2026-cı il 16 apreldə Dünya məktəbi Azərbaycan və rus bölmələrinin ana dili və ədəbiyyatı müəllimləri “Xəzər”in ədəbiyyat səyyahları” (klv.az) saytının fəaliyyəti ilə tanış olublar. Xəzər Universitetinin müəllimi Baş redaktor Qardaşxan Əzizxanlı saytın bölmələri haqqında ətraflı məlumat verib. Tədbir Dünya məktəbinin yaradıcı müəllim və şagirdlərini saytla əməkdaşlığa cəlb etmək məqsədi daşıyıb. Dünya məktəbi Azərbaycan və rus bölmələrinin direktoru Mərufə Mədətli saytda Dünya məktəbi şagirdlərinin yaradıcılığını əks etdirən “Dünya məktəbi” adlı bölmə yaradılmasını təklif edib.





