Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2024/01/03/edmund-husserl-kartezian-dusunceleri-5/

 (davamı)

Düşüncə IV. TRANSSENDENTAL EQONUN ÖZÜNÜN KONSTİTUTİV PROBLEMATİKASININ AÇILIŞI

§ 33. MƏNİN tam konkretliyi, onun öz-özünə quruluşunun problemi və monadaları kimi

Xatibual xüsusiyyətlərin substratı və oxşar qütbü kimi biz, MƏN-dən, tam konkretlikdə götürülən eqonu fərqləndirəcəyik ( ifadəni Leybnictdən götürməklə, bu eqonu biz “monada” adlandıracağıq), həmin şeyi nəzərə alacağıq ki, onsuz MƏN ilk öncə konkret ola bilmir, ancaq o yalnız özünün intensial həyatının və onda güman edilən predmetlərin hazırki müxtəlifliyində bu cür ola bilər, belə ki, bəzən burada MƏN üçün mövcud olan kimi təşkil oluna bilir. Şübhəsiz, varlığın və eləcə varlığın dəyişməz xarakteri bu predmetlər üçün xatibual xüsusiyyətlərin korrelyatı kimi ortaya çıxır, belə ki, bu, MƏN-in özünün qütblərində təşkil olunur və onun tərəfindən seçilmiş nöqteyi-nəzəri xarakterizə edir. Bunu aşağıdakı şəkildə başa düşmək lazımdır. Eqo kimi, mən fasiləsiz olaraq mənim üçün mövcud olan ətraf aləmə və onun daxilində – artıq mənə tanış predmetlər və onlarla tanışlığa yol verilən kimi yalnız antitsipasiyada veriıən predmetlər arasında olan daimi fərqlərlə, mənim üçün mövcud olan predmetlərə yiyələnirəm. Birinci, yəni ilk mənada mənim üçün mövcud olan, mənim tərəfimdən özlüyündə birinci olaraq, yəni ilk tanışlıq zamanı, əvvəllər heç vaxt göz yetirilməmiş şeylərin xüsusi müşahidələrinə eksplikasiya zamanı əldə edilir. Mənim tərəfimdən həyata keçirilən bu aktiv sintezin sayəsində predmet, özünün çoxsaylı xassələrinə öxşar olan kimi, yəni özünü özünün müxtəlif xüsusiyyətlərində müəyyən edən, özü-özünün eyni olan bir şey kimi, eksplitsit məna formasında təçkil olunur. Varlığın fərziyyələri və şərhləri ilə, mənim tərəfimdən həyata keçirilən bu aktivlik, mənə məxsus həmin MƏN-in xatibuallığının əsasını qoyur, belə ki, indi müvafiq olaraq öz müəyyənliklərini əldə edən bu dəyişməz predmet mənim tərəfimdən qavranılır.

Bu cür qeyri-keçici nailiyyət bu və ya digər şəkildə mənə, tanış olmayan predmetlərin qorizontları ilə əhatələnmiş və əldə edilməsi hələ qarşıda duran, lakin bu formal predmet strukturu ilə artıq antitsipasiyada əldə olunmiş tanış dünya müəyyən edir.

Mən özüm özüm üçün mövcud oluram və aşkarlıq təcrübəsi ilə mən özüm kimi daim özümə verilirəm. Bu transsendental eqo üçün (parallel araşdırmalarla isə- psixoloji xalis eqo üçün də ədalətlidir), bu sözün hansı mənasında işlədilir işlədilsin ədalətlidir. Nə qədər ki, konkret monadik eqo bütün gerçək və potensial şüur həyatını əhatə edir, aydındır ki, bu monadik eqonun fenomenoloji araşdılması problemi (onun özü-özünə quruluşu problemi), ümumiyyətlə bütün konstitutiv problemləri özündə birləşdirməlidir. Sonralar aydınlaşacaq ki, ümumiyyətlə fenomenologiya bütövlükdə eqonun bu özü-özünə quruluşunun fenomenologiyası ilə üst-üstə düşür.

Tərcüməçi: Obaçı                          

Davamı: https://klv.az/2024/01/17/edmund-husserl-kartezian-dusunceleri-6/

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

İosif Brodskinin şeirləri.Əcəlim gözlərindən məhz sənə bənzəyəcək...

C Yan 12 , 2024
İosif BRODSKİ (1940-1996) Rus əsilli ABŞ şairi, esseçisi, dramaturqu, tərcüməçisi və pedaqoqudur. 1987-ci il üçün ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.   Erkək pişik haqda şeir   Ütük, çəlimsizdi, kürəndi xəzi, Üst-başı zibillik iyi verərdi. Gündüz paslı damlar üstə gəzərdi, Gecələr məskəni – zirzəmilərdi.   Yaşlıydı, həddindən artıq zəifdi, Tir-tir titrəyərdi ayazda, […]