İsveçrəli yazıçı Xəzər Universitetinin qonağı olub

Aprelin 17-də alman əsilli isveçrəli yazıçı Regina Düriq Xəzər Universitetində bir qrup müəllim və ingilis dili ixtisası üzrə təhsil alan tələbələrlə görüşüb. Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Dr. Milana Abbasova qonağı iştirakçılara təqdim edib. Sonra İsveçrə səfirliyinin nümayəndəsi Zahir Əhmədov R.Düriqin Azərbaycan oxucusuna yenicə təqdim olunan “Qadınlar və daşlar” kitabı barədə söz açıb.

Regina Bakıda nəşr edilən romanının ilk tərcümə olduğunu deyib, əsərin hansı zərurətdən yaranmasından danışıb. Qısa müddətdə çox səmimi ortam yaradan qonaq tələbələrdən romandan parçalar oxunmasını xahiş edib, əsərin dilimizdə necə səsləndiyini dinləmək istəyib, onları maraqlandıran suallara cavab verib. Onun təklifi ilə görüş iştirakçıları tərəfindən daş, yaddaş, “kitab olsam hansı məzmunda olmaq istəyərdim?” mövzularında mətnlər yazılıb, oxunulub.

Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlı, həm sıçrayışlı hərəkət demək olan, həm zaman parçalarını əhatə edən fraqmentlərdən ibarət “Qadınlar və daşlar” romanının bəzən “daş kimi ağır” üslubunun, eyni zamanda qadınların “ağrı dili” olduğunu vuğulayıb.

Tədbirin sonunda universitetin rektoru Dr. Raziyə İsayeva Regina Düriqi qəbul edib və qonağa “Xəzər”in xatirə hədiyyələri təqdim olunub.

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Hamlet İsaxanlı. Dəli ceyran (roman)

Klv.az saytı Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor, akademik Hamlet İsaxanlının “Dəli ceyran” adlı romanını təqdim edir Xoş gördük!* “Dünyada bir qayda-qanun, nizam-intizam, bir ahəng varmı ya bəlkə dünya başlı- başınadır, heç bir qayda-qanuna, sistemə tabe deyil, hərc-mərclikdir, xaosdur? Ən qədim zamanlardan günümüzə qədər bütün dövrlərdə dünyanın […]