Əvvəli: https://klv.az/2024/01/10/edmund-husserl-kartezian-dusunceleri-10-7/
(davamı)
Düşüncə IV. TRANSSENDENTAL EQONUN ÖZÜNÜN KONSTİTUTİV PROBLEMATİKASININ AÇILIŞI
§ 34. Fenomenoloji metodun prinsipial inkişafı. Transsendental təhlil eydetik təhlil kimi
Öz aktlarının qütbləri və xatibuallıqların substratı kimi, MƏN haqqında təlimə, biz artıq fenomenoloji genezis problematikasının mühüm bəndi kimi toxunmuşuq və beləliklə, genetik fenomenologiyanın səviyyəsinə yetişmişik. Onun daha dəqiq mənasını aydınlaşdırmaqdan əvvəl, bizə fenomenoloji metodun başa düşülməsini təzələmək lazımdır. Bir dəfə əldə edilməklə, transsendental fenomenologiyanın bütün metodikasına (təbii zəmində isə, həm də həqiqi və xalis psixologiyanın daxili metodikasına) keçən, həmin fundamental metodik baxışa, nəhayət əhəmiyyət vermək vaxtıdır. Biz ona yalnız ondan ötrü gec müraciət edirik ki, fenomenologiyaya girişi asanlaşdıraq. Yeni kəşflərin qeyri-adi müxtəlifliyində də problem əvvəlcə, yalnız empirik deskripsiya kimi daha ciddi libasda irəli çıxmalıdır, hərcəndi yalnız transsendental təcrübə sferasına keçməklə.
Əksinə, eydetik deskripsiya metodu bütün bü cür deskripsiyaların keçidini yenidə, fundamental özçüdə ifadə edir, belə ki, əgər biz onun haqqında lap əvvəldən danışsaydıq, başa düşmənin çətinliyini artırardıq, halbuki, çoxsaylı empirik deskripsiyaların həyata keçirilməsindən sonra onu başa düşmək asan olacaq.
Karteziancasına düşünən birisi kimi, bizim hər birimiz fenomenoloji reduksiya sayəsində özümüzün transsendental eqomuza, həm də onun bu və ya digər konkret-monadik məzmununun təbii əlaqələri ilə, faktiki olaraq tək və yeganə olan mütləq eqomuza qayıtmış oluruq. Düşüncələri davam etdirməklə, mən, bu eqo olaraq, lazım olan deskripsiyanı və tiplərin intensional genişliyini tapıram və qarşımda açılan əsas istiqamətlərlə hərəkət edərək addımba addım öz monadalarımın intensional açılışını tapmaqda davam edə bilərəm. Təsadüfi deyil ki, təsvirlərimizdə, “əsaslı zərurət” kimi bu cür dönüşlərə tez-tez rast gəlirik, belə ki, bu “əsaslılıq” özünün dəqiq ifadəsini, aydınlaşdırılmış və müəyyən edilmiş fenomenologiya ilə ilk dəfə apriorluq anlayışında tapır.
Söhbətin burada nədən getdiyi, dərhal nümunələrdə aydın olur. İntensional təəssüratların – qavrayış, retensiya, yada salma, mülahizə, meyllilik, nəyəsə can atma – hər hansı bir növünü götürək və onu, onlar tərəfindən intensional işlərdə həyata keçirilən xarakterə münasibətlərdə, nəticə ehtibarı ilə isə, noetik və noematik münasibətlərdə təsvir edilmiş və eksplitasya olunmuş kimi xəyala gətirək. Bu onu göstərə bilər ki, biz indiyə kimi necə hesab edə bilmişik ki, söhbət faktiki transsendental eqonun faktiki hadisələrinin növləri haqqında gedir və bununla da, transsendental deskripsiya empirik əhəmiyyətə malik olmalıdır. Lakin bizim təsvir hər halda elə bir ümumiliyi saxlayır ki, transsendental eqo həyatının empirik faktlarla məsələsinin nə yerdə olmasından asılı olmayaraq, bu nəticələrdə özünü göstərmir.
