Əvvəli: https://klv.az/2024/03/13/edmund-husserl-kartezian-dusunceleri-13/
(davamı)
Düşüncə V. TRANSSENDENTAL VARLIQ SFERASININ AÇILMASI MONADOLOJİ İNTERSUBYEKTİVLİK KİMİ
§ 44. I Transsendental təcrübənin öz xüsusi sahəsinə reduksiyası
Əgər söhbət tezliklə transsendental quruluş və bununla belə, “başqa” subyektlərin transsendental mənası, həmçinin nəticə ehtibarı ilə, və eləcə də, mənim üçün yaşayış imkanları təmin edən obyektiv dünyanın“başqaları” tərəfindən prodisasiya olunan universal məna qatları haqqında məsələyə gedib çıxırsa, onda demək lazımdır ki, bu subyektlərin adına hələ ki, dünyada obyektiv mövcud olan “başqalarının” mənası yazıla bilməz. Sonralar düzgün hərəkət etmək üçün birinci metodik tələb ondan ibarətdir ki, ilk öncə universal transsendental sfera daxilində özünəməxsus tematik εποχή həyata keçirmək lazımdır. Hal-hazırki məqamda söhbət nədən gedirsə, bunların hamısını biz hələlik tematik sahədən kənatlaşdırırıq, yəni biz “başqa” subyektlərlə bilavasitə və ya vasitəli olaraq əlaqəli olan intensionallığın konstitutiv işlərinin bütün nəticələrindən yayınırıq və ilk öncə, xüsusi özünüməxsusluqda konstruksiyalaşan, həmçinin, nəticə ehtibarı ilə eqonun bu özünəməxsusluğuna aid edilməsi lazım gələn və ondan ayrılmayan sintetik birlik konstruksiyalaşdıran eqonun, həmin aktual və potensial intensionallığın qarşılıqlı əlaqələrinin bütün tamlığını ayırırıq.
Mənim transsendental xüsusi sferama və ya mənim konkret transsendental MƏN-imə reduksiya, transsendental quruluşun nəticəsində mənə münasibətdə başqası kimi meydana çıxan şeylərdən abstraksiyalaşdırma yolu ilə qeyri-adi məna əldə edir. Təbii, dünya ilə əlaqəli müəyyənlikdə, mən məndən fərqli və mənə qarşı qoyulan “başqalarını” tapıram. Əgər mən sözün adi mənasında “başqalarından” təcrid olunuramsa, deməli tək qalıram. Ancaq bu cür təcrid olunma radikal deyil, təbii müəyyənlikdə MƏN-ə də xassə olan mənada, hər kəsə təcrübədə mümkün olan bu cür tənhalıq dünyanın təbii mənasında hələ heç bir şey dəyişmir, belə ki, bu xassə, hətta dünya üzrə yayılmış hər hansı vəba məni tam tənhalıqda qoysaydı da yox olmazdı. Yuxarıda xarakterizə edilmiş konstitutiv abstraksiya ilə müşaiyyət olunan transsendental müəyyənlikdə isə, mənim eqom, düşünən eqo, özünün transsendental orijinallığı ilə, təkcə yalnız dünyanın bütöv fenomenləri çərçivəsində adi insan MƏN-inin korrelyativ fenomeninə reduksiya olunma deyil. Söhbət əsasən transsendental eqonun hansısa obyektiv dünyanı konstruksiyalaşdıran kimi yaşadığı, universal quruluşun mahiyyətli strukturundan gedir. Eqo kimi spesifik olaraq mənə məxsus şeylər, mənim konkret monadik varlığımla mənim özümdə və mənim özüm üçün özünəməxsusluğun qapalı sferasında, hər cür intensionallığı əhatə edir, o cümlədən, mənə münasibətdə nə isə bir şeyə istiqamətlənmiş “başqasını” da; lakin, monadik mülahizələrə görə, onun sintetik nəticələrini (mənim üçün “başqasının” gerçəkliyini meydana çıxaran) ilk vaxtlarda bizim tematikadan kənarlaşdırmaq lazım gəlir. Bu xüsusi intensionallıqda, onun mənlik özünəməxsusluğu ilə mənim monadik eqomun hüdudlarından kənara çıxan, yeni varlıq mənası konstruksiyalaşır; bununla belə, hər hansı eqo “MƏN-in özü” deyil, mənim xüsusi MƏN-imdə, mənim monadalarımda əks edən eqo kimi konstruksiyalaşır. Lakin bu ikinci eqo sadəcə ortada olmur, bizim üçün, onun özü kimi verilən o, alter ego kimi konstruksiyalaşmışdır, üstəlik bu ifadədə xatırlanan eqö özümün xüsusi sferamda NƏN özüm oluram. „Başqası“ özünün konstitutiv mənasına uyğun olaraq özünü mənə göstərir; „başqası“ mənim xüsusi əksimdir, eyni zamanda da bu cür ortaya çıxmır, bu – mənim xüsusi bənzəyişimdir, ancaq hər halda, bənzəyiş sözün adi mənasında deyil. Əgər, eqo