Ramil Əhməd. Abşeron yarımadamı (Yeni kitab)

 

 

Şair, esseist Ramil Əhmədin “Abşeron yarımadamı” adlı şeirlər kitabı çap olunub.

“Abşeron yarımadamı” “Parlaq İmzalar” nəşriyyatında nəşr edilib.
Kitabın redaktoru Aqşin Yeniseydir.

Qeyd edək ki, “Abşeron yarımadamı” müəllifin beşinci kitabıdır.
Bundan əvvəl müəllifin “Zaman tuneli” (2015), “İki şəhərin yazıları” (2018), “Orxan Pamukun evində” (2021) və “Nizami Gəncəvinin poetik portreti” (2021) kitabları işıq üzü görüb.

 

Azadlığım

Sənlə gedə bilmədiyim

bütün parklar

ağaclardan hörülmüş həbsxanalardır.

 

Sənlə gedə bilmədiyim

bütün şəhərlər

binalardan hörülmüş həbsxanalardır.

 

Sənlə gedə bilmədiyim

bütün küçələr

adamlardan hörülmüş həbsxanalardır.

 

Sənlə üzə bilmədiyim

bütün dənizlər

sulardan hörülmüş həbsxanalardır.

 

Sənsiz

məhbusam

ağaclar, binalar, adamlar, sular arasında…

 

Hardasan, mənim azadlığım?

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

William Wordsworth. I Wandered Lonely as a Cloud

Şb İyn 25 , 2022
I wandered lonely as a cloud That floats on high o’er vales and hills, When all at once I saw a crowd, A host, of golden daffodils; Beside the lake, beneath the trees, Fluttering and dancing in the breeze. Continuous as the stars that shine And twinkle on the milky […]