm bir şeyi nəzərə almaq lazımdır ki, ruh və obyektiv aləm ümumiyyətlə transsendental nəzərdən keçirilməklə öz mövcudluğundan və özünün varlıq mənasından məhrum olmadığı kimi, həm də sonuncu ilk aydınlığa yalnız onun konkret olaraq hərtərəfli açılışı vasitəsi ilə gətirildiyi kimi, eyni ilə pozitiv psixologiya da bunun kimi, qayda üzrə əldə etdiyi öz məzmununu itirmir, ancaq yalnız sadəlövh pozitivizmdən azad olur və özlüyündə universal transsendental fəlsəfə çərçivəsində elmi fənlərdən biri olur. Bu nöqteyi-nəzərdən demək olar ki, sadəlövh pozitivlik üzərinə yüksələn elmlər cərgəsində birinci yerdə məhz intensional psixologiya durur. Doğrudan da o bütün digər pozitiv elmlər qarşısında daha bir üstünlüyə malikdir. Əgər o, pozitiv elm kimi, uyğun olaraq intensional təhlilin düzgün metodu ilə qurularsa, deməli o, onun əsasları ilə əlaqəli problemlərdən, eləcə də sadəlövhcəsinə konstruksiyalaşmış obyektivliyə xas olan birtərəflilik üzündən baş vermiş, lakin hərtərəfli gözdən keçirməyə nail olmaqdan ötrü, əvvəl-axır dünyada transsendental nöqteyi-nəzərə keçidi tələb edən, digər pozitiv elmlərin toqquşduğu həmin problemlərdən qaça bilər. Lakin intensional psixologiya, hərçəndi gizli də olsa, artıq transsendental olanı özündə saxlayır; ona görə də əsaslı surətdə onun intensional nəticələrini dəyişməyən, ancaq yalnız bizi onların son mənasına qaytaran kopernik çevrilişini başa çatdırmaqdan ötrü, yalnız son dəfə başa düşülmüşü həyata keçirmək tələb olunur. Beləliklə, psixologiya qarşısında yalnız bir fundamental problem dayanır – ruhi anlayışların əsaslandırılması.
Tərcüməçi: Obaçı
Davamı: https://klv.az/2024/07/31/edmund-husserl-kartezian-dusunceleri-10-20/