Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2024/01/31/edmund-husserl-kartezian-dusunceleri-8/

(davamı)

Düşüncə IV. TRANSSENDENTAL EQONUN ÖZÜNÜN KONSTİTUTİV PROBLEMATİKASININ AÇILIŞI

§ 38. Aktiv və passiv sintez

Əgər biz indi, dünya subyektləri ilə əlaqəli mümkünlük kimi, özümüzə universal əhəmiyyətə malik olan konstitutiv genezisin prinsipləri haqqında sual versək, onda bunlar aktiv və passıv genezisin prinsipləri kimi, iki əsas formaya bölünər. Birinci halda MƏN onun tərəfindən icra edilən spesifik aktlar vasitəsi ilə səmərəli müəyyən edən kimi fəaliyyət göstərir. Bura ən geniş mənada başa düşülən, praktiki ağlın bütün nailiyyətləri aiddir. Bu mənada praktiki olaraq hətta məntiqi ağıl meydana çıxır. Burada xarakter xüsusiyyəti ondan ibarətdir ki, sosiallıqla əlaqədar (hələ qarşımızda transsendental mənanı üzə çıxarmaq durur) və onunla bağlı olan MƏN aktları, spesifik aktiv olan, müxtəlif cür sintezlərlə əlaqəyə girir, həm də artıq verilən predmetlər əsasında – ilkin mövcudluğu təmin edən dərketmə üsullarında verilən – əvvəlcə yeni predmetləri müəyyən edir. Sonuncular daha sonra şüur məhsulları kimi çıxış edir. Belə ki, birləşmədə çoxluğun tərkibi müəyyən olunur, hesabda – miqdar, bölgüdə – hissə, mülahizələrdə – xəbər və ya işin vəziyyətini xəbər vermə, qərarda – nəticə və s. Ümumiliyin ilkin şüuru da həmçinin özündə aktivliyi təmsil edir, yəni ümumilik özünü maddi müəyyən edir.

Bunun nəticəsi kimi, indi sadəcə MƏN-ə predmetlərin quruluşunun mövcudluğu kimi məxsus olan xatibuallığın, korrelyativ MƏN-də ardıcıl mənası müəyyən olunur, belə ki, nəticə ehtibarı ilə, sanki təkrar hasil etmədə həmin predmetliliyin özünü, sintetik dərkedilmə zamanı kateqorial müşahidədə yenidən verilən kimi, sanki bu sintezdə dumanlı şüurla iştirak edən kimi, həmişə yenidən istifadə etmək olar. İntersubyektiv aktivliyin müxtəlif formaları ilə əlaqələndirilən bu cür predmetlərin (məsələn, mədəni predmetlərin) tərkibinin transsendental müəyyənliyi, hansısa bir transsendental intersubyektivliyin tərkib müəyyənliyini qabaqlamalıdır, belə ki, bunun haqqında biz bir qədər sonra söhbət açacağıq.

Sözün spesifik mənasında, onun korrelyatları olaraq, yekunda irreal olan (ideal predmetlər)¹⁷ kimi xarakterizə olunan ağlın bu kimi yüksək aktivliyinin və bu aktivliyin məhsullarının formalarını, artıq deyildiyi kimi, biz özlüyündə, danışıqsız olaraq hər bir konkret eqoya (artıq bizim uşaqlıq haqqında xatirələrimizdə göstərildiyi kimi) məxsus hesab edə bilmərik. Bununla belə, təcrübi dərketmə kimi, onun xüsusi momentlərində dərk olunan ümumi nəticəyə gəlmənin, əlaqələrin qurulmasının və s. bu cür aşağı səviyyədə izah olunmasında isə, məsələ artıq başqa formada olacaqdır.

Bütün hallarda aktivliklə yaradılan nə varsa hamısı, zərurət əsasında, bizə qabaqcadan verilən bir şey kimi, özünün aşağı səviyyəsı olaraq passivliyi fikrində tutur və bu yolda da biz passiv genezis vasitəsi ilə quruluş problemi ilə toqquşuruq. Belə demək olarsa, bizim hazır şəkildə həyatda rast gəldiyimiz nə varsa hər şey, sadəcə hansısa mövcud olan bir şey kimi (məsələn, hər hansı olur-olsun, onu çəkic, stol, incəsənət əsəri olaraq tanıdan mənəvi və mədəni xarakterdən məhrum) özünün ilkin vəziyyəti ilə, “o özü” passiv təcrübənin sintezində verilən kimi və özlüyündə əvvəl verilən kimi, ilk öncə mənəvi aktivlik oyunlarına daxil olur, nəinki aktiv dərketmənin başlanğıcına.

