Əvvəli: https://klv.az/2023/12/27/edmund-husserl-kartezian-desenceleri/
(davamı)
Düşüncə IV. TRANSSENDENTAL EQONUN ÖZÜNÜN KONSTİTUTİV PROBLEMATİKASININ AÇILIŞI
§ 32. MƏN xabituallığın substratı kimi
Lakin indi qeyd etmək lazımdır ki, mərkəzdə dayanan bu MƏN, özündə eyniliyin mənasız qütbünü təmsil etmir (hər hansı predmetdən heç də az olmayan dərəcədə), ancaq aktların yeni predmetli mənasına malik olan hər bir transsendental genezisin özündən irəli gələn bir sıra qanunauyğunluqları sayəsində, sonralar saxlanılan yeni xüsusiyyət əldə edir. Məsələn, bəzi mühakimə aktlarında, əgər mən nə isə bir varlığın xeyrinə mülahizə yürüdürəmsə, hərçəndi bu keçici akt tez sovuşan olsa da, mən bundan sonra da həmin MƏN formasında qalıram, belə ki, bu cür qərarı müvafiq qənaətin üzərində dayanmaqla qəbul edirəm. Lakin bu o demək deyil ki, mən sadəcə bu aktı yadıma salıram və ya sonralar da yadıma sala bilərəm. Bunu mən, əgər artıq öz qənaətimdən imtina edərəmsə, yalnız bu halda edə bilərəm. Bu cür imtinadan sonra o daha mənim qənaətim olmur, həm də bu momentin özünə qədər həmişə belə olmuşdur. Hələ ki, o mənim üçün əhəmiyyətlidir, mən ona yenidən qayıda bilərəm və onu həmişə mənimki olaraq tapıram, xatibual olaraq mənə xas olan əqidə (qənaət), həm də, nəyəsə inandığım üçün, özümə MƏN kimi müvafiqdir, yəni bu dəyişməyən xatibusun sayəsində MƏN özünün özü-özünə eyniliyini saxlayan kimi müəyyən olunur; bu eyni ilə hər hansı digər, xüsusən də, qiymətli və iradi qərarlara da aiddir. Mən hansısa bir qərar qəbul edirəm; bununla bərabər aktual təəssüratlar tükənməlidir, lakin ondan asılı olmayaraq ki, mən xəyala qapılıram, bununla belə, passiv şəkil alaraq dərin yuxuya dalıram və ya hər hansı digər aktları yaşayıram, hər halda qərar qərarlığında qalır və onun əhəmiyyəti saxlanılır; bundan sonra mən müvafiq olaraq, belə bir qərar verən həmin adam kimi qalıram və nə qədər ki, bundan imtina etməmişəm, o vaxta qədər beləcə qalıram. Əgər qərar hər hansı başa çatan bir hərəkətə istiqamətlənirsə, onda özünün yerinə yetirilməsi nəticəsində o əsla ləğv edilmir, həm də icraçılıq modusunda öz əhəmiyyətini saxlayır: mən sonralar da öz hərəkətlərimə cavabdeh oluram. Nə vaxt ki, mən öz qərarımın və öz hərəkətlərimin üzərindən xətt çəkirəm və onları ləğv edirəm, bu vaxt, öz daimiliyimi yalnız özümün dəyişməyən iradi aktlarımda saxlamaqla, mən özüm dəyişirəm¹⁶. MƏNİN bu cür müəyyənliklərinin zamanda sarsılmazlığı, dəyişməzliyi, həmçinin də onlara xas olan dəyişkənliklər, şübhəsiz, bu, nə immanent zamanın dəyişməyən MƏNİN özü kimi eyni dərəcədə fasiləsiz baş verən bu cür təəssüratlarla doldurulması, nə dəyişməyən müəyyənliklərin qütbü kimi görünən təəssüratlar, nə də təəssüratların fasiləsiz ardıcıllığı demək deyil, hərçəndi, xatırlanan xatibual müəyyənliklər vasitəsi ilə, o əhəmiyyətli dərəcədə təəssüratlar axını ilə əlaqəyə girir. MƏN özünü, xüsusi aktiv genezisi əsasında dəyişməyən xüsusiyyətlərinin eyni substratları olaraq təsis etməklə, sonradan özünü, həmçinin ən geniş mənada möhkəm və dəyişməyən şəxsi MƏN kimi təşkil edir, bu da insan səviyyəsindən daha aşağı səviyyəli şəxsiyyətlər haqqında danışmağa imkan verir. Ümumiyyətlə əqidə üçün yalnız nisbi möhkəmlik xarakterik olmasına baxmayaraq, onlar da dəyişilmək qabiliyyəti əldə edirlər (aktivlik modusunun dəyişməsi sayəsində, o cümlədən də üstündən xətt çəkmək və ya inkar vasitəsi iıə onların əhəmiyyətinin məhv edilməsi), MƏN bütün bu dəyişikliklərdə eyni üsul birliyinə əsaslanan hansısa dəyişməyən, şəxsi xarakter nümayiş etdirir.
¹⁶Bax: Ингарден, 12. Qeyd §32-nin bütün ilkin fraqmentlərinə aiddir. Burada
Tərcüməçi: Obaçı
Davamı: https://klv.az/2024/01/10/edmund-husserl-kartezian-dusunceleri-10-7/