Fatimə Abdullayeva. Ağ qızılgüllər

Yazıçılıqda ən sevmədiyim cəhət məhz fəsil təsviridir. Klassik olan bu ənənəni pozsam, düşünürəm ki, ciddi yanlışlığa yol vermiş olmaram. İndi əziz və hörmətli oxucularım məndən soruşa bilərlər ki, bəs biz hadisələrin nə zaman, hansı fəsildə baş verdiyini necə bilək? Onda mən deyərəm ki, əziz oxucu, mənim təsvir etdiyim əhvalat payız fəslində baş verir. Onsuz da kitab oxumağı sevən və çoxlu kitab oxuyan oxucu bu fəslin sözlü təsviri ilə mütləqdir ki, qarşılaşıb. Onlara sadəcə fəslin adını demək kifayətdir. İşdir əgər oxuyan yoxdursa, onda bunu sadəcə bir xatırlatma ilə edə bilərəm. Eyni zamanda, işlərini də rahatlaşdırmış olaram. Yazın can veridiyi torpağın yağan yağışıla islanaraq ətrafa yaydığı o izah edilməz, xüsusi ətir və isti tonlarla rənglənmiş küçələr, yəqin, hər birinizə tanışdır.

– Nelli, bəlkə, emaltxanaya gedək?

– Yox, yox, indi işim var.

– Televizora baxmaq nə vaxtdan iş olub?

– Sən anlamazsan.

– Nastya, qəribə qızsan!

– Bu mənim üçün yeni bir söz deyil. Qızlar gülüşdülər.

– Aa, demək bunu məndən də əvvəl sənə deyənlər olub. Dayan, sən ki televizora baxmırsan.

– Çünki mənim istədiyim şey başlamayıb.

– Deməli, yenə hava proqnozunu gözləyirsən.

– Aha.

– Əzizim, artıq sənə neçənci dəfədir deyirəm ki, hava bizim istədiyimiz kimi yəni günəşli olacaq.

– Mənə isə yağışlı hava lazımdır.

– Niyə?

– Boş ver. Alamazsan. Dayan bir azdan yarışmanın nəticələrini diyəcəklər. Di tez ol.

Birdən qaranlıq düşdü. İştirakçılar içəri toplaşmağa başladılar. Sərginin aparıcısı mikrofunu əlinə alıb yağışın sadəcə 10-15 dəqiqə olacağını və havanın yenidən düzələcəyini bildirib insanları rahatlatmağa çalışdı. Qalan vaxta isə yarışmacıların əl işlərini yoxlamağı qərara aldı.

– Nelli, hara gedirsən? İndi yarışma başlıyacaq. Əsərin üzərində də neçə vaxtdır ki, hazırlaşırsan.

– Mən indi getməliyəm. Məni gözlüyən var.

– Kimdir axı? Al, ən azından çətiri götür. Xəstələnəcəksən. Xatırladım ki, əziyyətini hədər edirsən.

– Yox, ehtiyac yoxdur. Mən qaçdım. Söz, özümü çatdıracam. Bu yarışmanın mənim üçün nə qədər əhəmiyyətli olduğunu bilirsən.

– Yaxşı, çalış tez ol.

Mən nə qəribə yerə gəldim. Buralar necə də dəyişib. Hə, payız öz sözünü deyib. Ana, anacan hardasan? Mən gəldim. Bax burdayam. Sən hardasan? Məndən imcimə, vallah yarışmaya görə vaxt tapa bilmirdim. Amma bu gün hazıram. Qızın inşallah səni qürurlandıracaq. Niyə cavab vermirsən? Gözdə sənin yerini tapım. Bura bəzi heykəllər əlavə olunub. Lütfən cavab ver. Axı qəlbimi qırırsan. Gözdə, mən səni hiss edirəm. Bax burdasan. Qoxun heç dəyişməyib. Canım anam. Bax sənə gül də almışam. Sevdiyin güllərdir, ağ qızılgül. Yağış torpağı isladcaq qoxun qəlbimə dolur, canım anam. Necə də xoşdur. Səni öpüb gedirəm. Çünki yarışmam var. Qızına uğurlar arzula, canım anam. Yenə gələcəm. Söz!

– Nuri, nə oldu yarışma başladımı?

– Çoxdan başladı da, bitdi də. Sən hardaydın? Gəlməsən də, olardı.

– Nə? Nece deyirsən qalib artıq məlumdur? Bağışla, ana, sözümü tuta bilmədim.

– Nelli, burda ağlanacaq bir şey yoxdur. Sən əlindən gələni etdin. Gələn yarışmaya hazırlaşarsan. Dünyanın sonu deyil ki! Bir də hara gedirsən?

– Mənim üçün isə sondur. Daha burda qalmağımın mənası yoxdur…

– Nellican, ən azından kimin qalıb gəldiyini bilmək istəmirsənmi? Bax rəsm əsəri salonun mərkəzinə qoyulub.

– Yox, istəmirəm. Burax əlimi, Nuri, uşaqlıq eləmə.

– Gəl, adam bir təbrik edər. Gör ora nə yazılıb.

– İndi problem budur yəni? Baxmaq istəmirəm.

-Yazıya bax gör nə yazılıb. Bir başını qaldır da.

– “Ağ qızılgül” hə, nə olsun?

– Bir də bax. Utanmadan da diyir ki nə olsun. Bu qədər qəribəlik bəsdir məncə.

– Bu, bu ki mənim rəsm əsərimdir.

– Hə, şükür ki, anladın. Sən getdikdən sonra yarışma başladı. Qalib də gördüyün kimi sən idin. Ancaq sən olmadığına görə sənin yerinə məni seçdilər. Görürsən, əzizim, əziyyətin itmədi. İndi anan da xoşbəxtdir. Mənə qəribə gələn bilirsən nədir? Təsvirdə yağışın yağmasına baxmayaraq, qadının islanmaması və əsərin adının “Ağ qızılgüllər” olduğu halda, qadının əlindəki güllərin saralmasıdır.

– Axı mən qəribə qızam…

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Ləman Haşımova. Qəlibləri qıran əsər

Be Yan 9 , 2023
“Gil gilə, kül külə, torpaq torpağa, başlanğıcı olan hər şey sonuna varacaq, başlanan hər şey bitmişdən doğacaq”, – dedi. Bu sözlər Joze Saramaqonun “İsanın İncili” romanında İblisin dilindən deyilir. Portuqaliya ədəbiyyatının ən görkəmli yazıçılarından biri olan Joze Saramaqo “İsanın İncili” adlı romanı ilə dünyada yeni bir cığır açmışdır. Yazar bu […]