Əvvəli: https://klv.az/2024/07/10/edmund-husserl-kartezian-dunceleri/
(davamı)
Düşüncə V. TRANSSENDENTAL VARLIQ SFERASININ AÇILMASI MONADOLOJİ İNTERSUBYEKTİVLİK KİMİ
§ 60. “Başqasının” təcrübəsində bizim izahların metafiziki nəticələri
Varlığın dərk olunan son nəticələrini əgər belə adlandırmaq doğrudursa, bu nəticələr metafiziki olacaqdır. Lakin söhbət burada ən azı adi mənada metafizikadan, heç bir halda ilkin fəlsəfə kimi əzəldən yaradılmış olan metafizikanın həmin mənasına uyğun gəlməyən, tarixən cırlaşmış metafizikadan gedir. Fenomenolofiyada istifadə olunan sübutların xalis intuitiv, konkret, həm də apodiktiv üsulları, hər hansı metafiziki avantüraları, hər hansı spekulyativ sui-istifadələri istisna edir. Bizim metafiziki nəticələrdən bəzilərini aşağıda göstərək və onları yeni nəticələrlə tamamlayaq.
Apodiktik olaraq mənim özümə verilən, mənim eqom – mütləq apodiktikdə mənim mövcudluq kimi, yeganə haqqım cata bilən – onun öz ətrafında orientasiya edən kimi verilən monadalar cəmiyyətinin üzvü kimi, yalnız ona bənzər digər eqoların birliyində yerləşməklə, dünya təcrübəsində qəbul edilən apriori eqo ola bilər. Obyektiv dünya təcrübəsinin özünü ziddiyyətsiz təsdiq etməsi səbəbindən, digər monadalar özünü ziddiyyyətsiz olaraq mövcudluq kimi təsdiq edir. Və əksinə, heç bir monadalar çoxluğu mənim üçün, eksplisit kimi və ya implisit formada cəmiyyətdə təşkil olunan kimi olmaqdan başqa ayrı cürə təsəvvür olunmur; buradan o nəticə çıxır ki, bu çoxluq özündə obyektiv dünyanı konstruksiyalaşdırır – psixofiziki və əsasən də insani vücudların çoxluğu qismində – və bu dünyada məkani və zamani forma əldə edir, həm də özünü onun daxilində realizasiya edir. Monadaların birgə varlığı, onların zəruri mahiyyət əsasında birgə yaşayışı, onların zamanda birgə yaşayışını, sonra isə real müvəqqətilik formasında varlığını göstərir.
Lakin bütün bunlar sonralar, ən yüksək dərəcədə vacib metafiziki nəticələrə gətirib çıxarır. Bir-birindən ayrı, yəni bir cəmiyyətdə öz aralarında birləşməmiş monadalar çoxluğu, hansı ki, hər biri belə bir formada, özünün xüsusi dünyasını qurur, yəni onlar yanaşı olaraq bir-birindən son dərəcə aralı iki dünya, iki hüdudsuz məkan və məkani-zaman qururlar, bu ağlabatandırmı (bu haqda, həm də bu əsasda məndən ötrü, bu haqda soruşula bilən hər cür düşünülən subyektdən ötrü soruşur)? Görünür bu xalis çəfəngiyatdır. Hər bir belə aprior monadalar qrupu, hər hansı bir intersubyektivliyin və həmdə, başqası ilə necə olur-olsun, heç bir aktual əlaqələri olmadan keçinə bilən, belə bir intersubyektivliyin birliyi kimi, əlbəttə ki, öz dünyasını əldə edir və mümkündür ki, o hətta tamamilə başqasına oxşamayan bir formada görünsün. Lakin bu zaman bu iki dünyanın, yalnız bu intersubyektivliklərin ətraf aləmləri ilə, yalnız obyektiv dünyanın onlar üçün ümumi olan vahid aspektləri ilə meydana çıxması lazımdır. Çünki bu hər iki intersubyektivlik mütləq olaraq təcrid olunmamışdır; mənim düşündüyüm kimi, onlar mənimlə lazımi birliyə onları pra-monadalarda konstruksiyalaşdıran kimi (yaxud, mənimlə mənim mümkün modifikasiyalarımdan biri kimi) daxil olurlar. Beləliklə, onlar həqiqətən də, mənim özümü əhatə edən və yanaşı yaşayan kimi təsəvvür olunmaqla, bütün monadaları və monadalar qrupunu birləşdirən vahid ümumiliyə məxsus olurlar. Ona görə də gerçəklikdə yalnız yeganə bir monadalar cəmiyyəti – bütün yanaşı yaşayan monadaları birləşdirən cəmiyyət mövcud ola bilər; buna görə də, əgər məndə bir növ, digər monadaların da mövcudluğuna səbəb olan hansısa bir struktur formalaşıbsa, onda yalnız yeganə bir obyektiv dünya, yeganə bir obyektiv zaman, yeganə bir obyektiv məkan, eləcə də tək bir təbiət, o da eynilə yeganə olan bir təbiət olmalıdır.
