Qardaşxan. Dondurmaların ən dadlısı

Şən günlü Dənizim,

şengenli Denam,

fərqlidir dünyayla görüşün,

fərqli dünyanızda

polis gözə dəymir,

göz dəyməsin.

Parisdə yaşasaydın

Senanı yaraşdırardım adına,

yaraşıq verdiyin Visladı.

Bir də hara getsək taleyimiz

“ən heyvan”dan asılıdı.

Ən sevdiyin heyvan da itdi,

Atan… baban, nənən, dayın belə it ilindən.

Məktəbli çantanı

arzuladığın Koreyadan gətirtdin,

çəkik gözlüm!

Kakaolu, manqolu, şokoladlı, püstəli lodylər*..,

Ay dondurmaların ən dadlısı!

günləri əyləndirdin, aylandırdın cürbəcür oyunlarla,

Ay mənim ən gizlənpaç oyunum!

Günlə, ayla sovuşar ki

neçə illik ayrılığın acısı?!

İndi gələn ayrılığa yovuşaq…

Ən yaxşı şeirə sonluqtək

səsin səslənir sabahımda.


*lody- dondurma (polyakca)

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Xəlil Mirzə. Sən yetim deyilsən

(“Müqəddəs zəfər”: 1-ci hekayə) Şəhərdən erkən çıxmışdılar. Üç saatdan artıq yol gəlmişdilər. Obyektə çatan kimi işə başlamışdılar. Texnikaların servisini yerinə yetirmiş, nəzərdə tutulan təmir işlərini yekunlaşdırmışdılar. Alətlərini yığışdırıb Bakıya qayıtmağa hazırlaşırdılar. Tırtıllı buldozerin operatoru Rauf onlara yaxınlaşdı. -Kərim kişi, mənim traktorum sındı, – mexanikə müraciət etdi. -Necə yəni sındı? Ay […]