Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2024/03/06/edmund-husserl-kartezian-dusunceleri-12/

 (davamı)

Düşüncə V. TRANSSENDENTAL VARLIQ SFERASININ AÇILMASI MONADOLOJİ İNTERSUBYEKTİVLİK KİMİ

§ 43. Başqasının mövcud eqosunun noemato-ontik üsulu, “başqa” konstitutiv nəzəri təcrübənin transcendental yol göstərən əlaqəsi kimi

Beləliklə, mənim transsendental olaraq reduksiya olunmuş xalis həyati şüurumun çərçivəsində, mən təcrübi dünyanı, özümdə, onda mövcud olan “başqaları” ilə birlikdə dərk edirəm və həm də bu təcrübənin mənasına uyğun olaraq, belə desək, özümün xüsusi sintetik məhsulum qismində deyil, ancaq hər kəs üçün mövcud olan və öz obyektləri ilə hər kəsə mümkün olan və mənə münasibətdə yad görünən intersubyektiv dünya kimi dərk edirəm. Hər halda hər kəs dünyaya öz təcrübələri, öz hadisələri və onların birliyi ilə və öz fenomenləri ilə malikdir, halbuki təcrübədə dərk olunmuş dünya, onları bütün dünya fenomenləri ilə birlikdə dərk edən subyektlərin ziddinə olaraq özü-özünə mövcuddur.

Bütün bunları biz necə aydınıaşdıraq? Mən danışıqsız olaraq həmin faktın üzərində dayanmalıyam ki, mənim üçün hər hansı varlıq əldə edən və edə bilən hər cür məna, necə özünün “nə olmasına” münasibətdə, eləcə də özünün “mövcudluğuna və ya mövcud gerçəkliyinə” münasibətdə, mənim daxili intensional həyatımın hansısa mənasıdır və bu məna uzlaşdırılmış sübutlar sistemində açılaraq və aydınlaşaraq, ondan və onun konstitutiv sintezlərindən baş verir. Beləliklə, ümumiyyətlə şüurlu olaraq verilə bilən bütün mümkün suallara cavab vermək üçün zəmin hazırlamaqdan ötrü və bu sualların özünü ardıcıl olaraq qarşıya qoymaq və həll etmək üçün, sistematik olaraq açıq və implitsit olan intensionallığın genişləndirilməsindən başlamaq lazım gəlir, belə ki, “başqalarının” varlığı məhz bunun sayəsində, mənim üçün özünün qanuni, yəni başa çatmış məzmununa müvafiq yaradılır və izah edilir.

Beləliklə, problem ilk öncə xüsusi aspektdə, yəni mənim üçün “başqalarının” mövcudluğu problemi kimi, həm də nəticə ehtibarı ilə, “başqasının” bu cür hiss etmə adlanan transsendental təcrübi nəzəriyyələrinin mövzusu kimi qarşıya qoyulur. Lakin darhal da aydın olur ki, bu nəzəriyyənin təsir dairəsi əvvəlcə göründüyündən daha genişdir, belə ki, tam və bütöv götürüldükdə, xüsusən də obyektiv təbiətin də aid olduğu obyektiv dünyanın transsendental nəzəriyyəsi də həmçinin, onun üzərində köklənir.

Mənim transsendental yol göstərici əlaqəm, o mənə bilavasitə və dərindən verildiyi kimi, ilk növbədə, onun noemato-ontik məzmununda (mənim coqitomun xalis korrelyatı kimi, hələ açılması qarşımızda duran daha müfəssəl struktur) “başqasının” təcrübi dərketməsi ilə təşəkkül tapır. Bu məzmunun müxtəlifliyində və əlamətdar xüsusiyyətlərində fenomenoloji məsələ artıq özünün çoxcəhətliliyini və mürəkkəbliyini göstərir. Məsələn, mən başqalarını təcrübədə, həqiqi mövcudluq kimi, təcrübənin ziddiyyətli olmayan dəyişkən müxtəlifliyində dərk edirəm və bir tərəfdən onları dünyanın obyektləri kimi dərk edirəm. Üstəlik onlar təkcə təbii fiziki şeylər kimi önə çıxmır, hərçəndi müəyyən hallarda onlar bu cür olur. Axı onlar təcrübədə, onlara təbii cisimlərlə tabe olan psixika vasitəsi ilə idarə edən kimi dərk olunur. Onlar dünyada, psixofiziki obyektlər kimi, canlı orqanizmlərin bu cür özünəməxsus növlərində mövcuddurlar. Digər tərəfdən, eyni zamanda mən onları təcrübədə bu dünya ilə əlaqələndirilmiş subyektlər kimi, bu dünyanın təcrübədə başa düşdüyü subyektlər kimi dərk edirəm, belə ki, bu dünyanı və onda mövcud olan “başqalarını” dərk etdiyi kimi, üstəlik məni də dərk edən həmin dünyanın özünü, mən özüm də dərk edirəm. Bu istiqamətdə hərəkətimi davam etdirməklə, mən hələ çox şeyi noematik olaraq izah edə bilərəm.

Axı nə vaxt ki, biz obyektiv təbiət kimi, həmişə güman etdiyimiz obyektiv gerçəklik haqqında danışırıq, deməli, dünyanın, xüsusən də təbiətin varlıq mənasına, artıq əvvəllər dediyimiz kimi, hər kəs üçün mövcudluq xasdır. Bundan əlavə, təcrübə dünyasına mənəvi predikatlara malik obyektlər də məxsusdur, belə ki, öz mənşəyinə və mənasına uyğun olaraq, bunlar bizi subyektlərə tərəf, əsasən də tez-tez “başqa” subyektlərə və onların aktiv surətdə konstruksiyalaşan intensionallığına tərəf yönəldir: lakin, bununla yanaşı hər kəs üçün (yəni, uyğun mədəni cəmiyyətlərin hər bir üzvü üçün, məsələn, avropa və o qədər də geniş olmayan fransız cəmiyyəti və s. üçün) özündə bu mövcudluğun təcrübi mənasını daşıyan mədəniyyətlərin (kitablar, bütün mümkün alətlər, mexanizmlər və s) bütün obyektləri belədir.

Tərcüməçi: Obaçı

Davamı: https://klv.az/2024/03/20/edmund-husserl-kartezian-dusunceleri-14/

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Anar. Şair qəlbli maarifçi alim

Ca Mar 14 , 2024
Azərbaycanın qeyrət və əyilməzlik rəmzi qədim Gəncədə, Rəfibəyli babalarımın, anamın şəhərində yeni inşa olunmuş möhtəşəm Filarmoniyada görkəmli alim, maarifçi Hamlet İsaxanlının yubiley tədbiri keçirildi. Bu unudulmaz gecədə mən də iştirak edirdim. Müasir mənada maarifçilik hərəkatı Azərbaycanda XIX əsrdə başlamışdır. Dilçiliyimizin əsasını qoyan Mirzə Kazım bəy, ilk çağdaş tarixçimiz Abbasqulu ağa […]