Deyilənləri aydınlaşdıraq və özümüz üçün metodik nəticələr ortaya çıxaraq. Bu stolun ayrıca qavrayışından çıxış edərək, biz– stol – predmetinin dərk edilməsini tam sərbəst olaraq başqa şəkildə göstəririk, ancaq yenə də, hər necə olur-olsun hər hansı predmetin qavranılmasını qavrayış kimi tutmaq üçün, buna məsələn, tam sərbəst olaraq yalnız qavranılan hadisəyə oxşarlığını saxlamaqla, onun formasını, rəngini və s. xəyalımıza gətirməklə başlamalıyıq. Başqa sözlə, bu qavrayışın güman edilən varlıq mənasının faktlarından çəkinərək, biz onu, digər tam sərbəst olan xalis imkanlarla yanaşı, xalis mümkünlüyə- ancaq qavrayışın xalis mümkünlüyünə çeviririk. Biz elə bil gerçək qavrayışı qeyri-gerçəkliklər aləmi ilə qarışdırırıq, həmin aləmlə ki, biz “bir növ” ondan – bizi bu fakta və ya ümumiyyətlə, digər hər hansı fakta bağlayan bütün şeylərdən təmizlənmiş, xalis imkanlar əldə edirik. Axırıncı mülahizələrə gəlincə isə, bu imkanlar da faktiki eqo hesab edilənlərlə bağlı deyil, ancaq onlar bizim üçün məhz fantaziyaların tam sərbəst fəaliyyəti kimi saxlanılır, belə ki, bizim həyatın yerdə qalan faktları ilə hər cür əlaqədən kənar olmaqla, biz lap əvvəldən fantaziyaların qavrayışa müdaxiləsini çıxış nümunəsi olaraq götürə bilərdik. Beləliklə “qavrayışın” əldə edilmiş ümumi növü, belə demək mümkünsə, təsəvvürlərin mütləq xalis mümkünlüyündə havadan asılı qalır. Hər cür faktikilikdən azad olması ilə, o, təsəvvürlərin xalis mümkünlükləri kimi, ideal həcmi mümkün qavrayışların bütün idealiter-ini təşkil edən qavrayışın eydosu oldu. Bu zaman qavrayışın təhlili mahiyyətli təhlil formasını alır; nə qədər ki, hər bir faktı yalnız xalis mümkünlük faktı kimi düşünmək lazım gəlir, bu zaman asanlıqla qeyd etmək olar ki, qavrayış növlərinə məxsus sintezlər haqqında, potensiallığın qorizontları haqqında deyilənlərin hamısı, bu sərbəst variasiyalar (eyni şeyi müxtəlif şəkildə göstərmək, söyləmək) zamanı yarana bilən nə varsa hamısı üçün, yəni ümumiyyətlə qavrayışda ağla gələn, başqa sözlə, mütləq mahiyyətli ümumiliklə və mahiyyətli zəruriliklə ayrılıqda seçilən hər bir hadisə üçün və deməli hər bir faktiki qavrayış üçün ədalətli sayılan nə varsa hər şeyə görə mahiyyətli məna kəsb edir.
Nə qədər ki, variasiyalaşdırma aşkarlıq kimi, yəni xalis intuisiyayanın özünə vürilən imkanlar kimi başa düşülür, onun korrelyatı özündə ümumiliyin intuitiv və apodiktiv şüurunu təmsil edir.
Eydosun özü – xalis, şərtsiz müşahidədə və ya ümumən keçilə bilən mümkün müşahidədə veriləndir, yəni xüsusi intuitiv mənaya uyğun olaraq, ümumi, heç bir faktla şərtləndirilmir. O sözün mənası kimi başa düşülən, bütün anlayışların önündə gəlir, xalis anlayış kimi, əksinə, onların özü eydosa uyğun olaraq formalaşdırılmalıdır.