əvvəlcə özünün xüsusi sferasında bu şəkildə məhdudlaşdırılarsa, həm də onun məzmunu da araşdırılarsa və lazımi şəkildə təkcə təəssüratlara görə deyil, həm də konkret, eqodan ayrılmaz mənalara görə müəyyən olunarsa, onda bu zaman sualı o şəkildə qoymaq lazım gəlir ki, mənim eqomun özünün xüsusi daxili sferası „başqasının təcrübi dərketmə“ rubrikası altında, məhz nə isə „başqa“ bir şeyi necə konstruksiyalaşdıra bilər, nə isə bir şey dedikdə, sonuncunun hansısa bir bənzəyişi kimi, quruluş məhsullarını, konkret „MƏN özümün“ mənalarını konstruksiyalaşdıran konkret məzmundan kənar edən həmin məna ilə əldə edilmə başa düşülür. İlk növbədə bu hər hansı bir alter ego-ya aiddir, sonra da onların məna müəyyənliyindən əldə edilən hər şeyə, qısaca desək, onun xüsusi və tam mənasında obyektiv dünyaya aiddir. Əgər biz eqonun xüsusi sferasının xarakteristikasına, əsasən də, abstraksiyalaşan εποχή-un açılışının geniş həyata keçirilməsinə başlasaq, nəticədə bu sfera üzə çıxacaq. “Başqasının” təcrübəsində əldə edilmiş konstitutiv nəticələrin və onunla yanaşı “başqaları” ilə əlaqəli bütün dərketmə üsullarının, tematik olaraq kənar edilməsi, indi fenomenoloji εποχή kimi sadəcə “başqasının” sadəlövh varlıq mənalarına münasibətdə deyil, həm də obyektlərin sadə səmimiliyində bizim üçün mövcud olan bütün şeylərə münasibətdə irəli çıxır.
Axı müvafiq olaraq bizim üçün bilavasitə əvvəllər mövcud olmuş və istisna fenomen kimi, həmçinin, konstitutiv sistemləri bizim üçün korrelyat kimi açılmalı olan varığın mənasını hansı formada əldə etmiş və hansı formada əldə edirsə, məhz xalis həmin formada fərz edən və təsdiq edən kimi götürülən şeylərin hamısı, həmişə qüvvədə qalır və müəyyənlikləri transsendental güman edilir. Mənanın bu açılışını və aydınlaşdırılmasını, indi biz də məhz yeni εποχή vasitəsi ilə aşağıdakı üsullarla hazırlayırıq.
Transsendental müəyyinlikdə olan kimi, mən ilk növbədə, mənim transsendental təcrübəmin qorizontları daxilində, “mənim özümün olan” sərhədlərimi müəyyən etməyə cəhd edirəm. İlk öncə mən deyirəm ki, bu nə isə bir şey mənə münasibətdə “başqası deyil”. Mən ondan başlayıram ki, fikrən ayırma vasitəsi ilə bu təcrübənin qorizontunu, ümumiyyətlə bütün “başqa” olan şeylərdən azad edirəm. Dünyanın transsendental fenomenin xüsusiyyəti onun bilavasitə uyğunlaşdırılmış təcrübədə mövcudluğudur və ona görə bu dünyanı nəzərdən keçirərkən, ona diqqət yetirmək lazımdır ki, “başqası” mənanın müəyyənliyində necə iştirak edir və təcrid etmə yolu ilə, o bu müəyyənliyə hansı dərəcədə təsir etmişsə, məhz həmin dərəcədə də onu necə kənar etmək olar. Biz bu cür yolla ilk növbədə, o şeylərdən abstraklaşırıq ki, necə deyərlər, bu kimi canlı məxluqların eqosu qismində, insanlara və heyvanlara onların spesifik mənası verilir, daha sonra, biz, öz mənası ilə bizi MƏN subyektində olduğu kimi “başqalarına” tərəf yönəldən və nəticə ehtibarı ilə, sonuncuların mövcudluğunu zənn edən, bütün fenomenal dünyanın müəyyənliyindən fikrən ayrılırıq. Məsələn, bütün mədəni pridikatlar bu cürdür. Həmçinin demək olar ki, biz, bizə münasibətdə “ruhən-başqa” olan hər şeydən təcrid olunuruq, bu da burada nəzərdən keçirilən “başqasına” özünün spesifik mənasını əldə etməyə imkan verir. Həmcinin, fenomenal dünyanın bütün obyektlərinə xassə olan və onların hər kəs üçün ətraf aləmə aşkar olan mənsubiyətini, onların varlığını və hər kəs üçün mümkünlüyünü, habelə onların maraqlandırmaq bacarığını və ya hər kəsi onun həyata can atmasında laqeyd saxlamaq qabiliyyətini, “başqa” xarakterlər kimi müəyyən edən şeyləri nəzərə almaq və abstraklaşdırma yolu ilə kənarlaşdırmaq lazım gəlir.
Tərcüməçi: Obaçı
Davamı: https://klv.az/2024/03/27/edmund-husserl-kartezian-dusunceleri-15/