İlahiyyat İnstitutunda tədbir: Gələcəyi günümüzdə qura bilsək

Azərbaycan İlahiyyat İnstitutunda Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlının iştirakı ilə “Gələcəyi günümüzdə qura bilsək” mövzusunda tədbir təşkil olunub.

Müəllim və tələbələrin iştirak etdikləri tədbirdə institutun rektoru dosent Aqil Şirinov professor Hamlet İsaxanlının yaradıcılığından danışıb.

Hamlet İsaxanlı cəmiyyətin inkişafında elm və təhsilin rolundan bəhs edib, ölkəmizdə bu sahənin inkişafına xüsusi əhəmiyyət verildiyini deyib. O, bədii yaradıcılığından nümunələr təqdim edib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov, institutun İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova professor Hamlet İsaxanlının yaradıcılığı ilə bağlı fikirlərini bildiriblər.

Sonra Hamlet İsaxanlının həyat və yaradıcılığından bəhs edən qısametrajlı film nümayiş olunub.

     

 

Azertag.az

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ramiz Rövşən. Üz tutub sübh əzanına - getdin

Məlum olduğu kimi, görkəmli ilahiyyatçı alim Hacı Şahin bugün səhər saatlarında qəfil ürək tutmasından dünyasını dəyişib.  Klv.az saytı Ramiz Rövşənin mərhuma həsr etdiyi şeirini təqdim edir.   Günlər yarpaq kimi qopmur ömürdən, Qopur diş kimi, dırnaq kimi. Hər keçən gündən iz qalır Üzümdə cırmaq kimi.   Çətini yaşamaqdı, ölmək nədi […]