Ayrı-ayrılıqda seçilmiş növlərin hər biri, əgər xalis mahiyyət sferasına, empirik-faktiki transsendental eqonun onu əhatə edən sferasından yüksəlirsə, onda, onun eqo daxili düzgünlüyünün mümkün açılışını göstərən xarici intensional qorizontlar itmir; fərq yalnız ondadır ki, bu düzgünlük qorizontlarının özü eydetik şəkil alır. Başqa sözlə, hər bir xalis eydetik növ haqqında düşünərkən, hərçəndi biz faktiki olaraq eqonun sferasında deyil, məhz eqonun eydosunda oluruq; xalis mümkünlüklər arasında hər hansı həqiqi xalis mümkünlüyün konstruksiyalaşdırılması, özü ilə, mümkün eqonun hər hansı təmiz mənasında, özünün xarici qorizontu kimi mənim faktiki eqomun xalis imkanlarından birini gətirir. Biz lap əvvəldən bu eqonu sərbəst variasiyalaşan kimi düşünməklə, ümumiyyətlə transsendental eqonun eksplitsit quruluşunun əsaslı araşdırılması məsələsini qarşımıza qoya bilərdik. Yeni fenomenologiya da lap əvvəldən bu cür hərəkət etdi, ona görə də əvvəlcə bizim tərəfimizdən müzakirə olunmuş deskripsiyalar və problemin məhdudlaşdırılması haqqında deyilənlərin hamısı, döğrudan da özündə ilkin eydetik formalardan empirik tipikliklər formasına keçidin əks tərəflərini təmsil edir. Əgər biz, bu şəkildə, güman etsək ki, fenomenologiya intuitiv-aprior elm kimi, xalis eydetik metodlar üzrə inkişaf etdirilirdi, onda onun bütün əsaslı araşdırmaları “ümumiyyətlə transsendental eqonun” universal eydosunu açmaqdan başqa bir şey ola bilməzdi, belə ki, mənim faktiki eqomun xalis imkanlarının bütün variantlarını və həmçinin bu eqonun özünü də imkanlar kimi, o özündə saxlayır.
Eydetik fenomenologiya, beləliklə universal apriorini tədqiq edir, belə ki, bunsuz mən təsəvvürə gəlməzdir, ümumiyyətlə transsendental MƏN ağla gəlmir, başqa sözlə, hər hansı mahiyyətli ümumilik nə qədər ki, qanunauyğunluğun sarsılmaz dəyərinə malikdir, o hər bir faktiki mülahizəyə onun mümkün mənasının (cəfəngiyatın ziddinə) transsendentallığı haqqında göstəriş verən, universal mahiyyətli qanunları tədqiq edir.
Yalnız eqoya görə, karteziancasına düşünməklə, mümkünlüyü mənim tərəfimdən təklif olunan, universal elmlər kimi fəlsəfi ideyaların mütləq ciddi əsasları ilə bəlli olan son mülahizələr nəticəsində, mənim üçün aydın olur ki, mən ilk öncə xalis eydetik fenomenologiya işləyib hazırlamalıyam ki, ilk həyata keçirmə də məhz fəlsəfi elmlərin – “birinci fəlsəfənin” gerçəkliyində, yalnız onun çərçivəsində baş versin və baş verə bilsin. Hətta əgər transsendental reduksiyanın həyata keçirilməsindən sonra mənim xüsusi marağım mənim xalis eqoma, bu faktiki eqonun açılışına istiqamətlənərsə, bu açılış, ümumiyyətlə hansısa eqo kimi, apodiktik prinsiplərlə yalnız ona məxsus olanın özünə, mahiyyətli ümumiliklərə və zəruriliklərə qayıtmaqla həqiqi elmi ola bilər, necə ki, bu zəruriliklər və prinsiplər vasitəsilə onun rasional əsasları ilə, onun xalis mümkünlük əsasları ilə həmin əlaqə faktları bərpa olunur və o bunun sayəsində elmi (məntiqi) fakt formasını alır. Ona da diqqət yetirmək lazımdır ki, mənim eqomdan ümumiyyətlə eqoya keçid şəraitində nə gerçəklik, nə də hər hansı digər eqoların yaşama imkanları güman edilmir. Burada eqo eydosunun həcmi mənim eqomun sərbəst variasiyalaşması ilə müəyyən olunur. Mən özümü başqaları kimi təqdim etdiyım vaxtda da, başqalarını deyil, yalnız özümü göz qabağına gətirirəm. Beləliklə, xalis imkanlardan bəhs edən elm “özlüyündə” gerçəkliklərdən danışan elmdən öndə gəlir və ümumiyyətlə onu da elm kimi mümkün şəklə salır.
Beləliklə, biz əlavə metodik mülahizələr əldə edirik ki, bu da eydetik intuisiyanın fenomenoloji reduksiya ilə yanaşı bütün xüsusi transsendental metodların əsas forması kimi ortaya çıxır, buna əsasən də onlar birlikdə transsendental fenomenologiyanın həqiqi mənasını bütünlüklə müəyyən edir.
Tərcüməçi: Obaçı
Davamı: https://klv.az/2024/01/24/edmund-husserl-kartezian-dusunceleri-7/