Halbuki, bu aktivlik, onları, arası kəsilmədən onların bütün materiyası ilə təchiz edən passiv sintezin özünün sintetik işini həyata keçirir. Əvvəlcə, passiv müşahidədə verilən şey, sonra ümumi müşahidədə ortaya çıxır və onun ayrı-ayrı hissələrinin və əlamətlərinin dərk edilməsinin aktiv aydınlaşdırılmaları ilə, onda nə qədər çox şey dəyişilsə də, o öz işi ilə bu aktivlikdə əvvəl verilən kimi qalır; bu şeyin və onun bu formasının aşkar passiv sintezində, qavrayış obrazlarının toxunulmaqla duyulan və ya yeganə vizual hadisələrinin müxtəlif üsullarının axını davam edir. Lakin məhz bu sintez, bu formanın sintezi kimi, onun özündə ifadə olunmaqla, özünün tarixini əldə edir. Deməli, mən eqo kimi, yalnız mahiyyətli genezis sayəsində hansısa bir şeyı təcrübədə, üstəlik də ilk nəzərdə öyrənə bilərəm. Bununla belə, bu, fenomenoloji üçün necə, adi mənada, eləcə psixoloji genezis üçün də döğrudur. Əbəs yerə deyilmir ki, uşaq vaxtı, ümumiyyətlə biz əvvəlcə şeylərin özünü görməyi öyrənməli idik və bu görmə də sanki, genetik olaraq şeylərin dərk edilməsinin bütün digər üsullarının önündə getməli idi. Beləliklə, uşaqlığın erkən çağında qabaqcadan verilən qavrayış sahəsi özündə elə bir şey saxlamır ki, şey, sadə bir baxışla şey kimi eksplitasiya oluna bilsin. Lakin, passivliyin əsasına qayıtmadan və hətta onun zahiri psixofiziki nöqteyi-nəzərindən psixologiyasına qaçmadan, biz, düşünən eqo kimi, təcrübə fenomenlərinin – şeylərin təcrübi dərk edilən fenomenləri və bütün qalan fenomenlər – özünün intensional məzmununa nüfuz etmək yolu ilə intensional istiqaməti tapa bilərik, belə ki, bu istiqamət bizi hansısa tarixə aparır və beləliklə, bizə bu fenomenləri, mahiyyətcə onun formalarını qabaqlayan (hərçəndi, sonuncu dəqiqiliyi ilə həmin müəyyən olunmuş predmetə aid olmaya bilər) özünün dəqiqliyinə a və bir-birinin ardınca gələn formalar kimi başa düşmək imkanları verir.

Lakin bununla bərabər biz tezliklə, getdikcə yeni-yeni sintezlərin passiv yaranışlarının, hər cür aktivliyi bir qədər qabaqlayan və xatibuallığın bəzi yaranışlarına aid olaraq müxtəlif cür appersepsiyaların passiv genezisi ilə onun özünü qismən yenidən əhatə edən, əsas qanunauyğunluqları ilə toqquşa bilərik, belə ki, bu, MƏNin mərkəzində olmaq üçün formalaşdırılan və aktuallaşdırılmaqla öncədən verilən predmetlər kimi, MƏNə təsir edir və onun fəaliyyətini motivasiya edir. Bu passiv sintezin sayəsində (bu şəkildə, aktivin nəticələri də daxil olmaqla) MƏN daim predmetlərlə əhatə olunur. Bu haqda artıq həmin vəziyyət diqtə edir ki, eqonun inkişafında mənə təsir edən nə varsa hamısı, mənim tanış olmağımla, predmet kimi, predikatların substratı kimi başa düşülür. Çünki, mümkün eksplikasiyalara, məhz tanışlığın baş verdiyi yerdə, bu cür eksplikasiyalar kimi can atmanın, hər dəfə yenidən mümkün olan bir şey kimi və keçici olmayan mülk kimi predmeti təşkil edə bilmənin qabaqcadan məlum olan mümkün forması belədir; bu son formanın özünü də qabaqcadan genezisin məhsulu kimi başa düşmək olar. Genezisin özü bu formaların əzəliliyinə işarə edir. Bizə məlum olanların hamısı, hər hansı ilkin tanışlıq niyyətində olur; o şeyləri ki, biz naməlum adlandırırıq, bununla belə, onlar quruluşca məlum şəkildə təşkil olunur: predmetin formasına, xüsusi ilə də, məkani şeylərin, mədəni obyektlərin, alətlərin və s. formasına malik olur.


¹⁷Bax: Ингарден, 13.Burada bax.

Tərcüməçi: Obaçı

Davamı: https://klv.az/2024/02/14/edmund-husserl-kartezian-dusunceleri-9/

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Mənsurə Əhmədova. “Əli və Nino” roman, yoxsa multimədəni model?

Ca Fev 8 , 2024
“Sən Asiyaya dözə bilmədiyin kimi, mən də Avropaya dözə bilməyəcəyəm. Gəl burada, Asiya ilə Avropanın hiss edilməyən şəkildə bir-birinə qarışdığı Bakıda qalaq”. Bu sözlər Qurban Səidin (Məhəmməd Əsəd bəy) 1937-ci ildə qələmə aldığı “Əli və Nino” romanındakı Əli obrazının dilindən səslənir. Antroposentrik ədəbi nümunələrdəki ənənəyə əsaslansaq, adından da göründüyü kimi […]