20.06.2022 – ci il tarixində Xəzər Universitetinin Dillər və Ədəbiyyatları departamentinin “Azərbaycan Ədəbiyyatı” ixtisası üzrə magistrantı Ləman Məmmədovanın “İlqar Fəhmi yaradıcılığında mövzu, janr, üslub problemləri” mövzusunda müdafiəsi keçirilmişdir.
Tədqiqat işinin elmi rəhbəri Dillər və Ədəbiyyatlar departamentinin müdiri dos. Dilbər Zeynalova, rəyçilər departamentin müəllimləri dos. Xatirə Yusifova, f.ü.f.d. Gülşanə Xudiyeva və f.ü.f.d. Ülvi Babasoy çıxış etdilər. Müzakirə zamanı İlqar Fəhminin poeziyası, nəsri, dramaturgiyası ətrafında geniş müzakirələr keçirildi.
Müdafiədə Təbiət elmləri və Texnologiya yüksək təhsil fakültəsinin koordinatoru Məhəmməd Eldarov və departamentin əməkdaşları ilə yanaşı, yazıçı İlqar Fəhmi də iştirak edirdi.