Qardaşxan Əzizxanlının şeir kitablarının təqdimat və imza mərasimi keçirilib

16 may 2023-cü il tarixində tanınmış şair, Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi filologoya üzrə fəlsəfə doktoru Qardaşxan Əzizxanlının (Haqqarar) “İlkim də sən, indim də sən, sonum sən” və “Nə o – yelkən, nə bu – gəmi” adlı şeir kitablarının təqdimat və imza mərasimi keçirilib.

Dillər və ədəbiyyatları departamentinin müdiri dos. Dilbər Zeynalovanın moderatorluğu ilə  keçirilən tədbirdə sənət və elm adamları, habelə universitetin müəllim və tələbə heyəti iştirak edib.

Tədbirdə Dillər və ədəbiyyatlar departamentinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru ədəbiyyatşünas-esseist Ülvi Babasoy Qardaşxanın orijinal üsluba malik olduğunu vurğulayıb, təqdim edilən kitablarının üstün və özəl məziyyətlərindən danışıb. Məruzəçi son “Nə o – yelkən, nə bu – gəmi” adlı şeir kitabının struktur və məzmun xüsusiyyətlərindən söz açaraq,  kitaba daxil olan bölmələrin tərkib özəlliklərini, bədii-estetik cəhətlərini qeyd edib. Kitabı onun konseptuallığı, minimalizmi və məzmun zənginliyi baxımından yüksək qiymətləndirən ədəbiyyatşünas alim bu kitabı  Qardaşxanın 45 illik yaradıcılıq yolunun “həm kilidi, həm də açarı” adlandırıb.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini şair-tərcüməçi Səlim Babullaoğlu Q.Əzizxanlı şeiri ilə yanaşı, ümumiyyətlə, müasir  dünya ədəbiyyatının, bütövlükdə poeziyanın əsas inkişaf istiqamətlərindən bəhs edərək, Qardaşxanın yığcam olduğu qədər obrazlı yazı tərzinin üstünlüyünü önə çəkib. Poeziyanı “ali nitq hadisəsi” adlandıran natiq fikirlərini əsaslandırmaq üçün Qardaşxan şeirinə müraciətlər edib.

Bir-birindən maraqlı çıxışların sərgiləndiyi tədbirdə uzun illər zabit poqonu daşımış Q.Əzizxanlının xidmət yoldaşları, onun yaradıcılığını yaxından izləyənlər söz alıb. Ehtiyatda olan zabit Ramiz Şəmiyev, tərcüməçi-publisist Novruz Novruzov, Xəzər Universitetinin müəllimi Mais Talışxanov, SOCAR-ın Baş Ofisinin böyük mühəndisi Cabbar Məmmədov və Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəylinin çıxışları və şairə ünvanladığı suallar Q.Əzizxanlının həyat, xidmət və yaradıcılıq yoluna daha da işıq salıb.

Dil-ədəbiyyat, kimya-biologiya ixtisası tələbələrindən Sənur Yaqubov, Könül Həsənli, Şəfa Yusifova, Aysun Qubadova və Aygün İsmayılova Qardaşxan Əzizxanlının “Yağış”, “Əllərimlə gözlərimi tutmuşam”, “Hər səhər beləcə”, “Bəlkə”, orijinaldan  tərcümə etdiyi Y.V.Hötenin “Sevgiliyə yaxın” (“Nähe des Gelibten”) şeirini xüsusi şövqlə söyləyiblər.

Tədbir şairin çıxışı və imza mərasimi ilə yekunlaşıb.

 

Mənsurə Əhmədova, 

Xəzər Universitetinin magistrı

 

        

          

     

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Poetik Olimpə gedən yol. Vaqif Səmədoğlunun serbiyada nəşr olunan kitabına Veselin Misniçin ön sözü

Ötən il Serbiyada Vaqif Səmədoğlunun “Azadlıq və mən” adlı şeirlər kitabı nəşr edilib. “Computech” nəşriyyatı tərəfindən çap olunan kitabı serb dilinə Nina Simiç tərcümə edib. Nəşrin ön sözünün müəllifi tanınmış ədəbiyyatşünas Veselin Misniçdir. Nəşrin ön sözünü təqdim edirik. Şair, dramaturq, pianoçu və əsl mədəniyyət xadimi olan Vaqif Səmədoğlu XX əsr […]