Əvvəli: https://klv.az/2024/02/07/edmund-husserl-kartezian-dusunceleri-10-8/
(davamı)
Düşüncə IV. TRANSSENDENTAL EQONUN ÖZÜNÜN KONSTİTUTİV PROBLEMATİKASININ AÇILIŞI
§ 39. Assossasiya passiv genezisin prinsipi kimi
Bütün həmin predmetlərin quruluşu üçün, passiv genezisin universal prinsipi, son nəticədə aktiv yaranışları qabaqlayan assossasiya prinsipidir. Şübhəsiz, assossasiya onu ilkin formalara münasibətdə deskriptiv olaraq göstərmək üçün, intensional problemlərə məxsusdur və özünün intensional funksiyalarında, başa düşülməli olan hər cür passiv quruluş – eləcə də, həm predmet kimi immanent zamanın təəssüratlarının quruluşu, həm də obyektiv müvəqqəti dünyaya aid, bütün real təbii predmetlərin quruluşu nöqteyi nəzərindən, əsas qanunlara tabedir. Assossasiya transsendental fenomenologiyanın fundamental anlayışıdır (psixoloji parallellərdə olduğu kimi, o xalis intensional psixologiya üçün fundamentaldır). Assossasiyanın və assosiativ qanunların köhnə anlayışı, hərçəndi, o Yumun dövründən tətbiq edilsə də, xalis psixi həyatın qarşılıqlı əlaqələrinin təsviri üçün, bir qayda olaraq, özündə əsl intensional anlayışın yalnız naturalist təhriflərini təmsil edir. Fenomenologiyada, assossasiyanın araşdırılmasına çox gec başlanılması ilə yanaşı, bu anlayış burada tamamilə yeni sifət əldə edir və özünün, məsələn, birgə və ya ardıcıl həyatda hissi konfiqurasiyalara aıd, əsas formalarına münasibətdə yeni qaydalarla müəyyən olunur. Ənənəvi baxişların tərəfdarlarına bu qəribə görünə bilər, hərçəndi, fenomenoloji nöqteyi-nəzərlə aydındır ki, assossasiya, bu sadəcə kompleks psixi məlumatların empirik qanunlarına tabeçilik əlaməti deyil, – əgər, nə isə bir növ psixodaxili qravitasiya kimi, kohnə qanunlara əl atsaq – ancaq, anadan gəlmə apriorinin təsiri altında, intansional olaraq xalis eqonun quruluşunun əsas qanunlarına tabeçiliyə işarə vuran, yüksək dərəcədə əhatəli termindir, necə ki, bunsuz, nəticə ehtibarı ilə, özlüyündə heç bir eqo ağla gəlməzdir. Eqo yalnız genetik fenomenologiyanın sayəsində, ona məxsus sintez məhsullarının universal genezisinin qarşılıqlı birliyinə bənd edilməklə yanaşı, – nə qədər ki, onun özü, zərurət əsasında hər şeyi özünə yenidən seçərək, daim indiki passiv və hər şeyi əhatə edən universal sintezə əsaslanır, deməli, daimi olaraq, bütünlüklə müvəqqətiliyin dəyişməz universal formasına uyğun müxtəlif səviyyələrdə başa düşülə bilər. Hər tərəfdən hamarlanmış bu struktur, appersepsiyanın dəyişməz formal sistemi kimi, o cümlədən, möhkəm ontoloji struktura malik obyektiv universumda konstruksiyalaşdırılmış maddilik sistemi kimi, inkişaf etmiş eqoda saxlanılır, həm də onun bu cür saxlanılması yalnız genezisin formalarından biridir. Bütün bunları nəzərə alan ayrı-ayrı faktlar həmişə irrasionaldır və yalnız eqoloji fakt kimi ona məxsus olan apriorluğun formal sistemi sayəsində mümkündür. Lakin bununla belə, nəzərdən qaçırmaq lazım deyil ki, onun irrasionallığında faktın özü, konkret apriori sistemində struktur anlayışı kimi ortaya çıxır.
Tərcüməçi: Obaçı
Davamı: https://klv.az/2024/02/21/edmund-husserl-kartezian-dusunceleri-10-9/