Əlbəttə, mümkündür ki, bizə, bizimlə hər hansı bir aktual əlaqələr olmadan keçinə bilən, yəni canlı məxluqlardan ibarət görünməyən həmin ulduzlar aləmi bizim üçün necə aid ola bilərsə, müxtəlif monadalar qrupu və müxtəlif dünyalar da, biri-birinə eləcə aiddir. Lakin onların dünyası, onları, yalnız faktiki olaraq, yalnız təsadüfi olaraq açıla bilinməyən, açıq qorizontlarla əhatə edən dünyadır
Lakin monodoloji dünyanın bu unkallığının və onda saxlanılan obyektiv dünyanın mənası düzgün başa düşülməlidir. Əlbəttə, Leybnist deyəndə ki, sonsuz sayda monadalar və monadik qruplar düşünmək olar, lakin bu imkanların heç də hamısı bir araya sığmır, nə qədər ki, onlar bir araya sığmır, hər halda iki və ya bir neçə dünyanı birdən deyil, eyni zamanda sonsuz sayda dünyalar yaratmaq olardı, bu zaman o doğru deyirdi. Burada nəzərə almaq lazımdır ki, sərbəst variantlarda mən ilk öncə özüm özümü, bir növ başqa cürə mövcud olan, bu faktiki- apodiktik eqoda düşünə bilərəm və deməli, özüm özümün mümkün modifikasiyalar sisteminə yiyələnərəm, lakin bunlardan da hər biri başqa birisi ilə, habelə mənim həqiqətən olduğum həmin eqo ilə ləğv olunur. Bu sistem aprior ziddiyyətdir. Daha sonra, mənim mövcudluq faktım mənim üçün irəlicədən müəyyən edir, digər monadalar mənim üçün başqa monadalar olurmu və məhz bunlar hansılardır; mən bunları mənim üçün mövcud olacaq, başqa monadalar yaratmadan yalnız tapa bilərəm. Əgər mən özümü, əslində olduğumdan fərqli hansısa bir xalis mümkünlük kimi fikirıəşirəmsə, onda o da, öz növbəsində, mənim üçün hansı monadaların “başqaları” kimi mövcud olduğunu qabaqcadan müəyyən edir. Bu surətlə irəli gedərək, mən dərk edə bilərəm ki, konkret imkanlar kimi əhəmiyyətə malik hər bir monada, qabaqcadan monadaların qapalı dünyasının birləşə bilən hansısa universumunun cizgilərini çəkir, belə ki, mənim eqomun iki mümkün modifikasiyası necə birgə ola bilmirsə, eyni bir növdən olan iki monadalar dünyası da eləcə, ümumiyyətlə düşünülən hər hansı eqo kimi bir-biri ilə yanaşı ola bilmir.
Bu cür nəticələr və ona aparan araşdırmaların bütün gedişi, fəlsəfə üçün bütün elmi sərhədlərin o tərəfində qalmalı olan ənənəvi sualların, – o cümlədən bizim əvvəllər toxunduğumuz həmin problemlərin (onların necə həll olunmasından asılı olmayaraq) necə başa düşülməsini bizə anlamağa imkan verir.
Tərcüməçi: Obaçı
Davamı: https://klv.az/2024/07/24/edmund-husserl-kartezian-dusunceleri-10-19/