Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının “Mənim Qarabağım və Qarabağ düyünü” kitabı ilə əlaqədar “Qarabağ və tarix” mövzusunda seminar keçirilmişdir. Universitetin Siyasi Elmlər və Fəlsəfə departamentinin təşkilatçılığı və departamentin IV kurs tələbəsi Rəhiməxanım Ağazadənin moderatorluğu ilə keçirilən tədbirdə tanınmış elm və ədəbiyyat xadimləri iştirak etmişlər.
Seminarda Siyasi Elmlər və fəlsəfə departamentinin müdiri dr. Orxan Vəliyev, Yutah Universitetinin Prof. Hakan Yavuz, Bayburt Universiteti tarix kafedrasının müəllimi dos. Ramin Sadık, Qərbi Kaspi Universitetinin tarix kafedrasının müdiri dr. Nurlan Nəsirov, Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin müdir müavini Fuad Çıraqov, tarixçi Əkbər Nəcəf, yazar Aqşin Yenisey və İstanbul Universitetinin tarix kafedrasının doktorantı Dilqəm Əhməd çıxış etmişlər.
Professor Hamlet İsaxanlının “Qarabağ və tarix” adlı məruzəsi maraqla qarşılanmışdır.